TT

KOLLAJ

KOLLAJ -- mənim son konseptual işimdir; eyni çəkili "TƏHQİD MYSTƏVİSİ"(1998), "Tənqid divanı"(ƏDƏBİYYAT SÖHBƏTİ-- 1995-1997) çevrələrindən sonra; 2000-ci ilin mart-avqust ayları arasında ərsəyə gəlmiş. Aralıq yazıları saya almasaq, mənim son qırx və son on ədəbi ilə faktik-prosesli -- İçdən(ƏDƏBİYYAT SÖHBƏTİ) və rasional-kontekstli -- fövqündən (TƏNQİD MÜSTƏVİSİ) yanaşmalarımdan sonra bu, Sonu-sonucu -- Havanı, Ruhu, Mənəvini nişan verir. Və mövcud yazılarla da Mən əsrdən də, nəsrdən də (içimə dolmuş son qırx ilin prozaizmindən və son onilin ədəbi təcrübəsindən) büsbütün qurtulub, azadlığıma qovuşuram...

"Mən"i mən burda əbəs qabartmıram. Bu, J.-P.Sartrın söylədiyi həmin "mən"dir: "Özümü seçibən mən ümumini yaradıram. Mən onu hər bir başqa insan projesini anlayıban yaradıram". Heç təsadüfi deyil ki, yazılarda 1) gerçək Hava, RuH, Mənəvi -- milli İnsanın timsalında, maksimum abstraksiya olunmuş Şəxs-subyektlərdə: Mən, Sən, O, Onlar, Sizlər deyə təmərküz və ifadəsini tapır; 2) Predmet isə həmin qırx il və sonucu -- son onildir; çağdaş İnsanın mayası bu materiyadan yoğrulmuş...

Post-modern üslubu da sonuncu amil şərtləndirir; yazılar başdan-başa milli İnsanın Dünya içrə son yüzil, qırx il və onilini nişan verən ədəbi-bədii sitatlardan yoğrulub-yapılmış. Bunun özü "KOLLAJ"a bir qapalılıq verir; bu ədəbi Mətnin içində olmayan kəslərdən ötrü onu anlamaq çox çətindir; eləcə Havadır, bəlkə LÜĞƏTİN köməyi ilə Ruhuna yetmək ola...

Bu Hava parabola içrə o da təsadüfi deyil ki, yazıların struktur forması da parabolaya gəldi: -- bir ucu daim AMERİKA-nın kəşfinə açıq, digəri daim SOS! -- qəliblərdən sivrilib keçir. Həssas oxucu istərsə, yazıların sırasından tutmuş hər birisində və bütövündə Hava axarına qədər parabolanı görə-duya bilər.

Şəxsən mənə görə, şəksizdir: -- bir ucdan qara-qaranlıq Təcrübəm; sonucda -- Azadlığım...

Geri dön

AMERİKA

Frans Kafkanın ilk olaraq "Amerika" romanını yazması, əlbəttə, sadə təsadüf deyil. Əvvəlcə "Amerika", sonra "Proses", daha sonra oturuşma - "Qəsr" gəlir. Tamamlanmamış, yaxud belə deyək, açıq qalmış bu romanların hər biri məgər Xristofor Kolumbun "yeni dünya" açmaq səyinin təkrar-təkrar israrından ibarət deyilmidir?! "Amerika"nı Kafka 1911-1916-cı illər arası yazır; belə çıxır, neçə əsr keçmiş, bəşər övladı hələ də o özgə, qərib, qəribə dünyanı aramaqda, hər dəfə təzədən "açmaqdadır"...

Mən Mirzə Fətəli Axundzadənin heyranıyam, hər dəfə təzədən açır, heyrətimdən çaşıb qalıram; demə, Avropa kimi, bizdə bu mənaya da ilkin təşəbbüsü o edibdir. Ədibin "yengi dünyanı fəth edən Xristofor Kolumbun tarixi" adında yarımçıq(yaxud açıq) qalmış bir tarix əsəri var. Belə başlayır: "yer kürəsinin üçdə birindən ibarət olan yengi dünya torpağı dəniz vasitəsi ilə qədim dünyadan ayrı düşərək, Kolumb dövrünə qədər məlum deyildi..." Mənə elə gəlir, Mirzə Fətəli burda "yengi dünya" kəlməsini nahaq yerə qabartmır; vur-tut altı fəsli qələmə alınmış əsərdə fürsət tapıb, bu yengi dünya-qədim dünya münasibətlərini üz-üzə, özgə təfəkkür məqamını irəli gətirir... Burda mənim üçün ən maraqlısı odur ki, ədib "Amerika" sözünü bircə dəfə də dilinə almayıb, "yengi dünya" deyib durur. yəni ki, sonradan dolaşdırılmış mənalara(Ameriqonun qitəni yenidən kəşfini yada salaq) elmi dürüstlükmü gətirmək istəyir?...

Frans Kafka romanı belə başlayır: "Koqda şestnadüatiletnié Karl Rossman, otpravlennıé opeçalennımi roditeləmi v Ameriku iz-za toqo, çto nekaə slujanka soblaznila önoşu i rodila ot neqo rebenka, medlenno vplıval na koroble v Hğö-Yorkskuö qavanğ, statuə Svobodı, kotoruö on zavidel ee izdali, vnezapno predstala pered nim kak bı zalita ərkim solnüem..." Burda Adəmin nə səbəbə cənnətdən qovulması əhvalatının timsalını görmək heç də çətin deyildir. Hərçənd bəlkə bu, mənim yozumumdur. Romanı mən ruscadan oxumuşam; özgə əcnəbi dil bilmədiyimdən çox yozumlardan, təbii ki, xəbərim də yox. Amma rus araşdırıcılarından biri deyir ki, Kafkanın mif dünyası başdan-başa simvolikadan ibarətdir, sirri də buradan, yozumlardan açılır...

Günah işləmiş (cənnətdən, yəni "uşaqlığı"ndan bilmərrə qovulmuş) Karl Rossmanın "yengi dünya" açması heç də asan olmur, - romandan xəbərli oxucu yaxşı bilir, - bəni-Rossman zahirən tanış bildiyi (oxu:tanış olduğu) dünyaya vardıqca hər dəfə yenidən "qovulur", iç dünyasına tapınmalı olur. Cəmiyyətin sadə ierarxiyası boyu - ailə, qohumlar, zümrələr; yuxarıda və aşağıda, dənizdə və quruda, içəridə və dışarıda, evdə və kənarda, qəsrdə və açıqda, şəhərdə və əyalətdə, ölkədə və ölkədən uzaqda... -hər yerdə eyni mənzərələr, "itirilmiş cənnət" acısı... Kafka romanlarının bugünə qədər də heyrət doğuran sadə sirri nədədir; İnsan bütün bunun içindən (cəhənnəmindən) keçibən dürüst mənasına varır; hər kəsin Amerikasına yol öz içindən açılır. Bu halda baş sındırmağa dəyərmi ki, niyə Kafka romanlarını tamamlamır, açıq qoyur, təzə-təzə yollar arayırdı məgər bu yolun sonu varmıdır? Belə, Cəsur olaq, cənablar...

