...Qazax rayonunun Daşsalahlı kəndindəki 2 saylı orta məktəbin ikinci sinfində oxuyur Qurbanova Elnarə. Onu... anası Maya müəllimə bir okul dəftəri şerləri ilə məsləhətə gətirmişdi. Gəlmişdi bilsin ki, ikinci sinif şagirdi şer yaza bilərmi? ya Elnarəni çəkindirmək lazımdır şer yazmasın?...
Bilal Qoca |
|
Elnarə
Baba ocağı
Bu dərələr, təpələr
Mənim üçün əzizdir.
Bir yanı göy zəmidir,
Döşü dolu nərgizdir.
Bu təpənin qucağı
İsti ana qucağı.
Babam çatıbdır burda
Gur yanan bir ocağı
Bu ocağın istisi
Tək babamı isitmir.
Bu ocağın istisi
Bu dünyanı isidir.
Mələyəm
Mən bu şeytan dünyada
Bir qanadlı mələyəm
Şeytan özü bilsin ki,
Mən ona da gərəyəm.
yuva
Eyvanda vardı
Kiçik bir yuva,
Uçurmaq üçün
Salırdım dava.
Dayan,-- dedilər
Bir dur,-- dedilər.
Gəl evlər yıxma,
Ev qur,-- dedilər.
Gül
Bir gül qopardım
Qoydum dibçəyə,
Səhəri günü
Gül soldu niyə?
yığdım başıma
Baba-nənəmi,
Soruşdum bunun
Səbəbi nədi?
Cavab verdilər,
yaxşı qulaq as.
Dünyada köksüz
Heç nə yaşamaz.
Unnuca
Ay unnuca, unnuca,
Hə qalmısan balaca.
yoxsa çıxmağa qoymur
Sarı çiçəkli yonca.
Ay unnuca, unnuca
Dərim cəni çoxluca.
Hənəm dovğa bişirər
Mən yeyərəm doyunca.
Siçan-pişik
Miyo-miyo edirsən
Sağa-sola gedirsən
Siçanı çöldə qoyub
yağlı çörək yeyirsən.
Ağıllı ol, ay pişik,
Oynama siçanla, ay pişik.
Onsuz da bütün dünya
Oynayır siçan-pişik.
Sənin yemin siçandır,
Siçan özü yamandır,
Aldanma yazıqlığına
Tələ quracaq sana.
Siçan evlər yıxandır.
Sönmüş ocaq
Sönmüş ocağı
Qurdalayıb mən
İçindən bir köz
Alovlandırdım.
Hənəm söyləndi,
Hiyə yandırdın
Sönmüş ocağı
Suyla, qor ilə
Bil onu, qızım
Adam qoparmaz
Qaysaq qoymuş
Köhnə yaranı.
Şuşa
Şuşa, sənin taleyin
Məni yaman yandırır.
Dul qalmış gəlinin
Taleyini andırır.
Bir zamanlar sən də
Gül-çiçəklə bəzənib,
Təzə gəlmiş gəlin tək
Dünyaya naz edirdin.
Dünya sənin nazına
Görən niyə kəm baxdı.
Qara buluddan dünya
Sənə kəlağay taxdı.
Qaçan yuxu
Ay ana, daha
yata bilmirəm,
yuxum qaçıbdır
Tuta bilmirəm.
Hə pis iş oldu
Hamı yığıldı.
Məclis quruldu,
yuxum tapıldı.
Soğan qabığı
yazıq soğanın
Dərisini gör
Soyurlar, Allah,
Gündə neçə yol.
Soğançaya da,
Bil dolmaya da,
Qızartmaya da,
Bozartmaya da.
Ay yazıq soğan,
Hamı üçün sən
Hiyə çıxırsan
Qabıqdan görən?
yağış
Axşam yağış yağırdı,
Güclü şimşək çaxırdı.
Bizim balaca Həsən,
Pəncərədən baxırdı.
Bu qədər su görəsən
Axı hardan axırdı?
