"Haməlum nəsil"(X nəsli) hansıdır? Bu termin kütləvi mədəniyyətdə daha çox Duqlas Kouplendin 1991-ci ildə eyni adlı əsərinin nəşrindən sonra yayılmışdır. 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində doğulmuş, səhnəyə 90-cı illərdə çıxmış nəslə aid edilir...
1961-ci il təvəllüdlü Kouplendi "yeni nəslin Selinceri" adlandırsalar da, burda bir qeyri-dəqiqlik var. Kitabları deyir ki, onu "90-cıların Tomas Vulfu" çağırmaq olardı. Axı belletrist forma və təhkiyəsinə baxmayaraq, "Haməlum nəsil"(X nəsli) əsəri tövbədən, etirafdan çox, hesabat, reportaj tərzindədir...
"İnostrannaə literatura" jurnalı, 1998, 3
Zaman yaxınlığını görüb, ilkin təsəvvür üçün romanın havasını verən üç səciyyəvi fəsli dilimizə çevirdik; üç hissəli romandan üç parça... Çağdaş gənclik təbii ki, burda eynən həyatının faktlarını tapammasa da, ruhuna açar, ruhunun bələdçisini şəksiz tapasıdır.
DUQLAS KOUPLEND
Duqlas Kouplend 1961-ci ildə HATO-nun Almaniyadakı bazasında anadan olub. Lakin uşaqlıq, gənclik dövrünün çox hissəsini sonralar İncəsənət və Dizayn Kollecini bitirdiyi Vankover şəhərində keçirib. yazıçının karyerası öz dövrünün gəncliyini əks etdirəsi sənədli hekayə üçün aldığı 22.500 dollar məbləğində avansdan başlayıb. Sənədli hekayənin əvəzinə Kouplend "İks nəsli" romanını yazdı. Kitabda üç uğursuz adamın taleyini əks etdirən haşiyəli estetikaya incə müşahidələr qatılıb. 1995-ci ildə "Tezləşdirilmiş zaman üçün nağıllar" başlığı altında işıq üzü görən kitab 400 min tirajla satılmışdı. Şöhrət qazanıb dildən-dilə düşdükcə ayin mətnlərini xatırladan roman sənət hadisəsinə, kitabın başlığı isə gənclik mədəniyyətində yeni eranın adına çevrildi...
İKS HƏSLİ
(roman)
I. HƏYATINI DƏYİŞ!
...Var gücümüzü səfərbər etsək də, Klerlə mən bir-birimizə aşiq ola bilmədik. Belə də olur. Hə, məndən söhbət düşmüşkən, niyə özüm haqda söhbətə girişməyək? Hədən başlayım?.. Hə, adımdan. Adım Endryu Palmerdi. Bu gün-sabah 30 yaşım tamam olacaq. Dilləri öyrənirəm (yaponşünasam). Ailəmiz böyükdü. (Bu haqda ətraflı bir az sonra...) Mən distrofiyalı doğulmuşam: bir dəri-bir sümüyəm.
Buna baxmayaraq, pop-rəssam Endi Uorxolun gündəliyindən oxuduğum bir parçadan ilhamlanaraq, çox sürəkli fəaliyyətə girişdim. Bu adam ömrünün altıncı onilliyində başa düşüb ki, əgər gimnastikayla məşğul olsaydı, "bədəni" olardı (bir düşünün, bədənsiz olmaq...). Zəhlətökən hərəkətlərdən sonra döş qəfəsim göyərçin sinəsinə oxşayır. Hə, indi mənim bədənim var! Bir problemi həll etdik. Amma bayaq dediyim kimi, mən sevə bilmirəm: bu da bir cür problemdi... Hər dəfə iş onunla bitir ki, biz "dost" oluruq, deyim ki, bu da çox iyrəncdi. Mən sevmək istəyirəm! Hər halda, bu mənə elə gəlir, dəqiq bilmirəm. Axı, bu bir az... qaranlıq məsələdi. yaxşı, yaxşı, boynuma alım ki, tənha yaşamaq istəmirəm. Və bu barədə sizə, lap aydın olsun deyə, bir əhvalat söyləyəcəm. Bu əhvalat çox gizlidi. Bu haqda hətta bugünkü piknikdə Kler və Deqlə də bölüşməzdim. Belə!
Biri vardı, biri yoxdu, Edvard adında gənc bir adam vardı. Bu adam öz həyatını ləyaqətlə yaşayırdı. O qədər ləyaqətliydi ki, hətta hər axşam 6.30-da tənha şam yeməyini hazırlarkən çalışırdı yeməyini coşqun cəfəri yarpağı ilə bəzəsin. Onun fikrincə, cəfərinin görkəmi belə idi: Coşqun! Coşqun və əsilzadə. Edvard çalışırdı şamdan sonra qabları yuyub-silsin. Özlərinin nahar və şam yeməkləri, yuyulub-silinmiş qabları ilə yalnız tənha adamlar öyünmürlər. Amma Edvard hesab edirdi ki, o, bu adətiylə öyünməlidir - belə baxanda ona heç kəs lazım da deyil. Lakin tək də qalmaq fikri yoxdu. Əlbəttə, tənhalıq elə də şən keçmir. Amma yaxşı ki, səni hövsələdən çıxaran adamlardan da uzaqsan.