Elmi dürüstlük naminə daha bir məqama qayıtmaq lazım gəlir. Bilirsinizmi heç Mirzə Fətəlinin "Kolumb əhvalatı" handa kəsilir? Lap əzəldən, başlanğıcda; o yerdə ki, Xristofor hələ köhnə dünyadan olan əleyhdarlarını yengi dünyaya səfər etməyin vacibliyinə inandırmağa çalışır...

Geri dön

ƏDƏBİYYATDA OL

40 yaşımın tamamında nə edəcəyimi bilmirdim. Dərin bir həyəcan-narahatlıq duyurdum; sanki yaşadığın yetər, bəs sonrası? Belə görüb, qadir Allah növbəti sınaq mərəzini göndərdi mənə. Öldüm - dirildim. Və ayıldığımın ilkin qərarı bu oldu ki, ömrün qırxını vermək gərəkdir. Elə də etdim; başladım bircə-bircə nəyi vardısa, ömrü basdırmağa. Qatbaqat, qazdıqca, quylayırdım...

Sizə tanışdırmı bu hiss? Mən Ədəbiyyatdan başladım. Başqa nə cür ola bilərdi. Rəfləri ömür dolu kitabxanamdan özgə nəyim vardı ki... Kərpic-kərpic düzmüşdüm kitabları. Heç nə bircə-bircə qaldırıb baxır, buraxırdım boşluğa. Bu gün ömrümüzdə nə varsa, son qırx ilə bağlı, öyür-çöyür, labirintinə düşüb çapalayırıq. Bax, bu kitab: vur-tut 11 yaşım vardı, yalan dünyasında yaşayırdım. Dərnək rəhbərim Tofiq müəllim sordu: kimləri oxuyursan? Və beləcə mənim ömür rəflərimin ilk sırası yarandı. Bunun ardınca bunu, sonra bunu, bunu, bunu əldə etdim... Bizim uşaqlığımız, ilk gəncliyimiz, gəncliyimiz burda, bu kitablarda. Bütöv bir qat: İnsan və cəmiyyət, hər növ ideal və real mənaların acığına İnsanın olmaq (!) iddiası. Sonra bütün bu, hara getdi? "Axı biz elə deyildik... Hə olub bizə axı ay əmi?"- bütün bu, mənim yadımda o zamanlar dalğa-dalğa, inadla, auditoriyalara yeriyən məşhur pyesdən bu çılğın nidayla qalıb. "Əmi!"- bu sözü deyən mən idim. Qəribədir, məniydimmi?...

"Əmi, bu kitabları boşla getsin..." - bu sözləri mənə sən deyirsən, həm də o sıra barəsində deyirsən ki, həqiqətən də, mənə elə bir dəxaləti yoxdur, məndən əvvəlin tarixçəsidir. Mən bunu sonralar yığmağa başladım; eləcə boşluğu doldurmaq üçün. Və nə qədər vurnuxdumsa da, tamlaya bilmədim. Mən fikirləşirdim: necə ola bilər ki, bu nəhənglikdə, sıra-sıra, bənd-bənd, Dünya dolu kitabxanamda həmin rəflər boş qala; mənimlə o əbədi mənalar dünyası arasında bu - bir boşluq olmazmı? "Əmi bunları burdan götür, boşla getsin..." - bunu mənə sən deyirsən, qırxına yetməmiş bugün. Mən səni anlamır, anlayammırdım... Budur bax, indi qətiyyətlə bütöv bir sıranı bir an içərisində boşluğa çevirirəm. Əzəldən yoxmuş sanki. Amma yox, burda daha bir kitab var axı simvolik bir şey, Atamın kitabı. Sadə bir kişi olan atamın oxuya həvəsi hədsizdi. Heyləmək olar ki, vur-tut bunu əldə edə bilmişdi. M.S.Ordubadinin "Qılınc və qələm"i, köhnə nəşr, qalın həcmli kitab. Hə vaxtsa, yəqin 11 yaşımda qara çit parçası ilə möhkəmcə örtükləmiş, ilk səhifəsində uşaq xətti ilə Qəzənfər Xalıqovun məşhur "Hizami Gəncəvi" portretini eynən cızıqlamışdım...

Aha! Burda əlim varmayan daha bir qat: hansısa kitabxanadan ilişib qalmış Mayn Ridin "Başsız atlı"sını görürəm. Ax, Amerika! Hələ onda, 11 yaşımda ikən, demə, başsız atlının cızdığı o qorxunc, vahiməli, amma həm cazibə və sirr dolu yollar boyu gizlin-gizlin içimə yerimisənmiş niyə mənə belə tanış gəlirsənmiş, Amerika! ...Bu isə artıq son onilin gəlişmələridir. Qalaq-qalaq, üst-üst, yan-yan, düzünə-çəpinə topaladığım... Heç nə, mən ki burda soyuq, peşəkar vərdişlə Anamın kitabını axtarmışam... Eyni, soyuq jestlə də boşluğa buraxıram... Sizə əgər bu hiss tanış deyilsə... Çətin iş deyil, təki istəyəsən, azca təkan və... Cəsur olaq, cənablar. Səhihlik naminə onu da deyim ki, bax budur, bomboş, sərbəst-asudəyəm mən. Ən yaxınının qırxından sonra necə olur... Sən Onu basdırmısan. O daha yoxdur. Amma Sən yaşayırsan. yaşayırsan!

