|
ADİL ƏSƏDLİ
Adil Əsədli 1970-ci illər Azərbaycan qrafika məktəbinin yetirdiyi istedadlı rəssamlardan biridir. 300-dən artıq qrafika və rəngkarlıq janrlarında sənət işləri vardır; bunlardan 200-ü qrafika işləridir. Sənətşünasların fikrincə, yaradıcılığında yüksək təxəyyül hesabına avanqardizm və sürrealizm üslublarını həzm edərək TƏZƏLİK yaratmağa nail olur. Habelə əsərlərinin mündəricə-intellekt qatında milli və yerli koloritin yaratdığı fikir və hiss çulğaşığı onun üslubunun fərdiliyini şərtləndirir.
Adil Əsədli Lənkəran şəhərində anadan olmuş, buradaca 1 saylı orta məktəbi bitirərək, 1971 - 1976-cı illərdə Bakıda Əzim Əzimzadə adına rəssamlıq məktəbində, 1980 - 1985-ci illərdə isə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (hazırkı ADPU) bədii qrafika fakultəsində təhsil almışdır. 1986-cı ildən LƏNKƏRAN UŞAQ RƏSSAMLIQ MƏKTƏBİNİN direktorudur. Eyni zamanda Lənkəran Dövlət Universitetində baş müəllim kimi çalışır.
Adil Əsədli 1980-ci ildə əsərləri ilə Bakıda respublika sərGisində çıxış etmiş, 1993-1997-ci illərdə Lənkəranda fərdi sərGiləri açılmışdır. Rəssamın işlərinə böyük maraq var; əsərləri ABŞ, Fransa, İnGiltərə, Türkiyə, Rusiya, Hollandiya, Polşa, İran, Gürcüstan və b. ölkələrin şəxsi kolleksiyaçıları tərəfindən alınmışdır. Adil Əsədlinin işləri yerli mühitdə də populyar olub, 80-ə qədər əsəri evlərdə saxlanır.
Rəssamın qrafika işlərindən nümunələri təqdim edirik.
|