Fikirləşdi, tapmadı.
Hənəsini çağırdı.
Bulaq açıqdır bağla,
Qab qırılıb qalayla.
Bu su axdı qutardı
Anam üçün də saxla.
İynə
İynəni saplamağı
Hənəm tapşırdı mənə.
Gözünü aç yaxşı bax,
Sapı keçir iynədən.
İynəni saplamağı
Sən bilmə belə asan.
İynə saplamaq üçün
Gərək gözüaçıq olasan.
Gözüaçıqlığı
Dünya sevməyir.
Ona görə də
Başın qapaz yeyir.
Qapaz yeməkçün
Gərək iynəni
Mən gec saplayam
Bilməyələr ki,
Gözü açığam.
İsa baba
Məni başqasından soruşub öyrənmə
Özümü özümdən soruş, ay baba.
Bilmək istəyirsən əgər mən kiməm
Elimdən, günümdən soruş, ay baba.
Hamı söylər mənə Elnarə Dəmyəli
Ələddin İncəli çağırar Cülyəli
Mən nə Dəmyəliyəm, nə də Cülyəli
Qurban Güloğludur babam, ay baba.
Mənə söyləyirlər, uşaqsan, uşaq,
Get oyna uşaqla, oynat oyuncaq.
Onsuz da dünyanın özü oyuncaq
Oyuncaq dünyada nə oynayım, baba.
Bağlama
Göndərmişəm bağlama,
Bağlamamı saxlama.
Aça bilsən aç görüm,
Açammırsan ağlama.
Hədədir
Torpağımın ətiri,
Suların lətafəti,
Anamın əl izləri.
Söylə görüm nədədir?
Dağlarımın vüqarı
Daşlarımın sərtliyi
Uca palıd mərdliyi
Söylə görüm nədədir?
Hərgizin qorxaqlığı
Bənövşə qoçaqlığı,
Qızıl gülün ətiri
Söylə görüm nədədir?
Təpə
Hənəm tutaraq
Əlimdən bərk-bərk
Apardı məni
yastı təpəyə.
Söylədi nənəm:
Bu uca dağdı
Ətrafına bax
Gör nə sayaqdı.
Fikirləşirəm
Görəsən dağın.
Həymiş günahı?
Hənəm bənzətdi
yastı təpəyə.
İstəmirəm mən
Şe`r yazım deyə
Başı ağ qarlı
Sıldırım daşlı
O uca dağlar
Bənzəsin belə
yastı təpəyə.
Dünya
Anam deyir bu dünya,
yupyumruca bir şardır.
Şarı uşaq oynadır,
Dünyanı kim oynadır?
Hə qarışıq sualdır;
Söylədi anam mənə,
Dünyanı kim oynadır?
Kim tapıb deyər mənə...
Moruq kolu
Burda çoxluca
Moruq kolu var.
Ondan yaxşıca
Mürəbbə olar.
Kim xəstələnsə
Tez içər ondan.
Hamı razıdır
Moruq kolundan.
yaralı quş
Oturmuşduq eyvanda
Bir quş qondu oraya
Qanadından yaralı
Zarıyırdı ah-vayla.
Bu quşun ah-vayı
Canıma od salıbdır.
Gözüm dağlardan keçən
Cığırlarda qalıbdır.
Bu quş kimi, bəlkə də
Cığırların birindən
yaralı əsgər gəlir
Onun "Vətən" naləsi
O dağlarda yüksəlir.
Qara baba
Sənin ölümün məni,
yandırıbdı yaxıbdı.
Sənin üçün gözümdən
Hə qədər yaş axıbdı.
Atam olmaq istəyirəm
Ay qız, səhər açıldı
İnək sağmaq vaxtıdır.
Uşaq dərsə gedəcək
Bu nə yatmaq vaxtıdır.
Əlimi çırpıb stola,
Qışqırdım öz-özümə
Atam olmaq istədim
Artist dedilər mənə.
|
|
|