FEVRAL - MART 2001-ci il
"KİÇİK" XALQLAR DA TAHIHACAQ
7 - 10 fevral 2001-ci il tarixində Açıq Cəmiyyət İnstitutu İncəsənət və Mədəniyyət şəbəkə proqramları direktoru Lidiya Varbanovanın iştirakı ilə bu sahədə milli proje müəllifləri üçün seminar oldu. Avropalı qonağın gəlişinin məqsədi Azərbaycandakı mədəni siyasətin xarakterini öyrənmək, burdakı problemlərlə yaxından tanış olmaq, mövcud vəziyyət barədə məlumatlanmaq idi. Sahə mütəxəssisinin niyyəti habelə ötən sovet epoxasından sonra mədəniyyət sferasında milli peşəkarlığın səviyyəsi və səciyyəsi barədə dəqiq informasiya əldə etmək idi.
Seminarda "YEHİ TƏZAHYRLƏR(Yeni mədəniyyət və ədəbiyyat təzahürləri, cərəyanları)" projesi üzrə yazıçı MƏQSƏD HUR çıxış edərək, layihənin məqsədi, reallığı, gerçək əsasları, məzmunu və perspektivləri barəsində ətraflı mə`lumat verdi; işin gərəkliyini, regionda, məxsusən də əyalətdə ədəbi-mədəni prosesləri "tərpədəcəyi", intensivləşdirəcəyi əminliyini ifadə etdi. Ymumən Azərbaycan kimi post-sovet dövrünün çətinliklərini yaşayan regionların, o sıradan sosializmdən sonrakı dövrün Şərqi Avropa ölkələrinin milli dildə yaratdığı ədəbiyyat və sənətinin dünyaya tanıdılması probleminə diqqət cəlb etdi.
Lidiya Varbanova konkret olaraq bu problemlə kifayət qədər tanış olduğunu, Avropada "kiçik" xalqların ədəbiyyatlarının İnternetə daxil edilməsi istiqamətində xüsusi layihə üzrə iş getdiyini söylədi.
XX ƏSR: QLOBAL SİVİLİZASİYA VƏ ŞƏRQ DƏYƏRLƏRİ
Ötən əsrin son günlərində Azərbaycan EA Hizami adına Ədəbiyyat İnstitutu "Ədəbiyyat qəzeti"nin redaksiyası ilə
birlikdə "XX əsr: qlobal sivilizasiya və Şərq dəyərləri" mövzusunda elmi forum keçirdi. Məqsəd -- milli humanitar fikrin konkret
suallar ətrafında bəşər sivilizasiyasının gəlib-çıxdığı yüzillər, minillər qovşağında doğurduğu problemlər, təzahürlər və
yekunlara nəzər salıb-cavablar axtarmaq, habelə bu kontekstdə milli problemlər və buna müqabil milli dəyərləri
müəyyənləşdirməkdən ibarət idi.
Humanitar sahədə çalışan görkəmli alimlərin toplaşdığı forumu Hizami adına Ədəbiyyat institutunun direktoru, filologiya elmləri
doktoru, professor yaşar Qarayev açaraq, problemin aktuallığı, Şərq və Qərb dəyərlərinin çağdaş dünyada gedən qlobalizasiya
proseslərində yeri və iştirakı məsələlərini şərh etdi, tədbirin məqsədi və önəmini vurğulayaraq, məclis iştirakçılarını aktiv
söhbətə də'vət etdi.
Forumun əhatə etdiyi mövzu dairəsi konkret olsa da, humanitariyanın bu və ya digər spektrlərində daha əyani rakurs aldı,
bu və ya digər mütəxəssislərin problemə baxışlarında aydınlıq kəsb etdi. İlk növbədə, problemin ümumfəlsəfi mə'nası, ictimai-siyasi,
kulturoloji, mədəni və mə'nəvi önəmi məclis iştirakçılarının diqqətini çəkdi. Çıxış edənlərin əksərinin düşüncələrində yer alan
bu məqam iqtisad elmləri doktoru, akademik Ziyad Səmədzadə, filologiya elmləri doktoru, professor Gülrux Əlibəyova, fəlsəfə
elmləri doktorları Zümrüd Quluzadə və Adil Əsədov, millət vəkili, yazıçı Səyyad Aran və fəlsəfə elmləri namizədi A.Q.Haxçıvanlı,
filologiya elmləri doktorları Çingiz Sadıqoğlu və K.Musayevin fikir və mülahizələrində daha ətraflı şərhini tapdı.