Geri dön

Roman yaz

Sadəcə. Qələm götür və yaz.
yüz il öncə (1896-1899-cu illər arası) Qori seminariyasının məzunu, 26 yaşlı Həriman (Həriman Hərimanov) qələm götürüb, bir "balaca roman" yazdı. Və romanda, sadəcə, göstərdi ki, yazmaq lazımdır: "Bahadır adətə görə ruznaməsini götürüb bir neçə şey yazdı..." "Sultan: - Amma indi fikrimi dəyişdirmişəm, düşmüşəm sən düşən dərdə... Biz yazmayanda, kim yazacaqdır?" "Haman oğlan söz verdi ki, Tiflisdə hər nə əhvalat olsa, yazsın..." "Axırda mənə söz verdi ki, Gəncə müsəlmanlarının barəsində bir neçə əhvalat yazsın...". "Bəli, hər bir barədə Badkubənin əhvalatı qeyri-şəhərlərdən artıqraqdır...". Çünki? Romanda oxuyuruq: "... Çünki bayaq dediyim qız qışda oraya gedəcəkdir və öz hissiyyatını söz veribdir ki, yazsın...".
Sadəcə: hər nəyə, heç nəyə baxmadan yaz-maq. Vətən mənzərələri sənə nə deyir? yüz il öncə - 1894 sənə, Qori seminariyasının digər məzunu, 25 yaşlı Mirzə Cəlil (Cəlil Məmmədquluzadə) bir əhvalat qələmə aldı, adını da qoydu X (iks)... - guya ki, izi azdırmaqdan ötəri: - "Danabaş kəndinin əhvalatları". Sən elə bilmə ki, guya yüz il öncə bir özgə mənzərə idi; necə ki, bugün məktəbin, müəllimin, elmin sənə təlim edir, guya tanıdığımız 5-3 məşhurlardan savay yazan yox idi? yox, əlbəttə, necə ki, bu gün: nəzm də yazan vardı, nəsr də... Şer-qəzəliyyat da hər növ, bol idi, serial-Kərbəla müsibəti qələmə alanlar da az deyildi; desən, erotika-həzliyyata da yer vardı, ibrət götürməkdən ötəri Axundov eşqinə, Axundov sayağı qələm sıyırıb pyes, dram, komediya, təmsilat, traktat, məktubat intişar edənlər də...- bir ucdan, bütün bu vardı amma Qori seminariyasının məzunu, məsələn, 32 yaşlı Sultanməcid Qənizadə (1898-1900 arası) özgə bir məktubat - roman yazdı: "Məktubati-Şeyda bəy"... Və: - Ax Amerika! - dörd divar dünyasına qapanmış Müəllimlər iftixarı Şeyda bəyi Kolumb misal Xəzər və Volqaboyu, sadəcə, "yengi dünya" axtarışına çıxardı...

Qayıdaq yüz il öncəyə. "Bahadır və Sona" kübar romandır. Hazik bir təbəqə kübar dairəni nəzərdə tutub, yazılmış axı milli qayə adına Bahadırın yanğısı, düşüncəsi, böyük intellektindən özgə romanda nə var? Hə varsa - (sitat): "Biz burda azad və qarşılıqlı sevgiyə, mədəni intibaha, məktəb və təlimə, qəzet və kitab nəşrinə, qadın və uşaq tərbiyəsinə, dil saflığı və sadəliyinə, meşşanlığa, nihilizmə, "qaçqınlığ"a, din və dini islahata dair çox ciddi və diqqətəlayiq fikir və mülahizələrə rast gəlirik" (sitatın sonu), - quruca sözdür; sadəcə, əməl istəyir... Amma o da var ki, azca sonra, XX yüzil bütün bu quruca söz, fikir, mülahizələrdən yapıldı, milli həyat varlığını məhz burda - nazik problemlərin geniş rezonansında tapdı! Həmin o nəslin: H.Hərimanov, C.Məmmədquluzadə, S.Qənizadə və digərlərinin, həmin o "olmayan" oğlanların, qızların, Gəncədə, Tiflisdə, Badkubədə.. bütöv bir gənclik havasının bu gedişatda, realizədə payı nə qədərdir... - bunu sən bilirsən, gərək ki, müəllimin söyləmiş ola...
Belə ki, qardaşım, 25, 26... 30... 32... yaşın varsa, roman yaz, sadəcə qələm götür və yaz!
Aydınlıq naminə onu da əlavə eləyim ki, yüz il öncə Mirzə Cəlil (Cəlil Məmmədquluzadə) yazdığını ürək eləməmişdi araya çıxarmağa; 30 il sonra (!), yəni on, iyirmi, otuz sənəyə, həm də qəfil açılmışdı bu X (iks) - naməlumluq sirri. Amma fakt bu ki, Mirzə Cəlil "Əhvalatları" yüz il öncə yazmışdı. Bəli, cəsur olaq, cənablar.

Geri dön

Bir fəsli belə: xarakiri

Arxası üstə uzalı cismi sakit-toxdaq, bircə boy, elə rahatmış ki, deməzsən, böyük Əzabın iradə gücünə nail olduğu, bəhrəsidir bu. Əllər bir Dünya-qoynuna sancılı bir Ox-dəstəkdən elə yapışmış, sanki yeni dayaq nöqtəsi sevincində... Amma ki, rəsmi ekspertlər də təsdiq edirdi, yalnız ikinci zərblə cismini tam azad eləyə bilmişdi. Əsl xarakiri. Sən yukio Misimanı tanıyırsan. On il öncə "Xəzər" jurnalı çağdaş dünyada məşhur bu yapon yazıçısının "Vətənpərvərlik" hekayəsini bizə təqdim etdi. Ə.İradə və Ə.Hazimin çevirməsində. Hekayə belə başlayırdı: "1936-cı ilin fevral ayının 28-də məlum hadisələrin üçüncü günü qvardiya nəqliyyat batalyonunun zabiti Sindze Takeyama yaxın dostlarının sui-qəsd iştirakçıları arasında olması xəbərindən sarsılıb, qiyamın yatırılması əmriylə barışa bilmədi və öz mülkündə, öz otaqlarından birində, öz qılıncıyla xarakiri elədi". "Xarakiri" sözü bəlkə də ilk dəfə elə o zaman dilimizə daxil oldu. Təbii, 1990-cı il idi və hələ çox görüb-tanıyacağımız mənzərələrini özü ilə bahəm gətirirdi...
Bu on ildə bizdə də az qiyamlar olmadı. Amma ruhun qiyamı bir ayrı şeydir. Tofiq Qəhrəmanovun 2000-də yazıb, deyilənə görə, heç cür son nöqtəsini qoya bilmədiyi hekayəsi qalmış - "Sübut": "Mən, Bakının yuxarı Dağlıq küçəsinin sakini, bilavasitə üzləşdiyim hüdudsuz ədalətsizliyə qarşı bəyan edirəm ki, Azərbaycanın azadlığa çıxmasına ən çox sevinən vətəndaşlardan biriyəm. 1988-ci ildən 18 yaşımdan milli istiqlal hərəkatına qoşulmuşam. 20 yanvar barrikadalarında tərəddüdsüz mövqe tutmuş, Qarabağ müharibəsinin qızğın çağında sərhədlərdə vuruşmuşam. Həmişə də düşünmüşəm ki, azadlıq olan yerdə haqq-ədalət tapdanmaz...". Mən həmişə təəssüflənmişəm ki, Tofiq Qəhrəmanov niyə pritça yazmır, nədənsə gerçəklərə qısqanırdı Tofiq Qəhrəmanov ümumən reallığı hər şeyə qısqanırdı. Əlbəttə, bu hekayənin davamı var; məsələn belə: "Mən, azadlıq və istiqlaliyyət uğrunda vuruşmuş əsgər kimi, hər cür repressiya üsullarına qəti etirazımı bildirir..." və s. və s. Mənəviyyat qanunları ən sarsılmazıdır. Pozuldumu, bərpası namümkün. "Mən bunu bacarmaram... bacarmaram..." - Sindze Takeyama vətənpərvərliyi heç də arasında dostları olduğu qiyamçılar üzərinə əsgərləri ilə yerimək və bununla "imperator reskripti"ni quruca təsdiq etməkdə görmür, "yaşasın imperator ordusu" - deyib, onu sadə bir əməldə, cavan canına qəsddə tapır...
Biz ruhumuzun əsiriyik; əksinə deyil, məhz belədir. Məgər onu məcbur edə bilərikmi ki, böyüklüyündən kiçik, ali varlığından naqis əməllər yapa? "-E, yenə yüz düzümü bir əyrüvə qurban verirsən. Qarın ac, can xəstə, ölkə viran, millət sərgərdan - kimdi azadlığın ləzzətini dadan. - Mən!" - Tofiq Qəhrəmanov "Mən!" deyən o prozaik səsin sadə nağılını yazmağı intixab eləmişdi. Əvəzsiz. "Lapdan ayağı polad relsə toxundu. Ləngər vura-vura, yıxılmaqdan zorla qorundu. İrəlidən, sürətini artıran ağır yük qatarının uzun fiti eşidildi. Əlli ildi xoşladığı, səsinə uşaq təki sevindiyi həmən fitə doğru gedirdi. Bundan sonra səmtini dəyişə bilməzdi. Şpalın üstünə çıxdı tərəddüdsüz. 120 tonluq elektrovoz oyuncaq yüngüllüyü ilə ona yaxınlaşırdı... İş paltarını geyinmədiyinə, təmir üçün lazımi alətləri götürmədiyinə heyfsləndi...". Sxem dəqiq seçilmişdi.
Sən o səsi eşidirsənmi?

