|
XƏBƏR XƏTTİ
28-29 aprel 2001
Mingəçevirdə nələr gördük
Ötən əsrin ortalarında meydana gəlmiş şəhər çağdaşlıq və sərbəstlik ruhunu havasında yaşadır. Son on ilin gərginliyi, şəhərin birbaşa müharibə dairəsinə yaxınlığı, bir sıra digər iştimai-siyasi faktorlar ümumi abhavaya, bilavasitə ədəbi-mədəni həyata təsirini göstərsə də, Mingəçeviri yenə də sərbəst düşünən, azad fəaliyyətə şan atan insanların şəhəri gördük. Təsadüfi deyil ki, yaşından, vəzifəsindən, rəsmi, ya qeyri-rəsmi durumundan asılı olmayaraq, burda insanları bir məqamda - nə qədər gerçək olsa belə, "əyalətçilik"lə barışmazlıq əzmində yekdil tapdıq. "Əyalət" adı ilə mingəçevirlinin xətrinə dəymiş olursan; bu, şəhərdə gedən mədəni gedişatın iç əlamətidir.
Ötən dövrdən qalma ənənəvi strukturlar şəhərin mədəni həyatında bugün də mövqeyini saxlamaqdadır; Politexnik İnstitutu, təhsil sistemi, mədəniyyət şəbəkəsi vahidləri, Dövlət teatrı, Dövlət rəsm qalereyası, yazıçılar Birliyinin bölməsi, Uşaq yaradışılıq mərkəzi və s. İsmayıl İmanzadənin himayəsiylə "Mingəçevir qönçələri" gənş istedadlar dərnəyinə, Abdulla Məmmədovun keramika yaradışılıq qrupuna burda rast gəldik. ıabelə, son illərin demokratik gəlişmə prosesləri, qeyri-dövlət təşkilatlarına yardım fondlarının fəaliyyəti fərdi yaradışılıq imkanlarının üzə çıxmasını daha da artırmışdır. "Debatlar" mərkəzinin gənşlər arasında geniş nüfuzu, apardığı əhatəli iş bunun bir timsalıdır.
Alternativlik şəraiti şəhərdə yaradışılıq imkanlarının yeni təzahürü, rəhnidir.
V.Sadiq
|
|
|