Mövzu ilə yaxından tanış olduğunu, bir qədər əvvəl "Azərbaycan XXI əsrin astanasında: sosial-iqtisadi problemlər" vurğusu altda
keçirilən və nəticələrinin dərc olunduğu konfransın təşəbbüskarı olduğunu bildirən akademik Ziyad Səmədzadə problemin bu şəkildə
qoyulmasının vacibliyini də qeyd etdi. Göstərdi ki, bütünlükdə Azərbaycanın XX əsrdə keçdiyi yola və bugün artıq dünya
inteqrasiyasına müstəqil bir dövlət kimi qoşulan və gündən-günə inkişaf edən ölkənin sabahına nikbin yanaşmaq olar. Dünən olduğu kimi,
bugün də əgər istəyiriksə, mədəniyyətin dirçəlişinə nail olaq, ictimai-iqtisadi prosesləri nəzərdən qaçırmamalıyıq və o da
şəksizdir ki, bu prosesdə milli sərvətə yanaşmanın yeni metodikası irəli çıxır, təbii sərvətlərdən daha artıq insan kapitalı,
intellektual potensial ön mövqelərə keçir. Proqnozlar göstərir ki, XXI əsrdə bəşəriyyət qlobal problemlər -- yoxsulluq, ərzaq
çatışmazlığı, su problemi və s.-lə üzləşə bilər. yaxşı olar ki, problemlərin həllində gələcəkdə də Qərb və Şərqi qarşı-qarşıya
qoymayaq; artıq təsdiq olunmuşdur ki, bəşəriyyəti xilas edəcək bir qüvvə varsa, o da konsensusdur. Bu yolda olan pillələrdən
biri -- Türk dünyası ölkələrinin özünün iqtisadi inteqrasiyası problemidir. Dünya məhsulunda cəmi bir tam onda dörd faiz payı
olan bu ölkələrin iqtisadi yaxınlaşması da, ədəbi-mədəni ilgiləri kimi güclənməlidir. Qloballaşma prosesi qarşısında Azərbaycan
XXI əsrə özünün milli inkişaf strategiyası ilə getməlidir. Məsələn, "İpək yolu" çəkilib, bu bizim XXI əsrdə böyük siyasi
kapitalımızdır. Habelə bu prosesdə mədəniyyətin, elmin rolu böyükdür; təkcə iqtisadçılar, siyasətçilər, hüquqşünaslar deyil,
Azərbaycan mədəniyyətinin bugünə qədər qorunub-saxlanmasında rolu olan ədəbiyyatçılar, ədəbiyyat, mədəniyyət üzrə alimlər də
inkişaf strategiyasının hazırlanmasında yaxından iştirak etməlidir.
Professor Gülrux Əlibəyova dəyərlər problemindən danışarkən ilk növbədə mə'nəviyyat amilini irəli sürməyin vacibliyini qabartdı. Alimin fikrincə, doğrudur, XX yüzilin sonunda biz müstəqilliyimizi əldə etmişik, əsri ümumiləşdirərkən görürük ki, bu, bizim bayramımızdır, xoşbəxtliyimizdir, amma heç vəchlə faciələrimizi unutmamalıyıq. Biz indi elə bir psixoloji atmosferdə yaşayırıq ki, heç kəs, nə iqtidarda olan, nə də müxalifətdəki partiyalar məhz bu problemi qabartmağı lazım bilmir. Və əgər biz ədəbiyyatçılar da mə'nəviyyat problemlərini ön sıraya çəkməriksə, heç nə deməmiş olarıq. yeni əsrdə nəyəsə nail olmaq istəyiriksə, mədəniyyətə və mə'nəviyyat məsələlərinə istər rəsmi-dövlət büdcəsi səviyyəsində, istərsə də hər bir kəsin vicdan işi kimi ilk olaraq diqqət ayrılmalıdır. Habelə bu kontekstdə Qərb və Şərqi hətta konsepsiya, nəzəriyyə səviyyəsində də qarşı-qarşıya qoymaq gərək deyil, yalnız sintezdən danışmaq olar.
Professor Zümrüd Quluzadə təzə əsr, təzə era qarşısında artıq çoxdan mədəniyyət konsepsiyası ilə çıxış etməyin zərurətini
qabardaraq, bunun üçün ilk növbədə millət və etnos anlayışlarının arxasında duran konkret dəyərlərə həssas olmağın vacibliyini
vurğuladı. Tarixi dəyərlərə yanaşmada dialektik metodun tətbiqinin səmərəliyini qeyd edib göstərdi ki, biz bu torpaqda olmuş
mədəniyyətlərin heç birindən imtina etməməli, əksinə, türk etnosuna regional diferensə baxımından yanaşaraq, Azərbaycan xalqının
sahib olduğu mədəni-mə'nəvi irsi bütövlükdə öyrənməli, davam etdirməliyik.