Geri dön

MƏTLƏBİ BİR - XARAKİRİ

Özünəqəsd, intihar mövzusu qəzetlərin birinci səhifəsinə çıxdı. Bu simptomdur. Arxasında Sən durursan. Mənəvi ölümlər havası qatı, qat-qat, sıx-sıx, çox-çox, alt, üst, yeridikcə kəskin, kəsif, füff, üff... cismani. Səs içində boğulur...
yukio Misima. Bu ad sənə tanışdır. On il öncə "Xəzər" jurnalında oxuduğun bircə hekayəsi - "Vətənpərvərlik" sənə anlatdı ki, Kiminlə üz-üzəsən. "Zabit Sindze Takeyama yaxın dostlarının sui-qəsd iştirakçıları arasında olması xəbərindən sarsılıb, qiyamın yatırılması əmriylə barışa bilmədi və öz mülkündə, öz otaqlarından birində, öz qılıncıyla xarakiri elədi. Qadını Reyko da sevimli ərinin ardınca özünü həyatdan məhrum etdi..." - Sən bu müdhiş informasionu romantik vəcd, təqdirlə qarşılayır, göydə yeyirsən. Özgə nə cür ola bilər? "...Zabitin otuz bir, Reykonunsa iyirmi üç yaşı vardı...".
Özgə nə cür ola bilər, Sən bunu mənə vermisən. O ideal mənalar dünyası ki, - qurduğun Pəncərədən xoş əzabla, rahat gəlirdi mənə: "Pəncərədən gördüyü yaxşılıqlara qapıdan çıxıb qəhmər dururlar, pislik görəndə yenə qollarını çirmələyib davaya girişirlər..." O cismani-dünyəvi yaşam, həvəs, həzz ki, bəlkə də həyatın dünyada, ruhun cismdə yeganə mündəricəsini ehtiva eləyir: "elə bil göyə duz səpiblər. Duzlayıblar göyü elə bil, duzu səninçün səpiblər, batır turpu ulduzlara, ye..." yukio Misima bunu sadəcə gerçəyin seyrində yox, varlığın öz hüdud-forma-təzahüründə verir. (həyat - ölüm sərhədi) "Və bir də onların toy gününün heç yarım ili də tamam olmamışdı...- hekayə Ölüm qərarından bura qədər olan yolu, Ruhun cismdə həyatını qayıdıb-təqib qılır. "Reyko yanağını ərinin dodaqlarına yaxınlaşdırmaq üçün dabanlarını qaldırdı. Əvvəl hamam, sonra sake, sonra... Zabit onun qulağına pıçıldadı ki, yuxarıda yer salsın" - Sən intixab olunmuş Ölüm qarşısında təfərrüatlar, təkrar-təkrar qayıdan Həyatın dadını, nəşəsini daha dərindən duyursanmı?! Budur mənəvi hünər, romantik vəcdə zəmin ikiqat vəcd - həyatın öz adı!
Mənəvi intihar tamam özgə qəbil; bu - sənin öz mənəvi varlığına sapladığın iti Əyri - Məqamdır. "Vicdanın ağrıdımı?" Hiyə susursan?.. O əyri yeriməyə başladı, cəhd qılsan belə, sonra çıxarammazsan, çıxarammazsan...
Dinimiz intihara yol vermir, heç vəchlə. Və yukio, heç vəchlə Misima olmazdı, əgər romantik vəcdlə bitmiş olaydı. "Zabit qarnını eninə də kəsməliydi, amma bacarmırdı. Qılıncın ucu iç-içalatına ilişib qalmışdı. Ona elə gəldi ki, polad qılıncdan ikiəlli tutub bərk dartsa, qarnını istədiyi kimi kəsə bilər. Elə də elədi. Qılınc gözlədiyindən də dərin kəsib içəri sürüşdü. Təzədən bir də güc verdi. Bu dəfə qılınc bir az da içəri getdi..." Asanmı bilirdin?...
Məgər akvariumun suyunu dəyişməklə bulanmış ömrü yumaq, ilkə qayıtmaq mümkünmü? - Sən buna inanmaq istəyirdin, bəlkə təsəlli, romantik vəcd naminə. Hə tez unutduğundur, günlərin bir günü İradən əleyhinə Mənəvi varlığına qəsd eləyən məgər Sən deyildinmi: - Milli İnsan! - əvvəlcə ustadına, sonra dostlara, qadına, ailəyə, ataya, ətrafa... - Vətən dedikləri nəymiş guya... - Çox dərin işləmişdi. Cismin intiqamı nə yaman olurmuş...
"Qılınc yaradan çıxdı...- can çəkişəndə: - Zabit ağrıdan xırıldadı. Kəsiyin kənarları aralandı, zabitin bütün iç-içalatı elə töküldü ki, elə bil qarnı qusdu. Amma bağırsaqları öz yiyəsinin əzablarını heç vecinə də almırdı, - Can cismdən qopdumu: - Dipdiri və sapsağlam bağırsaqlar elə bil qəflətən azadlığa çıxmışdılar..." İntihar yasaqdır; bəlkə buna görə adətən sənətçilər onu əsərə yazır, sonra başlayır yazdığını ifa-icra eləməyə: Heminquey, Martin İden-Cek London, yukio Misima... Mən Səni necə sevirəm, necə Sən onu - Ölümü yuxuya yozdun; kol-kos içrə bulunmağı həyata yazaraq... Hər addımın keçilməz, çəpər-çəpər mənəvi meyitlər sırası, sırsırası, arası, kəsif, kəskin, küskün hara gedirsən belə - SƏN...