Bir dəfə Edvard qablarını yumadı, bunun əvəzində isə bir şüşə pivəni başına çəkdi. Elə-belə, əhval-ruhiyyəsini yüksəltmək, gündəlik qayğıları unutmaq üçün. Və tezliklə cəfəri onun gündəlik menyusundan çıxdı, bura pivə əlavə olundu. Edvard üzürlü səbəb də tapdı. Amma nə
səbəb idi - xatırlamıram. Tezliklə şam mərasimi söndü. Onun üçün od-ocaq mənasını itirdi. Zavallı Edvardı təklikdə yeyib-içmək lap boğaza yığırdı. Bir qədər sonra mikrodalğalı mətbəx dükanına dadandı ara-sıra oradan lobyalı-ətli burrito alıb, Polşa albalı şərabı ilə içməyə başladı. Albalı şərabına bir uzun yuxulu yay zamanı dadanmışdı. Həmin yay o, Ənvər Xoca adını daşıyan kommunist ədəbiyyatı dükanında darıxdırıcı bir işlə - kitab satmaqla məşğul idi.
Lakin bir qədər sonra Edvard bunu da özü üçün çox cansıxıcı
hesab etdi və nəhayət onun şam yeməyi bir-birinin ardınca
növbələşərək bir stəkan süd və "Likör anbarı"nın piştaxtalarında satılan ucuz ərzağa qədər azaldı.
Edvard "bərk nəcis"in (antonim - duru) nə olduğunu unutdu və ona gəlirdi ki, gözlərinin içərisində brilyantlar oynaşır.
Təkrar edək: Zavallı Edvard, deyəsən, onun həyatı tədricən idarəolunmaz hal alırdı. Məsələn: bir dəfə Kanadada məclisdə əylənən Edvard yuxudan ertəsi gün səhər ABŞ-da oyanmışdı. İki saat yolda olmuş, öldürsən də nə evə necə gəlib çıxdığını, nə də sərhədi necə keçdiyini yadına sala bilməmişdi.
Gör Edvard nə fikirləşirdi. O fikirləşirdi ki, bəzi mətləblərdə çox fərasətli oğlandı. O, məktəbdə oxuyurdu və çoxlu söz bilirdi. Edvard deyə bilərdi ki, "veronika" Həzrəti İsanın üzünə salınan zərif parçadı. "Qaragül" isə vaxtından əvvəl doğulmuş quzunun dərisidir. Sözlər, sözlər, sözlər...
Edvard təsəvvüründə bu sözlərin köməyi ilə öz dünyasını, sakini yalnız onun özü olduğu ikili kubşəkilli (ingilis arxitektoru Adamın təyininə əsasən) sehrli və əsrarəngiz otaq aləmini yaradır. Otağa yalnız tünd rənglənmiş qapıdan girmək olardı. İçəri girməyə cəhd edib, Edvarda fikrini cəm etməyə mane olan hər kəsin ayaq səslərini batırmaq üçün qapıya dəridən və at qılından üz çəkilmişdi. Bu otaqda Edvard on uzun il keçirdi. Divarlarda kitabların ağırlığından əyilmiş palıdı rəflərin, rəflərin arasındakı boş yerlərdə isə ən dərin hovuzların suyu kimi sapfir rəngli çərçivəli xəritələr asılmışdı. Döşəmə başdan-başa Edvardın hər yerdə nəfəsini arxasında duyduğu sədaqətli spanieli Lüdviqin tökülmüş tüklərindən gümüşü rəngə çalan gözəl mavi rəngli Şərq xalçaları ilə örtülmüşdü. Lüdviq günün çox hissəsini yazı masasının arxasında keçirən Edvardın tez-tez bəyan etdiyi həyat haqqındakı ağıllı fikirlərinə təkəbbürlə qulaq asır. Elə bu yazı masasının arxasında Edvard yazır və qəlyan çəkir, pəncərələrin qurğuşunlanmış şüşələrindən landşafta: daim payız yağışlı şotland gündüzünə baxırdı.
Əlbəttə ki, ziyarətçilər bu sehrli otağa buraxılmırdı, Edvard da yalnız missis yorka ona günorta rasionu gətirməyə icazə vermişdi. Bu tvid paltarlı, saçları səliqə ilə arxaya yığılmış nənə hər gün Edvarda onun daimi şerri-brendisini, yaxud da zaman-zaman bir şüşə qırxunsiyalıq "Cek Deniels" viskisi və bir stəkan süd gətirirdi.