Millət vəkili Səyyad Aran tədbirin elmi və ictimai-siyasi əhəmiyyətini vurğulayaraq, zəmanəmizi məşğul edən qlobal problemlərə
konkret cavablar axtarılması nöqteyi-nəzərindən belə məclislərin ardıcıl keçirilməsi təşəbbüsünü dəstəklədi. Göstərdi ki, dünya
miqyasında xristian-müsəlman qarşıdurması faktorunun mövcudluğu gerçəkdir. Əsrin əvvəllərində olduğu kimi, əsrin sonunda da dünyada bir türk qorxusu, türk xofu var. Əlbəttə, türk xalqları buna güclü iqtisadiyyat, elm və mədəniyyətlə cavab verə bilər. Bugün maddi problemlərin varlığı, mə'nəviyyata tə'sirləri milli sabah ideyalarını, xalqın ruhunu öldürə bilməz. Çətinliklə olsa da, bütünlükdə ədəbiyyat və mədəniyyət tədbirləri əvvəllər olduğu kimi, bugün də diqqət mərkəzindədir. Xalqın mədəni səviyyəsi böyük miqyaslı hadisələrlə ölçülür ki, dövlət səviyyəsində keçirilən yubiley tədbirlərini buna misal göstərmək olar.
Forumun qabartdığı digər qrup problemlər dairəsi -- milli mədəniyyətin tarixi kökləri, mürəkkəb inkişaf konteksti və sabah
perspektivləri ilə bağlı idi. Filologiya elmləri doktoru Elməddin Əlibəyzadə t___§_________!_)_ əsrini itkilər dövrü
adlandıraraq, rus imperiyasının işğalçılıq siyasətinin bütövlükdə türkü parçalamaq, tarixini danmaq, saxtalaşdırmaq və
torpaqlarını əldən almağa doğru olduğunu, çıxış edənlərin əksərinin həlli XXI əsrə qalmış məsələlər sırasında sadaladığı
Qarabağ probleminin arxasında da məhz bu siyasətin durduğunu şərh etdi. Bizim mə'nəvi köklərimiz dərin və güclü olsa da, dünyaya
dahilər versək də, bugün elmdə də, ədəbiyyatda da, ümumi əhval-ruhiyyədə də mə'nəviyyat problemləri ilə üzləşdiyimizi
aktuallandıran natiq XXI əsr qarşısında milli ideologiyanın hazırlanması zərurətini əsaslandırmağa çalışdı.
Filologiya elmləri namizədi Cəlal Məmmədov Qərb və Şərq dəyərlərinin fərqi barədə elmi ədəbiyyatda mövcud fikirləri geniş şərh
edərək, eyni zamanda belə bir məqamı da vurğuladı ki, günümüzdə Avropa asiyalaşdığı qədər, Asiya da avropalaşmışdır, birinin
problemləri digərini də əlaqələndirir. Amma həm də əksinədir, mədəni düşüncə sistemləri baxımından bu ayrı dünyalar nə qədər
yaxınlaşsalar da, birinin dəyər və normalarından digərini istisna edən olacaqdır. Bu baxımdan alimin fikrincə, qloballaşma
avro-amerikan sivilizasiyasının irəli sürdüyü ictimai ideologiya olub, millətləri əritmək təhlükəsi daşıyır. Bütün etnosların
mədəniyyətləri üçün universal bir dünyagörüşü yaratmaq xülya olub, məğlubiyyətə düçardır. Milli mədəniyyət bu prosesə qarşı
deyil, axının yönündə getməklə, "alınmaları" həzm etməklə davam gətirə bilər. Alim buna timsal kimi yapon mədəniyyətini göstərdi.
Filologiya elmləri namizədi Aydın Dadaşov isə əksinə, qloballaşma məqamının zərurəti üzərində dayanaraq, milli ədəbiyyatların
yalnız bu tendensiyalar səviyyəsində durduğu zaman uğurlar qazandığını göstərdi. Bugün proqresə xidmət edən xalqlar, ölkələr
var və proqresdən kənarda qalan xalqlar, ölkələr var. Ədəbiyyatın funksiyası qlobal problemlərin bədii həllini tapmaqdan
ibarətdir. Elm isə müəyyənləşdirməlidir ki, ədəbiyyat hansı məqamlarda bu səviyyəyə qalxa bilib. Bununçun iki istiqamətdə
araşdırmalar vacibdir: ədəbiyyatın janr baxımından öyrənilməsi bu problemi onun materialında üzə çıxarır. Yslubların
öyrənilməsi isə yazıçı-müəlliflərin yaradıcılıq simasını müəyyənləşdirməklə olur. Bədii əsərin əmtəə əhəmiyyəti kəsb etdiyi
zamanlar gəlir və ədəbiyyatımız bu halda "dövlət sifarişi"nə həssas olmalı, milli problemləri qabartmağı bacarmalıdır. Ailə,
tayfa, şəxsi qayğı və problemlər üzərində düşünən əsərlər isə qloballıqdan çox uzaqdır.