Geri dön

XARAKİRİ - YOLMUDUR?

Asan intiharlar - lay-lay, dövrələmə divarlar, mənəvi ölüm sıxı içrə özgə dünyaya saçılan qəfil, ani parıltı, nur... Açılan yolmu? Bələndiyin qana bülənd, param-parça yarıqdan Sən onu görməli və darılıb-keçib, sərt, şax, şux o yolu getməlisən, getməlisən... "Pyotr İvanoviç otağa girib, belə hallarda olduğu kimi, nə etməli olduğunu bilmədi. Amma onu bilirdi ki, bu halda xaç çevirmək ziyana olmaz...". Mənə Sən demişdin, Tolstoya girmək istəyirsənsə, "İvan İliçin ölümü"ndən başla. Sən Ədəbiyyata girmək istəyirdin; nə etməli olduğunu bilmədən. Ortada meyit vardı "cəsəd bütün cəsədlər kimiydi, ağır, dinc, başı əbədən balış içində itərək, sarı mum alnını irəli verib; bütün meyitlərdə olduğu kimi, sifəti diri ikən olduğundan daha gözəl görünür, dürlü mənalar deyir...".
Kürsünün hündürlüyünə girib Sən dedin: "Bu ocaq mənə doğmadır..." - göyündə hələ dünənə qədər susmuş qəndili, uzun fasilədən sonra təzəcə ədiblərin portreti düzülmüş dördkünc, dövrələmə divarları süzərək. Lev Tolstoy "İvan İliçin ölümü"nə necə girir, yadındamı: "Məhkəmə təsisatının böyük binasında..." - Tolstoy İvan İliçin dünyasına yan alır; o bu divarlar arasında ömür qoymuş. "...işə fasilə verərkən"(!) həmkarları İvan İliçin uzun xəstəlikdən sonra ən nəhayət öldüyündən xəbər tuturlar. "İvan İliçin ölümü" qoca Tolstoyun əlində bir vəsilə soyuq, müdrik yaxınlaşma ilə o, Sənin içinə girir: "Hə yaxşı ki, mən yox, O" - bu ölüm barədə eşidən hər kəs, bu hallarda necə ki olur, içində həm də elə sevinən kimiydi..."
"Mən yox, O..."- hündürlüyünə girdiyin kürsüdə imzalar var; Sən bunu bilirsən. Və Səsin üst tembrinə köklənib: "Mənim ömrüm bu divarlar arasında keçmiş..." - söyləyirsən. "Pyotr İvanoviçin önündəcə nəsə səpdilər və o dəm ölüm, yüngül meyit havası otağa dağıldı...". Hə olsun ki, Sən bunu bilirsən: "...fikirləşirdi ki, ola bilər, dünyada hər şey ola bilər (və olur!), bir də gördün ki, haçansa bugünkü günlərə görə adamlardan hesabat tələb elədilər və o vaxt ..."
Sonra kürsüyə Sən girirsən, sonra Sən, sən, sən, sən...
Bura qədər: Dünyaya-Həyata-Binaya-Otağa-otağa-otağa qədəm qoyduğun bir şeydir - Sənə qədər olan; oxuduğun bir nəqəratdir - Ölüm barəsində belə: "...təfərrüatı elə maraqla sorurdu ki, sanki ölüm bir İvan İliçin başına gələn macəraymış..." Ədəbiyyat istəyirdin və qoca Tolstoy Səni buna vaqif, "İvan İliçin ölümü"nə daxil eləyir...
"İvan İliçin ötən ömür tarixçəsi ən sadə, adidən adi, eyni zamanda dəhşət idi. İvan İliç qırx beş yaşın içində, Məhkəmə palatasının üzvü ikən gözünü dünyaya qapadı..." Ömrünün məzmunu da elə bundan ibarətiydi. Karyerasını lazımınca başa vura bilməmiş məmur oğlu İvan İliç eyni yolu necə səliqə ilə, tədbirli, ağılla, daha sürətlə keçir; necə ailə, ev, ocaq qurur; necə karyera, hörmət, çəki qazanır; necə büdrəyir, ailədə, cəmiyyətdə, güzəranda, özgə ovqat, özgə münasibət, özgə günlər yaşayır və necə qalxır, əzəlki mövqeyə qayıdır, onu ötür də, yenə onunla hesablaşırlar; necə xəstə düşür, xəstə yatır, necə dəyişir, özgə adam olur; necə ölür, ölür, hey ölür; son üç gün - üç gecə nələr çəkir, son saatları görür - Ölüm necə olurmuş... Hecə, necə, necə...- qoca Tolstoy daim Sənə necəni xatırladır, Ölümü nişan verir; və həyatı: - "Ölümün əvəzinə işıq gəldi".
İvan İliçin qırx beş il yaşayıb, nəzərə almadığı nəydi ki: "Kizeveterin məntiqindən öyrəndiyi o timsal ki, Kay insandır, insanlar ölümlüdür və deməli, Kay ölümlüdür, - bütün həyatı boyu ona elə görünmüşdü ki, bu, yalnız Kayın simasında doğrudur, ona isə aidiyyatı yoxdur".
Sadəcə yadırğadığımız dünya. Dünya Mənən, Ruhən. Gözünü dayayıb-dayandırıb (dünyaya qapayıb) açılan gözlükdən o yana heyrətə-hərəkətə gəlirsən. Orda ki, ölüm adi, Sən baqisən...