Hə, Edvardın otağı gözəl idi, hərdən o dərəcədə gözəl idi ki, yalnız beləcə, ağ-qara təsvirdə var ola bilərdi, köhnə salon kinokomediyaları kimi. İncə tapıntıdır, deyilmi?
Bəs sonra nə oldu, nə hadisə baş verdi ki? Bir dəfə Edvard diyircəkli kitabxana nərdivanının son pilləsində olub, bir daha oxumaq istədiyi qədim bir kitabı götürməyə məşğulkən bu gün missis yorkun içkini gecikdirdiyi barədə düşünməməyə çalışırdı. Hərdivandan düşəndə ayağı Lüdviqin nəcisinin içinə girdi. Edvard bərk qəzəbləndi. O, Lüdviqin yatdığı ipək parça ilə üzlənmiş yumşaq kreslonun yanına yollandı.
"Lüdviq! - bağırdı, - ay səni yaramaz, ay səni..."
Edvardın sözü ağzında qaldı, belə ki, Lüdviq divana tullanıb ən sehrli (inanın mənə) və ən gözlənilməz şəkildə, sevgisi aşıb-daşan, kəsik quyruğunu sevinclə bulayan maçalkayabənzər küçükdən, sahibinin boğazından yapışıb, təkcə xoşbəxtlikdən şah damarını zədələməmiş, göy-qara rəngli, qara ağızlı qəzəblənmiş rotveylerə çevrildi, Edvard dəhşətlə dartındı. Sonra yeni Lüdviq, eyni zamanda serber ağzından köpük daşdıra-daşdıra şossedə yük maşının altına düşmüş bir dəstə itin cansıxıcı ulartısı ilə dişlərini Edvardın baldırına tuşladı. Edvard təlaş içərisində pilləkənə atılıb, taleyin hökmü ilə elə bu an pəncərədən gördüyü missis yorku səslədi. Başında açıq rəngli parik, əyninə hamam xalatı geymiş missis york professional tennisçinin qırmızı rəngli balaca idman maşınına atılaraq, Edvardı əbədi baxımsız qoymuşdu. Demək lazımdır ki, missis york Şotlandiyanın payız səmasına bir damcı da bənzəməyən qızmar, ozondan məhrum, yeni sərt səmanın faciəli işıltısı altında çox qəribə görünürdü.
Bəli!
Zavallı Edvard.
Otaq onun üçün tələyə çevrilmişdi. Edvard ancaq rəflərin arası ilə nərdivanla dala-qabağa gedə bilirdi. Həyat onun bir zamanlar füsunkar iqamətgahında dəhşətə çevrilmişdi. Kondisionerə əl uzatmaq mümkün deyildi və içəridə kəsif, üfunətli, Kəlküttə havası vardı. Və şübhəsiz ki, missis yorkun gedişi ilə vəziyyəti bir qədər dözümlü edə biləsi kokteyllər də yoxa çıxmışdı. Bununla belə, Edvard hələ də titrəyən, qanı qaçmış ayaq barmaqlarından əl çəkmək bilməyən bədheybəti qovmaq ümidi ilə kitabları bir-birinin ardınca acıqla Lüdviqə sarı tolazlayırdı.
Edvard yuxarı rəfdə çoxdan yaddan çıxmış kitabların arxasında mürgüləyən həşaratları oyatmışdı. Onlar Edvardın qollarında gəzişirdilər. Lüdviqə sarı tolazlanan kitablar onun belindən sürüşüb yerə düşür və nəticədə xalçanın üstü boz-qonur rəngli həşəratla dolurdu. Lüdviq isə həşəratları uzun çəhrayı rəngli dili ilə yalayırdı.
Edvardın düşdüyü vəziyyət gərgin idi.
yeganə yol qalırdı. Otağı tərk etmək. Usanmaz Lüdviqin qəzəbli ulartısı altında Edvard nəfəsini içinə çəkib, qorxu və kədər qarışıq bir hisslə ağır palıd qapıları araladı, əbədiyyən ilk dəfə olaraq, öz sehrli sarayını tərk etdi.