Filologiya elmləri doktoru Məhərrəm Qasımlı məclisdən daha böyük bir vüs'ət, Azərbaycan filoloji fikrinin öncül adamlarının
aparıcı qüvvələrinin toplaşacağını gözlədiyini vurğulayaraq, bununla belə, yeni əsr, yeni eranın qarşısında məhz gənclərin
hadisələrə daha ayıq baxışı, problemlərin həlli yollarını aramasını təqdirəlayiq, sevindirici hesab etdi. Göstərdi ki, əslində
şərti anlayış olan sivilizasiyanı bəşəriyyətin yürüşü kimi təsəvvür etmək olar. Bu marafonda arxada qalan və irəli çıxan
xalqlardan danışmaq olar. XXI əsrin, yeni minilliyin qarşısında Azərbaycan xalqı taleyüklü problemlərlə üz-üzədir. Tarix
boyunca, məsələn, eramızın III-IV əsrlərindən çağdaş dünya mədəniyyətinə inteqrasiya olunduğumuz günlərə qədər biz bir neçə dəfə
kültürümüzü dəyişmişik. İndiyə qədər tutaq ki, milli tariximizi ərazi prinsipi üzrə öyrənməyə üstünlük vermişik və görəsən,
ümumtürk tarixindən imtina etməklə biz nə qazanırıq, böyük imperiyalar tarixini itirmirikmi? Bugünə qədər milli kültürü
öyrənib-şərh edən humanitar konsepsiyamız yoxdur. Bu xalqın kökündə duran qövmlərinin məsələn, götürək, bayat tayfasının dəqiq
etnoqrafiyasını cızan araşdırmamız olubmu? yaxud ədəbiyyat tariximizin mərhələlərindən danışırıq; deyək ki, oğuz-səlcuq dönəmindən
M.P.Vaqifə qədər biz özümüzü türkman adlandırmışıq, təsnifatda götürüb ayrıca "türkman ədəbiyyatı" mərhələsi ayırsaq, dərhal
mübahisələrlə üzləşəcəyik. Alim daha sonra bədii ədəbiyyatın missiyası məsələsindən danışarkın bunu ədəbiyyatımızın kifayət qədər
yerinə yetirdiyini, məsələn S.Vurğunun məşhur "Bəs mənim xalqımın varlığı hanı?" sualı ətrafında buna cavablar axtarıldığını
söylədi; bununla belə, problemin hələ də aktuallığını itirmədiyini də qeyd etdi. O, habelə yenicə başlayan milli dövlətçilik
quruculuğu işini və türk xalqının iqtisadiyyatda, elmdə, mədəniyyətdə işbirli problemlərini də XXI əsrdə həlli vacib məsələlər
sırasında vurğuladı.
Çıxış edənlərin hər birinin yanaşmasında forumun irəli sürdüyü suallara bu və ya digər cavablar tapılsa da, diqqət mərkəzinin
yönəldiyi məqamlardan biri də -- milli ədəbiyyat tarixi və onun təsnifatı prinsipləri problemi oldu. Filologiya elmləri doktoru
Zaman Əsgərlinin fikrincə, hər hansı ədəbiyyatın zaman və məkan sərhədlərini dəqiqləşdirmək üçün ayrılıqda nə dil, nə də ərazi
prinsipi əsas götürülə bilər, ədəbiyyat ilk növbədə təfəkkürün məhsuludur. Bununla belə, təcrübədə təfəkkürlə yanaşı, etnos,
ərazi, dil və hətta ictimai şərait və ədəbi-bədii mühit amillərinin də nəzərə alınmasını gərəkli sayan alim Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsini: -- 1. Milada qədərki dövr; 2. Miladdan islama qədərki dövr; 3. VII-X əsrlər; 4. XI-XII əsrlər;
5. XIII-XVI əsrlər; 6. XVII-XVIII əsrlər; 7. XIX-XX əsrlər -- deyə "qısa addımlarla" şərh etməyi lazım bildiyini söylədi.
Filologiya elmləri namizədi Seyfəddin Rzasoyun fikrincə isə, Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsinin prinsipi, vahid
me'yarı -- "Azərbaycan ədəbi düşüncə tərzidir", dil faktoru arxa plana keçməsə də, hər halda ən birinci amil kimi çıxış etmir.
Belə ki, arxetipik Azərbaycan ədəbi düşüncəsi də ayrı-ayrı dillərlə "nəql oluna" bilər; əsas məsələ bu "ədəbi dil məftillərinin"
bir-birinə "Azərbaycan ədəbi dil naqili" boyunca bağlanma məqamlarının tapılmasıdır; bu məqamlar yoxsa, həmin ədəbiyyatlar
Azərbaycan ədəbiyyatına aid ola bilməz. Alimə görə, Azərbaycan (türk) etnosunun yaratdığı ədəbiyyatla Azərbaycana məxsus
qeyri-türk etnoslarının yaratdığı ədəbiyyatların bir-birinə dəxli olan məqamlarını da yalnız bu yolla müəyyənləşdirmək olar.