Geri dön

ONLAR

Onlar içlərində boğuldular.
Onlar içlərində boğulurdular, içlərindən çıxıb getdilər, içlərini qoyub-getdilər.
Mənə deyirlər, sən Onları tanıyırsan, niyə açıq yazmırsan, bilək. Mən Onları tanıyıram: içlərində boğulanlardır; içlərindən çıxıb gedənlər; içlərini qoyub-gəldilər...
"Bəlkə bəsdir; hanı?" - deyirsən. Budur... - göstərirəm, - Onlar onu götürə, gətirə, ötürə bilmədilər Sənə, orda qoyub-gəldilər. Biz o İçi görmüşdük; adi və gözəl idi; bir az gənclik nəfəsli; məsələn, belə: "Səni görməyə də bilərdim, amma məsafədən belə duyurdum, ...dənizi görməyəndə belə duyduqları kimi...", həm dünya kimi, azca qurnaz: "Bir qab xörək yemək üçün biz adamların ölməyinə sevindik..." - belə gerçəklər tək, cüzvən trivial; ya da: "Bu mənim əqidəmdir ki, başqası ilə söhbətdə heç zaman dərinə getmək lazım deyil, hissləri, həyəcanları başqalarının yanında çılpaqlaşdırmaq lazım deyil, çünki..." az, az, az Sən vardın, İnsan. Onlar, - Sənə bu tanışdır; min yol qurub-sökürsən, virtual xarabalıq oyunları... - o virtual aləmdə boğuldular: "Bəli, bildir idi. Sovet İttifaqından ikicə nəfər dəvət olunmuşdu..." Gənclik həvəsi ötüşəndir; bir az Dünya eşqi, cüzvən gerçəkdən oldu: "Badələr doldumu! Birinci tostumuz tamadanın sağlığınadır..." - virtual auditoriyalar, auditoriyalar, auditoriyalar üstünə yeriyir - az-az, az, az, az, "misqal-misqal" İnsan, aparır Səndən. Onu törədən - Sənsən, İçini qoyub: - "Heç yada salmaq istəmirəm o günləri. Heç xatırımdan çıxmaz..." - aparır Səni...
Mən durdum və gənclik ötkəmliyi ilə, - "yazıq bilmir neyləsin",- bunu dedim: - bu, Sənsənmi? Boğuq səslə, - bu Sənin içinin səsiydi, "dərdin kimə söyləsin..." - "Mənəm" bozardın. Sonra yenə: "Ay əmi, sənə qurban olum, nə olub bizə?" - Sənsənmi bu? - sordum Mən gənclik marağıyla. "Mən deyiləmmi bəs?" - zəifcə qımıldandın - "yadımdadır, amma o kostyum..." - bu hələ Sənin içinin səsiydi. Sonra yenə, yenə, yenə əsl gənclik israrı ilə heyrət, çaşqınlıq, inad alır məni: "Deməli, o vaxt... hər şey, hər şey artıq mövcud idi,... gözləyirdi ki..." - yəni bu, Sənmisən? "Mənəm, mənəm, mənəm..." - gəldikcə uzaqlaşan İç qırıqlarının, - "Bilirsən sənə neylərik?"- xışıltısı gəlir... Bəs hanı? "Belə çıxır ki, həqiqət, ədalət, düzgünlük - hamısı..." - Sən haqlısan; biz nə vaxtdır virtuallıqlar içrə dolaşır, dolaşırıq: - bir az gənclik həvəsli, az-az o qocaman qurnaz, azacıq da gerçəkdən; o şəkil yadındamı: "tam bir dəqiqliklə fotonun yavaş-yavaş dəyişdiyini gördü, şəkildəki oğlanın sifətində" - bu Sənsən, - qorxunc qırışlar naxış vurduqca, - auditoriyalar, auditoriyalar, auditoriyalar... - tanınmaz olurdu. Hərçənd bu, şəkildir və hər dəfə baxanda qırışlar daha gerçək, qocaman, qurnaz - çaşmaya bilmirsən... Sən o kontaktı itirmiş tələbə tək əsli arayır, tapammırsan... ... Onlar virtual içlərində boğuldular; Onlar içlərində virtual olaraq boğuldular; Onlar - virtual....

Geri dön

PRİTÇASI BELƏ

Kim harda, mən Onu Kamüdə tapdım. Alber Kamüdə (1913-1960): "...onda ki, boşluq açıq-açığına üzə durur, onda ki, hər gün gördüyün işlərinin həlqəsi qopur və ürək başlayır boş-boşuna itmiş həlqəni aramağı, orda elə bil absurdun ilk əlaməti də görünməyə başlayır..."
Sən o İçi bugün ha gəz. O həlqələrini bir-bir itirib qopmuş zəncirin sirri bağlı o (yeganə) qızıl həlqəsinin başına ümidlə ha dolan... Gözün qamaşır. Amma biz onu felən görmüşdük; İçimizdən qopub-düşmüşlüyün sirri kimi. Hecəmi? Belə: bir ucu ürəyin qövsünə pərçim, digəri - dışarıya;
spiralvari dolanır, İçini çəkir; çəkir, çəkir, dolanır yenə çəkir; dolanır, çəkir, dolanır, çəkir, u-u-u-u... Yrəyindən nələr keçir?!
"Olur ki, hər gün adət etdiyin dekorlar sökülməyə başlayır, - Kamü yazır, - yuxudan durdun, tramvaya mindin, dörd saat kontorda, ya zavodda, nahar, tramvay, dörd saat iş, şam yeməyi və yatmaq-uyqu; bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə eynən, eyni ritmdə - günbəgün ayaq döyməyin asan yolu... Amma bir gün axır, ürəyindən keçir: niyə axı?" -u-u-u-u... Kamü bunun adını "absurd divarlar" qoyur. Günlərin bir günü O sənin də qarşına çıxdı. "Höqtə? Bəlkə vergüllü nöqtə? Daha doğrusu, nöqtəli vergül? Bəlkə dalı var, izahı var...", "...dəhşət içində anladı ki, bir də onun həyatında heç bir vaxt heç bir şey olmayacaqdır... O həyatını, gündə oynadığı rolundan bıqmış bir aktyor kimi, qatarlara qoşulub dəyişməz relslərlə gedən parovoz kimi son mənzilə, son pərdəyə, son dayanağa, son sükuta çatdırmalıdır..." Sonmu? Leyk, dayanıb-durdun...
Sən də mübahisə başlamışdın: - "tramvay"ı birinci kim kəşf eləmiş? Bumudur: "Sonra şəhərlə bu qəsəbənin arasında işləyən qoca şoferin həyatı ilə öz həyatı arasında bir oxşarlıq tapdı. Səkkiz-doqquz ildi ki, qoca bu yolla gəlib-gedir. Hər gün eyni cədvəl üzrə hərəkət edir, eyni dayanacaqlarda tormozun basır, bəlkə hətta eyni sərnişinlərin üzünü görürdü..." - eyni dekorlar? ya bumu: "Tramvay da sabit, dəyişməz yol üzrə hərəkət edir. Relsindən çıxsa, qəzadır. yaxşı, bəs bu minik, bax bu marşrut avtobusu adlanan salxaq araba niyə hər gün, hər saat eyni yolla gedir, hər gün bazarın, poçtun, bankın, kinonun, hamamın, dəlləkxananın qabağından keçir?"
Mən onu, o "tramvay"ı sonralar Kamüdə tapdım: "Hər şey bu baş aça bilmədiyinin çalarlarına bələnmiş darıxmağından başlayır..." - u - u - u - u ... - tapdım və dərhal da tanıdım. Bu, Sənin "tramvay"ın idi. "Hə ürkək duyğuların nigaranlığı, nə gözləmə, nə aldanış, nə ümid, nə bahar gecəsi son tramvayın pəncərəsində diksinən ulduzlar...". Amma yox, demə bu, Dünyanı dolaşıb-keçən "Arzu tramvayı" imiş...
Kamü yazır: "Darıxmaq - avtomatlaşmış həyatın təzahürüdür, - beləmi: "Artıq bu cür yaşamaq mümkün deyil. İş, ev, maaş, qonorar, televizor, telefon..." - amma davamı bu ki, şüuru hərəkətə gətirir". "Elə bil kimsə onu oyatmış və beynini fikirlə doldurmuşdu... "-bu dəfə tərsinə, Dünya spiralı İçinə yeriyir, u - u - u - u ... - "Onları dağıtdı. yenə qayıtdılar. yenə. yenə...". Kamü: "Darıxmaqlıq şüuru oyadır və daha sonraya şirnik salır: - ya baş tutur və tam oyanış baş verir, yainki yox, adət etdiyin dairəyə qayıdırsan... ". yəni ki, "Vəssalam, burda bir elə hikmət yox imiş". yəni ki, "... dairə eyniləşdirmək üçündür, - deyir Asif Ata, - onun mənası Mənasızlıqdır... Hizamlanır, idarə olunur. Cansızlaşır, kölgələşir, ədədləşir, rəqəmləşir Adam". yəni ki, zəncir ilgəkləndiyi o qızıl nöqtədən qopub düşür, İçini çəkə-çəkə: - Ağ... Ağ... Ağappaq... - sustalırsan: - Qırmızı... Qırmızı... Qıpqırmızı... "Vəssalam, -deyə təkrar etdi, - Qurtardı. Höqtə". "Oyanışın isə tez-gec sonucu var. ya intiharla nəticələnir..." Ekzistensialistlər Onu növbənöv Ölümlərlə yazırdılar (məsələn, tərcümədən sənə tanış J.-P. Sartrın ölüm "Divar"ı qarşısındakı İnsanını yada sal - "Mütərcim" jurnalı, 1997, N-2 ). Mən Onu Kamüdə tapdım, lap əvvəllər yazdığı "Xoşbəxt ölüm"dən, - Arzu tramvayımı? - avtoqəzada ölümünə qədər.
"...yainki həyat yenidən məcrasına qayıdır...". Sən o Divarın önündə dayanıb, müztərib, o qızıl həlqəni arayırdın: "Uzaqda, lap uzaqda, üfüq xətti tərəfdə ağ..." Ağ... Ağ... Ağappaq...
yəni arayırdınmı?