Əbədiyyət həqiqətən də on ilə bərabərmiş. Qapının arxasında gördükləri Edvardı heyrətə gətirmişdi. Otağında, cazibəli sürgündə özünü ağıl dəryası bildiyi bütün bu vaxt ərzində ondan fərqli, bəşəriyyətin digər parçası bekar qalmayıb nəhəng bir şəhər qurmuşdu. Onlar şəhəri sözlərdən deyil, qarşılıqlı münasibətdən hörmüşdülər. Göz qamaşdıran hüdudsuz Hyu-york, dodaq boyasından, artilleriya gilizlərindən, toy mərasimi üçün bişirilən tortlardan və köynəklər üçün karton içlikdən yapılmış, dəmirdən, papye-maşe və oyun kartlarından tikilən şəhər, dışarıdan dəm qazı, buhenvillərin sırsıra və meynələri ilə işlənmiş iyrənc-gözəl dünya. Bu dünyanın bulvarları plansız, təlaşlı, çılğın idi. Hər tərəfdə siçan tələsi, triffidlər, qapqara çalalar. Fəqət şəhərin valehedici çılğınlığına baxmayaraq, Edvard burda bir şeyin şahidi oldu. Şəhərin çoxsaylı sakinləri hər tində təlxəyin atacağı kremli tortdan, "Qırmızı briqada" döyüşçüsünün, diz qapağını nişan aldığı güllədən və ya füsunkar kino ulduzu Sofi Lorenin busəsindən əsla çıldırmayaraq, laqeyd bir görkəmlə ora-bura gəzişmədə idilər. yolu soruşmaq istəsən - nə fayda? Edvard bir yerlidən soruşanda ki, hardan xəritə almaq olar, o, müsahibinə dəliyə baxan kimi baxmış və bağırıb uzaqlaşmışdı.
Axır ki, Edvard bu Böyük şəhərdə kəndçi olduğunu etiraf etməli oldu. O anladı ki, üsul və fəndlərə yiyələnmək məsələsində on illik həndikapdan sonra olsa belə, sıfırdan başlamalıdı. Bu perspektiv Edvardı qorxutdu. Amma əyalətdən çıxmış kəndçi yeni, təzə-tər baxışlarına güvənib qədəm qoyduğu şəhəri fəth etməyə and içdiyi sayaq, Edvard da eynən qərar qəbul elədi. Edvard özünə söz verdi ki, bu dünyada öz yerini tutan kimi (bu dünyanın odekalon qaynayan çoxsaylı fantanlarında ölümcül bişmədən, şəhər küçələrində şütüyən, içərisi cizgi filmlərindən qəzəbli toyuqlar dolu saysız-hesabsız furqonların təkərləri altına düşmədən) ucadan uca bir qala tikəcək. Bu gümüşü qala Edvardın özü kimi bu şəhərə gecikənlər üçün mayak olacaq. Qalanın damında isə bar olacaq. Edvard bu barda üç iş görə biləcəyinə əmin idi: pomidor şirəsi və limon dilimləri ilə kokteyl qarışdıracaq, sink lövhələr və unudulmuş pop-ulduzların şəkilləri yapışdırılmış pianoda caz ifa edəcək, uzaq küncdə tualetlərin yanındakı balaca çəhrayı rəngli dükanda (başqa şeylərlə birlikdə) coğrafi xəritələr satacaq.
Katastrofiliya
Fövqəladə hallara islaholunmaz cazibə
Öpüş əvəzinə QİÇS
(hiperkarma)
Kök salmış inama görə cəza həmişə cinayətdən ağır olur.
Ozon dəliyi zibili zibil qabının içinə atmamağımızın cəzasıdır.
Dəyişik dəyərlər
Zaman-zaman dəbdə olan və intellektual hesab olunan bir əşyanın, digər çox bahalı əşyaya dəyişdirilməsi. "Brayan, Kamyunun kitabını, qardaşının BMW-sində unutmusan".
Qərarsızlıq iflici
Sonsuz variantlar içərisində heç birisini seçə bilməmək qabiliyyəti.
II. VALİDEYNİ HƏZM ET!
Biz Klerin qonaq otağının taxta döşəməsinin tozunu alıb plutoniumları yığırıq. "Plutonium" - bu, dəcəl (həm də, güman, radioaktiv) trinitit muncuqlara öz aramızda qoyduğumuz ad-neologizmdir. "Ax, yaramaz şeytancıqlar" - Deq şübhəli ləkəni döyəcləyə-döyəcləyə bağırırdı. Deqin kefi açılmışdı. Və ümumiyyətlə indi özünə oxşayırdı. Bu əhval-ruhiyyəyə on iki saatlıq yuxu, duş və qonşu Makarturların ağacından dərilmiş qreynfrut təsir eləmişdi. Bu ağacı keçən həftə göy rəngli bayram lampaları ilə bəzəməkdə Makarturlara yardım etmişdik. Deqin əhvalının yaxşılaşması Deqmar Bellinqhauzenin dəmlənmə əleyhinə sirli miksturası (dörd həb taylenol və bir banka azca isidilmiş "Kempbel" toyuq bulyonu) ilə də bağlı idi. "Muncuq deyil, elə bil qatil arılardı - hər yerdən sivişib keçirlər". Bütün səhəri telefondan asılı qalıb, Deq və Klerin fikrincə, patoloji qorxduğum görüşü, Portlendəki doğmalarımla gələcək görüşümü ayarlamağa çalışdım.