Filologiya elmləri namizədi Sərxan Xavərinin fikrincə, ərazi, etnos, dil, irqi, dini, milli və regional mənsubiyyət kimi mövcud
prinsiplərdən yalnız birinin əsas götürülməsi, mütləqləşdirilməsi metodu bu gün "Azərbaycan ədəbiyyatı tarixi" adı altında təqdim
olunan ədəbi fakturanı tam əhatə edə bilməz; hansı ərazidə, hansı dildə yaranmasından asılı olmayaraq, ədəbi faktın etnik-mədəni
mənsubluğu əsas götürülməlidir. Bu zaman, Azərbaycan ədəbiyyatı təbii ki, digər müasir türk xalqları ədəbiyyatı ilə birgə
genezisi e'tibarilə türk ədəbiyyatlarının ortaq olduğu vahid ümumtürk ədəbiyyatının varisi kimi çıxış edir. Buna əsaslanaraq
alim ədəbiyyat tariximizi: -- 1. İslamaqədərki Azərbaycan ədəbiyyatı 2. İslamla başlayan Azərbaycan ədəbiyyatı və 3. Avropa ilə
başlayan Azərbaycan ədəbiyyatı bölgüləri daxilində, yarımbölgüləri də nəzərə almaqla, təsnifləndirməyi zəruri bildi.
Filologiya elmləri namizədi Ağaverdi Xəlilin fikrincə, ədəbiyyatımızın zaman və məkan sərhədləri etnik-mədəni tarixi prinsiplə
müəyyən olunur. Türk ədəbiyyatını şərtləndirən dominant atributiv keyfiyyət dil və kültür ümumiliyidir. Azərbaycan ədəbiyyatında
tarixi dövrləşdirmə türk dillərinin tarixi təsnifi prinsiplərinə uyğun aparılmalıdır və o, məsələn, analoji olaraq görkəmli
türkoloq Baskakovun təsnifindən bəhrələnməyi mümkün saydığını və bölgünü -- 1. Qədim türk ədəbiyyatı 2. Ortaçağ türk ədəbiyyatı
və 3. yeni dövr türk ədəbiyyatı sərhədlərində aparmağı məqsədəuyğun hesab etdiyini söylədi. Lokal və qlobal kontekst isə bu zaman
həm gerçəklik, həm də şüur səviyyəsində milli-regional elementlərin ədəbi yaradıcılıqda iştirakı, iştirak dərəcəsi ilə
səciyyələnir.
Filologiya elmləri namizədi T.Əlişanoğlunun fikrincə, irəli sürülən prinsiplər əslində ən'ənəvi baxışlardan çox da fərqlənmir.
Məsələ burasındadır ki, F.Köçərlidən başlayaraq milli ədəbiyyat tarixçiliyinin öyrənilməsi məsələsi problem səviyyəsində
qalmaqdadır. Faktoloji baxımdan, "eninə" çox işlər görülmüşsə də, problem bütövlükdə çözülməmişdir. İstər 20-30-cu illərdə,
istərsə də bütünlükdə "sovet dövrü"ndə olduğu kimi, bugün də gənc alimlər problemin sərhədlərini dəqiq cızır, eyni məqamlarda
israr edirlər; onun həlli yollarını isə nəzəri sxemlərdə arayırlar. Halbuki, alimin fikrincə, diqqəti hər bir dövrün
konkret mətnlərini öyrənməyə yönəltmək gərəkdir. Hər bir ədəbiyyatşünas araşdırdığı dövrün mətnlərini dərindən öyrənərək,
bu mətnləri hansı dəyərlərin meydana çıxardığını müəyyənləşdirərsə, o zaman milli ədəbiyyat tarixinin addımları və bütünlüyünü
görmək də çətin olmayacaqdır.
Ən müxtəlif problemləri aktuallaşdıraraq həlli yollarını axtaran foruma yekun vuraraq, filologiya elmləri doktoru yaşar
Qarayev elmi məclisin bütövlükdə baş tutduğu, məqsədinə nail olduğunu söylədi. Forumda toxunulan mövzu və məsələləri
ümumiləşdirərək göstərdi ki, milli humanitariya çağdaş elmimiz, mədəniyyətimiz və ədəbiyyatımız qarşısında duran problemləri
dəqiq formulə etdiyi kimi, onun aradan qaldırılması yolları və potensialına da malikdir. Qarşıdan gələn yeni əsr, yeni minillik,
yeni era bizdən daha artıq səbatla fəaliyyət göstərməyi tələb edir.