Geri dön

KARİKATURU (FƏLSƏFƏSİ) NƏ?

Harda necə, bizdə O, o İnsan "əyri güzgülər"də sınıq-sınıq olub, ovxalanıb, ovulub... Hərçənd Güzgünün nə düzü, nə sınığı... Sən bu aləmə qədəm qoyduğun, Onu anladığından fəhmin dedi: gecikirsən; "gerçəklər əyri güzgülərdə əks tapır" - guya nə bəla; bəla ki, "təhrif" baş aparır, Sən ləngiyirdin...
Sən Ona yaxın idin, ona varır ikən, budur, budur: "həqiqi gerçəklik insanı bir an içində tam dolğunluğuyla işıqlandırır..." O güzgülənirdi. Jan-Pol Sartr (1905-1980), fransız filosofu və yazarı. J.-P. Sartr deyir: "...Özümü seçibən mən ümumini yaradıram. Mən Onu hər bir başqa insan projesini anlayıban yaradıram. ...İnsan ümumən əzəldən verilməyibdir, daim yaradılıbdı...". Sən Ona yaxın ikən, budur, budur: "insan özünü və dünyanı anlamağa çalışır və deməli, müəyyən fəaliyyət göstərir...". O, güzgülənirdi...
Bizdə "əyri güzgülər sindromu" qorxunc bir nağıl. Sən bunu bilirsən. "Bilirsənmi?" - bilirsən; amma bu sualı təkrarən özünə verməyi ərinmə heç vəch. Belə: "-Axı niyə axı? -Elə-belə. -Hiyə axı elə-belə? -İstəmirəm, ona görə. -Hiyə istəmirsən axı? -İstəmirəm, vəssalam..."; belə: "Mən indi bildim ki, bu, tilsimli şüşə imiş"; belə: "bu çəpərin, bu divarın dalında qaynaşan, çalxanan, kükrəyən, qan axıdılan, göz yaşı tökülən dünya...".
Bir vaqif söylədi: Sən yaxşı padşahlar nağılına yanılırsan: "Qadağan ediləsi bir şey qalıbsa, edərəm, - dedi"; orda yox ki, o taxtı Sənin içində qurmuş: buyur, otur... Oturarsanmı? J.-P.Sartr: "İnsan dünyasından özgə dünya yox; İnsanın subyektiv dünyasından özgə dünya yox; bu ki, O daim içindən çölünə çıxır; İnsan qapalı deyil, çıxır ki, dünyasında ola...". Sən hər an gecikirdin...
Onlar İçlərindən dünyaya çıxdılar; Onlar hüdudlara üsyan edib, İç Dünyasına bələndilər, Onlar öz dünyasında idilər... Onlar, O, o İnsan orda...
Sən ürək eləmədin çölünə boylanmağı: "Axı niyə biz razı olmuruq ki..."; çıxmağı: "və onların bizimlə Əlaqəsi yalnız o zaman mümkün ola bilər ki..."; Ki: "onlar bizim... bu qanunları aşıb keçmək iqtidarımıza inansınlar"... Off, bu "əyri güzgülər sindromu"... Off, bu "güzgü oyunu"... İçinin divarları boyu dörd dolaşdıqca hər yerdə Onu görürdün... "Elə bil yağış da Keçmişdən yağırdı. Əbədi itirdiyi, həmişəlik qeyb etdiyi...".
Sadə fəlsəfədir. Əgər başın özünə (özünəmi?), ya nəyəsə (off, bu güzgülər...) qatışıb-qalır və qatarın ötüb gedirsə... Heyləmək? - Bu dünyada qatarlar gedər. Adi, hətta bir qədər trivial. Hövbəti qataramı oturmaq?...
"Axı niyə, niyə, niyə, nə üçün - həyəcandan... dili-dodağı təpirdi...". Bu sənin problemin idi, Onun yox ki... Otel odalarında, otel odalarında...- sən indi Onu görmür, görəmmirdin...
J.-P. Sartr: "Başqası mənim varlığım üçün vacibdir, eləcə də özümü idrakım üçün...".
"Hecə ayrı adam?", "bu adamı mən tanımıram, heç vədə onu görməmişəm..." Taxta oturan Sənmi idin yəni O, o İnsan; "adamın sifətinə baxıb bütün varlığını təyin edə bilirdi":
- "...sənə isbat edəcəyəm ki, hamı... hamı, hamı, hamı...".