"Bəsdir üzüldün. Hədən narahatsan ki? Bir mənə bax, gözünün qabağında başqasının evini yaxın dörd milyard yarım il üçün yararsız hala salmadımmı? Bir gör, nə qədər vicdan əzabı çəkməliyəm...". Deq plutoniumlarla cəncəli çox sakit qəbul edib, əvəzində psixoloji kompromisə də getməli olmuşdu. İndi də özünü elə göstərməli idi ki, Klerlə Tobiasın onun yataq otağında mələfələri kirlədə-kirlədə cütləşmələrinin (Tobias prezervativdən istifadə etməməyi ilə öyünür), əlifba sırası ilə düzdüyü kassetləri alt-üst və soyuducudakı sitrus ehtiyatını məhv etmələrinin əleyhinə deyil. Buna baxmayaraq, Tobias onun fikrindən çıxmırdı.
- Mən ona inanmıram. Axı ona nə lazımdır?
- Lazımdı?
- Endryu, ayıl. O cür xarici görünüşü olan adam Kaliforniya ştatında istənilən dırnağı pedikürlü gözəlçəni əldə etməyə qadirdir. Belələri onun zövqündədir. Lakin Tobias Kleri seçdi. Axı biz Kleri nə qədər sevsək də, o nə qədər diri qız olsa da, Tobiasın ölçülərinə görə, Kler zay maldır. Endi, mən demək istəyirəm ki, Kler səviyyəlidir, o, kitab oxuyur. Fikrimi anlayırsanmı?
- yəqin ki.
- O yaxşı adam deyil, Endryu, amma ki, durub buralara - dağlara gəlib Kleri görməyə. Sən allahın, demə ki, bu elədikləri böyük sevgidəndir.
- Deq, bəlkə biz onun haqqında nəyisə bilmirik, bəlkə ona inanmağa dəyər. Gəl ona daha yaxşı olmağa yardım edə biləcək kitabların siyahısını verək.
Buz baxışlar.
- yox, Endryu. Mən belə düşünmürəm, o çox uzağa gedib. Onun kimi adamlarla ünsiyyətdə olanda zərəri minimuma endirməyə çalışırsan. Kömək elə, masanı qaldıraq.
Mebelin yerini dəyişib plutoniumların işğal etdiyi yeni əraziləri kəşf edirik. Dezaktivasiya öz ritmində davam edir: şotka, əsgilər, zibil vedrəsi. Süpür-süpür, mənim süpürgəm.
Deqdən soruşuram, Milad bayramında Torontoya, valideyninin yanına getmək istəmir ki; aralarında bir az soyuqluq var.
- Məni qorxutma. Endryu, sənin sadiq nökərin bayramı kaktus kolunun altında keçirməyə üstünlük verir.
- Ora bax, - söhbəti dəyişərək: - o toz topasını götür, - deyir.
Mən təklif olunmuş mövzuya qayıdıram.
- Belə çıxır ki, mənim anam bu günə kimi nə ekologiyadan, nə də tullantıların yenidən emalı konsepsiyasından xəbərsizdi, - Deqə nəql edirəm, - İki il öncə, "Minnətdarlıq Günü" şam yeməyindən sonra bütün zibili bio-çürüməyə davamlı plastik torbaya yığdı. Ona başa saldım ki, bu torba çürüyən deyil, rəfdəki torbalardan digər birini götürməyi məsləhət bildim. "Hə, əlbəttə, - dedi, - bunları tamam unutmuşdum". Məsləhət gördüyüm torbalardan birini götürdü. Əvvəlki torbanı bütün içindəkilərlə birlikdə təklif etdiyim torbaya qoydu. Bu işi görərkən üzündəki qürur ifadəsi o qədər təbiiydi ki, anama hər şeyi təzədən qarışdırdığını deməyə dilim gəlmədi. "Luiza Palmer - o bizim planeti xilas etdi".
Şappıltı ilə sərin, yumşaq çarpayıya atılıram. Deq yır-yığışa davam edir.
- Mənim valideynimi, onların evini bir görəydin, Deq. "İnsanlar on beş il öncə necə yaşayırdı" muzeyidi. Bu evdə heç nə dəyişmir; bu adamlar gələcəkdən oddan qorxan kimi qorxurlar. Valideyni bu qatı pasdan qurtarmaq naminə heç ata evini yandırmaq fikrinə düşmüsənmi, Deq? Həyatlarında nəsə bir dəyişiklik olsun deyə. Klerin ata-anası heç olmaya, arabir, zaman-zaman ayrılıb-barışırlar. Bir yerdə durmurlar. Bəs mənim ata evim: - Avropanın Bonn, Antverpen, Vyana və Sürix kimi qartımış şəhərlərinə bənzəyir. Burada gənclik nəfəsi yoxdur, elə bil özünü həkimin əla bəzədilmiş gözləmə otağında hiss edirsən.