POEZİYAHIH GƏHCLİYİ, GƏHCLİYİH POEZİYASI
yeni il və yeni əsrin ərəfəsində Azərbaycan EA Hizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat qəzeti" redaksiyası ilə birgə keçirdiyi tədbirlərdən biri belə adlanırdı: "Poeziyanın gəncliyi və gəncliyin poeziyası". Əsasən gənc yazarlar və alimlərin toplaşdığı məclisi açaraq, Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor yaşar Qarayev əsrlərin qovşağında belə bir tədbirin keçirilməsini əlamətdar saydı. Göstərdi ki, yeni minilliyin astanasında elm ocağının beləcə gənclik nəfəsi ilə dolması heç də təsadüfi deyil. Bir neçə gün əvvəl buradaca yığışan ədəbiyyatşünaslar ötən əsrə, ötən minilliyə "əlvida" deməklə babalarımızın bizə qoyub getdiyi dəyərləri müəyyənləşdirməyə təzə əsrə, minilliyə nə ilə gedirik -- bir daha aydınlaşdırmağa çalışdılar; ədəbi gənclis isə artıq sabah perspektivlərini üzə çıxarmağa, gələcəklə bağlı tendensiyaları ifadə etməyə maildir.
yaşar Qarayev habelə son illərdə ədəbi gəncliyin yaradıcılıq proseslərinin akademik mehrablardan kənar, öz axını ilə getməsinə təəssüfünü bildirərək; Ədəbiyyat İnstitutunun bu sarıdan böyük ən'ənəyə malik olduğunu, əsl ən'ənələr bankı kimi bu gedişata rəvac verə biləcəyini də vurğuladı. Bu zaman yanlış olaraq ümulan "güzəşt" sözü bəlkə yaşlı nəslə aid edilə bilərsə, ədəbi gəncliyə münasibətdə qətiyyən özünü doğrultmur. Əksinə əsl tənqidə, analizə isə gəncliyin yaradıcılığı həmişə ehtiyac duyur. Poeziya sözünü rəmzi olaraq vurğulasa da, hazırkı tədbirin məramının da məhz bundan bütünlükdə ədəbi gəncliyin yaradıcılıq prosesinə nəzər yetirməkdən ibarət olduğunu söyləyən y.Qarayev iştirakçıları fəal olmağa çağırdı.
Ədəbiyyat İnstitutu müasir ədəbi proses şö'bəsinin müdiri, filologiya elmləri doktoru Akif Hüseynov məclisə toplaşmış gənc yazarları salamlayaraq, şö'bənin işinin bilavasitə cari ədəbi prosesi, o cümlədən ədəbi gəncliyin fəaliyyətini izləmək olduğunu, bu baxımdan əlaqələrin intensivliyinin vacibliyi və önəmini vurğuladı. Sıra tədbirlər kimi nəzərdə tutulan bu ilk məclisin gənc yazarlarla tanışlıq səciyyəsi daşıdığını qeyd edərək, sözü mə'ruzəçiyə verdi.
Gənc tədqiqatçı Anar Hiftəliyev mə'ruzə ilə çıxış edərək, gəncliyin yaradıcılığını son on ilin -- 90-cı illərin ədəbi mənzərəsi kontekstində nəzərdən keçirdiyini bildirdi. Göstərdi ki, 90-cı illərdə ədəbi gedişatın daxilən yeniləşməsi gözlənir, bu, birbaşa ədəbi-bədii prosesin məntiqindən irəli gəlirdi. İctimai-siyasi formasiyanın dəyişməsi bədii müşahidələrin kökündən dəyişməsi ilə nəticələnir, digər tərəfdən ədəbiyyata ən'ənənin tə'sirindən tamamən azad bir nəsil gəlirdi. Belə ki, ədəbi prosesdə 60-cıların tə'siri hələ 70-80-cilərə də gerçək olaraq şamil idisə, 90-cılara münasibətdə sıfıra enir. 90-cılar özünü təsdiq edə və ədəbiyyatı yeniləşdirə bildilərmi? -- A.Hiftəliyev mə'ruzədə bu sualların məhz problematik şəkildə qoyulub cavab axtarıldığını nəzərə çatdırdı.
Mə'ruzəçinin fikrincə, 90-cı illərdə ilk əvvəl gəncliyin poeziyası hələ müəyyən adları fetişləşdirirsə də, bütövlükdə ona inkarçılıq xasdır və 90-cıların timsalında bu, artıq inkarın inkarı olmaqla nəticə e'tibarilə özünəqayıdışla nəticələnməli, milli dərinləşmə və qlobal genişlənmə proseslərini özündə ehtiva etməliydi. Bütövlükdə ədəbiyyat qapalı sistemdir; bir tərəfdən klassikləşmə-qəlibləşmə prosesləri, digər tərəfdən isə sərbəstləşmə-qəliblərin inkarı prosesləri daim müşahidə olunur. 90-cı illərdə bu inkar özünü ilk növbədə stixik şəkildə, "Avanqard", "Ağ yol", "2+" və s. kimi qrupların yaranması ilə göstərdi. Lakin yaradıcılığın səciyyəsini fərdilikdə gördüyündən çıxışçı mə'ruzədə ilk növbədə fərdi yaradıcılıq təzahürlərinə əsaslandığını söylədi.
Daha sonra Anar Hiftəliyev son onilin poeziyasında iki istiqamət ayıraraq, konkret imzalar və poetik nümunələr əsasında hər iki təmayülü şərh etdi. Belə ki, Salam, Qulu Ağsəs, habeləonların ardıcılları və hətta təqlidçiləri timsalında (Səhər, İlqar İlkin, Rəfail Həbiboğlu, Hamiq Dəlidağlı, Qalib Şəfaət, Rəsmiyyə Sabir, Heydər Ələddinoğlu, İbrahim İlyaslı, Hamlet Kazımoğlu, Rövşən Haziroğlu, Faiq Balabəyli, Mübariz Məsimoğlu, Xosrov Hatil və b.) ən'ənəvi qəliblərdən çıxmadan yenilik yaratmağa çalışanların yazıları ümumiləşdirildi (I). Mə'ruzəçinin fikrincə, mətndaxili strukturların potensiyasından istifadə bu təmayülün yeganə üstünlüyüdür, bununla belə özünə qapanma, özünütəkrar halları burada məxsusi artımdan danışmağa imkan vermir. Dəyanət Osmanlı, Xanəmir, Rasim Qaraca və b.-nın timslanda ümumiləşdirilən digər təmayül poeziyada sərbəst forma axtarışları kimi səciyyələndirildi (2) və mə'ruzəçi burada orijinallıq axtarışlarının əslində poetik fikri üstələdiyini göstərdi. Və ümumən onun fikrincə, gənclərin poeziyasında qloballaşma təzahürləri milli idrakdan keçmədən əksini tapır, formal tətbiq daxili dərk proseslərini üstələyir.
Anar Hiftəliyev habelə nəsrdən danışaraq, Orxan Fikrətoğlu, Pərviz, Hatəvan Dəmirçioğlu, Aydın Xan, Mehriban Kən'an, Elçin Hüseynbəyli, Zakir Sadatlının adını çəkdi. Gerçəkliyin mifləşdirilməsi, eksperimentçilik, hadisələri irreallığa keçirmək, nəsrin publisitika ilə "yüklənməsi", nəsr dilinin aşınması kimi təzahür və kəsirlərə diqqət cəlb etdi. Mə'ruzəçinin fikrincə, son onilin ədəbi gəncliyi dramaturgiya sahəsində əhəmiyyətli bir addım atmamışdır.
Mə'ruzə tədbirə gəlmiş gənc yazarlar tərəfindən birmə'nalı qarşılanmadı Aygün Həsənoğlu, Həyat Şəm'i, İlqar İlkin, Rəsmiyyə Sabir, Xaliq Şükür, Lətifə Huran və b.-ları çıxış edərək, mə'ruzənin gəncliyin ədəbi yaradıcılığını gərəyincə əks etdirmədiyini, çox hallarda subyektiv və ifrat mövqedən çıxış etdiyini, bununla belə kifayət qədər informativ olduğunu, maraq və reaksiya doğurduğunu da bildirdilər. Ədəbi gənclik adından danışan Aydın Xan mə'ruzənin konseptual olduğunu, bununla belə akademizmdən çıxış eləməyin düzgün olmadığını qeyd etdi. Əvəzində qısa mülahizələr şəklində öz "sxem"ini təklif etdi. Əsrin əvvəllərini -- "klassik cəmiyyət", sosializm realizmi dövrünü -- konservatorların yaratdığı "qapalı ədəbiyyat", 60 və 70-80-cilərin yazıçılarını liberallar və islahatçılar kimi təqdim edən gənc yazar 90-cı illərdən "açıq cəmiyyət" və intellektualla_____§_______ _(_iyyatın önə çıxdığını bəyan etdi, gələcəyi isə virtualların fəaliyyət sferasına aid etdi. "Virtuallar nə deməkdir? -- bilmirəm, amma bu anlayışı işlədirəm" -- deyən çıxışçı habelə mə'ruzəçini çağdaş prosesdə geniş yayılmış ədəbi qrupların təcrübəsinə laqeyd yanaşmaqda haqsız saydı.