- Endi, bəlkə də bu mənim işim deyil, ancaq başa düş ki, sənin valideynin qocalır, bu əlamətlər də onu deyir. Ağıl itir, darıxdırıcı olurlar, qavram tamam korşalır.
- Onlar mənimdi, ata-anamı mən daha yaxşı tanıyıram, Deq, - "Lakin Deq yüz faiz, daha artıqlaması ilə haqlıdı. Və belə çıxır, dar düşünən mənəm" və Deqin qeyd-şərtsiz haqlılığı məni hücuma keçməyə məcbur edir: - Bunu həyatı yalnız və yalnız bir ilə, valideyninin evləndiyi ilə yüklənən bir adamdan eşitmək çox xoşdur. Az qala düşünəsən, bu, həyatdan hələ də nəsə gözləməyin son iliymiş. 55-ci il Ceneral Motors salonunun satıcısı paltarında bir adamın dilində. - Deq, sənin evində sanki Eyzenxauer erası, Pensilvaniya ştatı Alentaundan olan gənc bir ailə yaşayır, əsrin sonunun pozer-ekzistensialisti yox.
- Sən qurtardın?
- yox hələ. Mebelin - müasir Danimarka mebeli. Diyircəkli qara telefonla danışırsan; "Britannika" ensiklopediyasını Quran ayəsi bilir, gələcəyindən də mənim atamdan, anamdan heç də az qorxmursan.
Sükut.
- Bəlkə də haqlısan, Endi. ya bəlkə Milad bayramına qarşıdakı səfərə görə huylanırsan...
- Bəsdir tərbiyə etdin. Canım sıxıldı.
- Lap yaxşı. Onda məni sarımağa çalışma. Öz dərdim özümə bəsdi. Və lütfən "Sarıağız psixoloq sindromu"nla gününü qara eləmə. Biz daim həyatı kiçicik vintlərə qədər sökürük. Axırımıza da elə bu çıxacaq. Qardaşım cinqlo-cızmaqaraçı Metyudan öyrənməyi sənə təklif etmək istəyirdim. Hər dəfə öz agentinə zəng edərkən, yaxud faks göndərərkən, onlar öz aralarında sövdələşirlər, əcaba bu faksı kim "yeyəcək", yəni mühasibatından onu kim keçirəcək. Sənə də bunu məsləhət görürəm. Valideyni həzm et. Onu sənə həyat bəxş etmiş faktor kimi qəbul et. Və həyatını yaşa. yaz onları məxaricə. Heç olmaya, səninkilər ciddi şeylərdən danışır. Mən ata-anamla mənimçün vacib, məsələn, nüvə tərksilahı məsələsindən danışanda elə bil ki, Bratslav dilində danışıram. İtaətkarcasına, məni nə qədər lazımdır, dinləyirlər. Ancaq elə ki, qızışıram, nə üçün allahın da lənətlədiyi Moxavi səhrasında yaşadığımı soruşurlar. Şəxsi həyatımla maraqlanırlar. Valideynin qarşısında bir balaca açılışmağın bəsdir; səni elə açsınlar, küncə sıxışdırıb, həyatını elə dəyişdirsinlər ki!... Hərdən beyinlərini çəkmə çəkici ilə elə yumşaltmaq istəyirsən ki... Eləcə demək istəyirsən: mən bu adamların təmizlik və çağlıq içərisində tərbiyə olunmaqlarına qibtə edirəm; o tərbiyəyə ki, gələcəyə inamsızlığa orda bircə işarət belə yoxdur. Və bir cüt kirli alt paltarına bənzəyən bu dünyanı sevinclə ovcumuza dürtdüklərinə görə onları boğmaq istəyirəm.
BİZ HƏŞƏRAT KİMİYİK.
Günün inkarı
yalnız keçmişdə yaşamağa dəyərdi; ən yaxın halda, maraqlı hadisələri bir də gələcəkdən gözlə... - bu kimi fikirlərə özünü inandırmaq cəhdi.
Muzkazuistika
Musiqi və musiqiçilərin lüzumsuz xırdalığa qədər bölgüsünə olan patoloji meyl. "Vyana sosiskası" komandası - şəhər ağ turş xardal şansonunun şirə ilə çarpazlaşmasının tipik nümayəndəsidir.
Sarıağız psixoloq (filosof və s.) sindromu
Pop-psixoloqların irəli sürdüyü nəzəriyyələrdən alayarımçıq istifadə ilə həyatın bütün aspektlərini vintciklərinə qədər söküb-tökməyə həvəs.