İnstitut əməkdaşlarından Seyfəddin Rzasoy, Xeyrulla Əliyev, Aydın Dadaşov, Qurban Bayramov və b. -ları çıxış edərək, ədəbi gəncliyə xas maksimalizmi, kəskinliyi təbii saydıqlarını, bununla belə istər özündən əvvəlki irsə, istərsə də bir-birlərinin yaradıcılığına hörmətlə, qarşılıqlı anlaşma ilə yanaşmağın vacibliyini söylədilər, ədəbi gəncliyə yaradıcılıqda uğurlar diləyərək, əlaqələrin ardıcıl olaraq möhkəmlənməsi və daha da təkmilləşdirilməsini arzuladılar. Filologiya elmləri namizədi Safurə Quliyeva məclisdən daha artıq məzmun, işgüzar səciyyə gözlədiyini söyləyərək, ədəbi gəncliyin daha çox tanınan nümayəndələrinin tədbirə biganə yanaşmalarını tənqidin özünün nüfuzunu itirməsində axtarmaq lazım olduğunu qeyd etdi. Halbuki, bu iddia və müştəbehliyə gənclərin yaradıcılığı çox da əsas vermir. Adları ən çox çəkilən imza sahiblərinin şe'rlərində də çox vaxt fikirlə hiss vəhdətinin pozulması, poetik axtarışlara biganəlik, ahəng monotonluğu geniş yayılmış kəsirlərdir. Məsələn, tədqiqatlara əsasən əgər Məhəmməd Füzuli şe'rlərində 300-ə qədər, M.Ə.Sabir 180-a qədər, M.Müşfiq 60-a qədər vəzndən istifadə edirdisə, bugün əksər şe'rlər bir qayda olaraq səkkizlik və on birlik ölçülərdə yazılır, şairlər poetik yaradıcılıqlarında lazımınca sənətkarlıq qayğısına qalmırlar. Çıxışçı ədəbi gəncliyə milli poeziyanın zənginliyini dərindən mənimsəməyi dilədi.
"Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı gənclərin yaradıcılığına həsr olunmuş belə tədbirləri təqdirəlayiq hesab etdiyini, məclisdə iştirak edən gənclərin əksəriyyəti ilə "Ədəbiyyat qəzeti"nin keçirdiyi gənclər günündən tanış olduğunu söylədi. Qeyd etdi ki, son zamanlarda bir sıra gənclərdə belə bir yanlış təsəvvür yaranmışdır, guya ədəbiyyatı bilmədən də, hazır fikirlərlə ədəbiyyata gəlmək olar. Hələ M.Füzuli göstərirdi ki, poeziyada elmsiz uzaq getmək olmaz. A.Vəfalı onu da göstərdi ki, hazırkı mətbuat bolluğu şəraitində hər cür məs'uliyyətsiz çıxışlar bə'zi gəncləri də çaşdırır və ədəbiyyata gəlməyə can atan gənclərə yalnız sənət me'yarlarına və ədəbi vicdana söykənməyi tövsiyə etdi. Eyni zamanda Hizami adına Ədəbiyyat İnstitutu müasir ədəbi proses şö'bəsinin ədəbiyyatda gedən proseslərə fəal müdaxilə etməsini arzuladı.
Müasir ədəbi proses şö'bəsinin müdiri Akif Hüseynov tədbirə yekun vurdu; əhatəli çıxışına görə mə'ruzəçiyə təşəkkürünü bildirərək, bütövlükdə gənclərin narazı əhval-ruhiyyəsini anladığını da söylədi. Belə ki, tənqidçinin vəzifəsi həmişə çətin və məs'uliyyətli olmuşdur; hamı ondan rə'y və obyektivlik gözlədiyi halda, heç kəs tənqidi mülahizələrə dözmür; bu, xüsusən gənclərin simasında özünü göstərir. İnkarçılıq ədəbi gəncliyə xas cəhət olsa da, unutmamaq gərəkdir ki, böyük ədəbiyyat həmişə təsdiqdən başlayır. A.Hüseynov belə bir arzuolunmaz təzahürü də gənclərin diqqətinə çatdırdı ki, indi bir çox cavanlar yazılarında şair olmazdan əvvəl həyatda, davranışlarında şair ədası nümayiş etdirməyə üstünlük verirlər, ictimaiyyətdən, oxucudan uzaq gəzərək özünə qapanmağı şairlik əlaməti kimi başa düşürlər; belə cavanların məclisə gəlməməsini də daha çox bununla bağlamaq olar. Və o, ümumən cəmiyyət problemlərindən sərf-nəzər edib, guya "özlərini yazan" gənclərin düz yolda olmadıqlarını, bu halda oxucu üçün də elə bir maraq kəsb etmədiklərini vurğuladı. A.Hüseynov "Poeziyanın gəncliyi -- gəncliyin poeziyası" mövzusunda tədbiri İnstitutun ədəbi gəncliklə əlaqələrinin bərpası sırasından ilk məclis kimi qiymətləndirərək, bütün iştirakçılara təşəkkürünü bildirdi və ədəbi gəncliyi nəzərdə tutulan növbəti tədbirlərdə də fəal olmağa çağırdı.