Aşağıda oxuduğunuz "X (iks) nəsli. (Tezləşdirilmiş zaman üçün nağıllar)" romanının müəllifi, 1961-ci il təvəllüdlü Duqlas Kouplend belə deyir: "Ateizmdə təzə bir şey yoxdur. Bu konsepsiyanın min illərlə ölçülən tarixi var. Amma bax təzə olan nədir: 50-ci, 60-cı, 70-ci illərdə bəzi valideynlər bu qərara gəldilər ki, övladı tam dinsiz böyütməklə onda azad ruh tərbiyə etmək gərəkdir. Və bir dəstə mənim kimi adamlar tapmaq mümkün ki, beləcə tamamən dinsiz böyümüş. Bir də var əsl pasxalı, miladlı xristianlar... Və budur, vaxt gəlir, mənim kimilər yeniyetməlik yaşı ilə vidalaşmalı olur. Hə olsun ki, istəmir və bu həddi qırx yaşınacan çək ki, çəkirsən. Axır ki, yaşla barışır, bax onda beynin işləməsi üçün təzədən zəmin aramalı olursan: bəlkə həyatın, həm də çox hallarda şən olmayan həyatın bir məna kəsb edə. Amma bir halda ki, uşaqlıqda Milad yolkası, ya İsa peyğəmbəri təsvir edən şəkillər görməmisən... - bəs onda necə olsun...Bəlkə sənə bir yol açaydı... Bax, bu halda sən öz empirik təcrübəni göz önünə gətirib, heç nədən nəsə, rasional bir sistem yapmalı olursan. Ki, dünyada nə varsa, təzədən fəhm edəsən...".
Dorianqreylik
Bədəni öz öhdəsinə, rahat qocalmasına buraxmaqdan imtina.
Uyuşmazlıq əyrisi
Hərəkətlərinin gülünclüyünü görməyən yaşlı nəslin əhatəsində gəncliyin duyduğu diskomfort. "Ailə "Stek xat"a getmişdi və Katrin hər dəfə atasının nəzakətlə bokallara süzməzdən əvvəl, yeni şərab növlərini təntənə ilə daddığını görüb, min kərə yerə girirdi".
Kosbizm
Həddən ziyadə hissiyyatlı olmaq; daha çox çoxuşaqlı ailədə böyümüş kəslərə xasdır. 1965-ci ildən sonra dünyaya gələnlərdə az-az müşahidə olunur. Kosbizmin simptomları: intellektual oyunlardan dərhal baş açmaq, çox adam olan yerdə emosional qapalılığa meyl, şəxsi toxunulmazlıq qatlarına dərin bir tələbat(Kosbi - teleserial qəhrəmanı, çoxuşaqlı ata).
Metafaziya
Metaforanı anlamamaq mizacı.
Kliniki
Adətən orta təbəqədən olan ailələrdən çıxmış, necə deyərlər, "əlində boxça" böyümüş uşaqların xəstəliyi.
Hər hansı bir yerdə qərar tutmayıb, daim yer dəyişir, hər dəfə ideal birlik, ideal qonşu ümidi ilə yaşayırlar.
III. BİR YOLUN VAR - TRANSFORMASİON!
Milad bayramı. Səhər ertədən əlimdə yüzlərlə, hələ bəlkə minlərlə şam, xış-xış xışıldayan folqa topaları və bir dəst bir kərəmlik nəlbəki qonaq otağındayam. Mən şamları əlim çatan bütün hamar yerlərə düzürəm - folqa nəinki yeri şamlardan daman stearindən qorumaq üçündür, həmçinin alovu əks etdirərək ikiqat işıq saçır.
Hər yerdə - pianonun üstünə, kitab rəflərinə, kofe masasına, soba kənarına, sürahiyə şamlar düzülüb, otağı bugünün sanki sifariş verilmiş ala-toranında, par-parıltılı nəmişliyindən qoruyur. Təkcə elə palıd haşiyəli stereodekanın üzərində ən azı əlli şam yanır - bütün növ və ölçülərdə, beynəlxalq bir esperantlar ailəsinin portreti. Cizgi filmləri personajlarının həmkarlar təşkilatı üzvləri gümüşü yumrucuqlar içrə sarı və yaşıl şpillər arasında. Çiyələk qırmızısı rəngində kolonnadalar, ağ cığırcıqlar bilmərrə şam görməmişlər üçün alabəzək təmtəraq nümunəsidir.
yuxarıdan addım səsləri gəlir. Atamdır, səsləyir:
- Aşağıda sənsən, Endi?
- Bayramın mübarək, ata. Oyanmısızmı?
- Hə, anan Taylerin qarnı ilə məşğuldur. Sən orda neynirsən?
- Sürprizdir, mənə söz ver ki, hələ on beş dəqiqə aşağı düşməyəcəksiz. Cəmisi - on beş dəqiqə.
- Harahat olma. Əlahəzrət saçına gel və ya muss çəkmək seçimini yapanacan elə minimum o qədər çəkər.
- Söz verdin-ha.
- On beş dəqiqə. Saata baxıram.
Hə vaxtsa heç min ədəd şam yandırmaq fikrinə düşmüsünüzmü? Bu - göründüyü qədər də asan şey deyil. Əlimdəki adi ağ rəngli yeməkxana şamını götürüb yerə damcılamaması üçün altına bir nəlbəki də tutub, qiymətli fitilciklərimi - kilsə şamları cağını, yarsaytlar sırasını və az sayda qum rəngli şamlar cərgəsini alışdırıram. Şamlarla məşğulkən otağın da qızındığını duyuram. Pəncərəni açmaq, oksigen və soyuq havanı içəri buraxmaq lazım gəlir. Mən işimi bitirirəm. Tezliklə Palmer ailəsinin nağdı burdakı üç üzvü yuxarıda pilləkəndə toplanır.
- Endi, hazırsan? Biz gəlirik - atam çağırır, Taylerin pilləkəni titrədən ayaq səsləri və bek-vokalının sədaları altında: "yeni xizəklər, yeni xizəklər, yeni xizəklər, yeni xizəklər". Anam mum qoxusu duyduğunu deyir. Lakin az sonra səsi xırp kəsilir. Mən onların gəlib küncə çatdıqlarını və qonaq otağından çıxan alovun sarı, yağlı işıltısını gördüklərini anlayıram. Onlar küncü ötüb keçmişlər.
Ailə otağa daxil olarkən anamın dilindən: "Aman Tanrım" - qopur. Yçü də lal-kar, belədə cansıxıcı, indi isə dalğa-dalğa diri ağ alova bələnmiş qonaq otağını gözdən keçirirlər. Alov hər yeri ağzına alıb. Qısa olsa da, göz qamaşdırıcı, qənirsiz işıq səltənəti. Və bir göz qırpımında biz vulqar çəkimizdən xilas olub, cismimizin orbitdəki astronavtlar tək divarları yalayan coşqun kölgələrin alqışları altda akrobatik tryuklar etdiyi bir dünyaya düşürük.
-Sanki Parisdəsən... -And olsun ki, Paris Hotr-dam kilsəsini nəzərdə tutaraq, atam otağın qaynar, hətta uçan boşqabların düşüb dairəvi iz qoyduğu taxıl zəmisindəki qədər yandırıcı havasını sinəsinə çəkir.
Budur, əməyimin bəhrəsi!- özümdə seyr edirəm. Bu qızılı rəngə boyanmış köhnə otaq indi mənə də başqa cür görünür. Gör bir, uğur - gözlədiyimdən də artıqdır. İşıq ağrısız, acısız, asetelin sayaq alnımı yandırıb deşiklər açır və məni cismimdən ayırır. Həmçinin - qoy ani olsun, - ailə üzvlərimin gözlərini qarsımaqdan çox bugünün yaşam müxtəlifliyinə işıq salır.
- Oy, Endi, bilirsənmi bu nəyə bənzəyir? - anam oturuban deyir, - hər birimizin nə vaxtsa gördüyümüz yuxuya bənzəyir. Gözlənilmədən insan öz evində varlığından xəbərsiz olduğu bir otaq tapır. Və otağı görən kimi öz-özünə: "Hə, əlbəttə, təbii ki, bu otaq həmişə burda olub" - deyir.
Elə bu vaxt Taylerlə atam lotareyada böyük priz udmuş adamlar kimi heyrətamiz xamlıqla rahlanırlar.
- Bu videoklipdir, Endi! - Tayler deyir, - əsl videoklip.
Bircə əngəl var amma. Az sonra həyat öz məcrasına qayıdacaq. Şamlar yanıb qurtaracaq və adəti səhər həyatı bərpa olunacaq. Anam qəhvə çaydanını gətirməyə gedəcək. Atam bizi səs şokundan qorumağa çalışaraq yanğın əleyhinə siqnalizasiyanı söndürəcək. Tayler corabını boşaldıb hədiyyələri yerbəyer edəcək ("yeni xizəklər! Ax, yeni xizəklər, indi ölmək də olar!").
Məndə isə bu dəm bir hiss yaranır...
Mən hiss edirəm ki, bizim emosiyalarımız nə qədər gözəl olsa da, bir vakuum içrədir; səbəbi isə - bizim orta təbəqəyə mənsub olmağımızdır.
Bilirsizmi, orta təbəqəyə mənsubsansa, bəşər tarixinin səni saya almaması ilə barışmalı olursan. Sənin ki, maraqların uğrunda çarpışmır, sənə acımırlar da. Gündəlik rahatlıq və sakitliyin əvəzi elə budur. Buna görə bütün sevinclər sterildir, kədərlər mərhəmət doğurmur.
Və bu od-alov gözəlliyin ən ufacıq işartıları da unudulub zamana dönəcək. Bu səhər kimi. Bir fotolentin yağış altında qalıb min-min sakitcənə boy verən ağaclar içrə itib-batdığı tək. Səssiz-səmirsiz.
NOSTALJİ - BU DA BİR SİLAHDIR.