Geri dön

YARIMÇIQ KİTABLAR

Bir vaqif deyir: XX əsr üçün nəticə heç vaxt maraqlı olmayıb, prosesin özü həzz verib, vəcdə gətirib... Və dərhal məşhur adlar: Prust, Kafka, Coys... Bugün O - yazı kimə gərəkdir ki... - XX yüzilə yön vermişlər heç havaxt: - Obraz və bənzəri - roman yazıb nöqtəsin qoymamışlar, buyur; Prust, Kafka,Coys... Sözlə hey can çəkişmədə əsri-əsəri yaşamış, yaşamış, yaşamışlar...
yazıçı - peşə kimi, həyat tərzi kimi gər O.Balzakdanmı gəlir, F.Dostoyevskidən, - yaşayıban yazırdılar, yaşadığını yazırdılar, yazmasaydılar, yaşayammazdılar, dolanammazdılar; yazıçı - birdəfəlik ömür kimi, məhz buradan, XX yüzildən. Prust, Kafka, Coys... Marsel Prust, 1871-1922. Onun bu peşəyə sanki ehtiyacı da yoxdu, ilk qələm təcrübələri - ki, XIX yüzilə təsadüf, - nəzərə alınmazsa, Paris salonlarının bu "əbədən xəstəsi" sirrini elə də faş eləyə bilməmişdi heç yalnız ömrün sonunda bəlli oldu, Prust orda yox, burda - on beş cildlik bitib-tükənməyən əsərində - "İtirilmiş zamanın sorağında", - yaşamış, yaşamış, yaşamışdı...
Əbəsmi məgər əsr boyu yazıçı peşə kimi (dolanışıqmı, ya yaşam tərzi kimi) elə hey tənəzzül qıldıqca yeganə olaraq alternativində qalır: intixab olunmuş ömür kimi; kim o ömrü nə qədər yaşaya... Kafkanın "Aclıqçəkən"i yadınızdamı - Frans Kafka, 1883-1924, - əslində bu, yazıçı işi, yazıçılıq barədə uzaqgörənliklə bəslənmiş, bəstələnmiş pritçadır. Bir anlıq təsəvvür edək: aclıqçəkən-yazıçı könüllü şəkildə intixab qıldığı ömür qəfəsində əvvəlcə məhz hamıya naməlum sirr mənbəyi kimi geniş maraq doğurur; əsr gəldikcə sirrə maraq sönür, seyrçilər azalır, hətta tam biganəlik erası qədəm qoyur: - qoy O öz qəfəsində saman çöpünəcən, nə qədər istər aclıq çəksin; bu ki bugün sirr deyil, XX yüzildə bu sənət artıq sadəcə "iş", "azar", "azart", "peşə-sənət" söhbəti deyil, bütün ömür məsələsidir, qoyursan - gətirə, ya batıra; niyə axı? - sorurlar aclıqçəkəndən; məmnuniyyətlə, hamı tək mən də yeməkdən imtina etməzdim, - deyir, - əgər məzacım çəkəni, könlüm istəyəni bulsaydım...
Prust, Kafka, Coys... Əlbəttə, Kafka acı sarkazmla onu da göstərir ki, indi ömrün qəfəsində aclıqçəkənin yerini cavan bir panter tutmuş "hətta elə görünürdü ki, itirdiyi azadlıq heç yadına belə düşmür..."; amma deyən, "...azadlıq onun caynaqlarında gizlənmiş və seyrçilərinə varlığın sevincini elə istiliklə bəxş edirdi ki..." - deyə Kafka bunu soyuq müşahidə ilə təsbit edir. Və ümumən bu adlar XX əsrə kəskin Zaman hissi ilə gəldilər və buradaca Onun timsalına çevrildilər. Səninçün bu, bəlkə də adların sadə metaforası: "İtirilmiş zamanın sorağında" - Marsel Prust; bitib-tükənməyən "Proses" - Frans Kafka və Ceyms Coys, 1882-1941, adi, lap adi, az qala dayanıb-durmuş bir günün Odisseyasını əsrin heyrətinə çevirmiş əfsanəvi "Uliss"i ilə: Günmüdür, Əsrmi, Ömürmü?... Dünya ədəbiyyatına addımları həm sürətli, leyk sürəkli; şimşək reaksiyası gəl, ağır, təkrar-təkrar keçilən yol... Məsələn, rus ədəbiyyatı bunu 70 ilə əldə edə bilmiş, həm də necə Odisseyalar hesabına (ilk parçalar, tərcümə cəhdləri 1920-30-cu illərdə, son - 70-80-ci illərdə). Ən nəhayət, əsrin sonu, 1989-93-cü illərdə, əlbəttə, ruscasında, buna Sən də vara bildin, vaqif oldunmu ya?
Obraz və bənzəri... - qayıdırıq yarımçıq, yaxud yarımçıq qalmış əvvələ, - yazmaq, ömrə kitab bağlamaq İnsanın əzəli sevdası, bir növ Kitab əhlinə "bənzəmək" istəyi-həvəsi... Prust, Kafka, Coys... - hər dəfə qələm götürübən yazmaq istəyəndə Zamanı ötmüş, Əsri irəlidə görür və hər dəfə yenidən, yeni səhifə, yeni proses, yeni davam tapmalı olurdular... Hər dəfə həm Zaman ötmüş, Əsr irəlidə, Ömür vərəqlərdə... Belə-belə əsrə yadlaşmağı, yadırğamağı öyrətdilər bizə... Ki, əzəli-əbədi həvəsimiz sönməyə... Bəlkə sönməyə.

Geri dön

BİRİSİ BU: AZƏRBAYCAN YENİ NƏSRİ

Bu - mənim kitabım; gözümü dünyaya açıb, özümü Kitab əhli duyub-bildiyim andan yazmaq; yazılmaq, yazılmaq, yazılmaq istəyi, həvəsi, işığı... işığı... işığı... Və hər dəfə elə qələmi kağızda gəzdirdiyimi... və hər dəfə Zamanı ötmüş, Əsri irəlidə görürdüm... Hər dəfə O daha nazik, daha qıvraq, oynaq, sınıq-para, şüa, işıq... Sivişib-varır, kölgə-iz tək düşüb-qalırdım...
...Əvvəlcə, əlbəttə, Onu - patriarxal insanı söküb Sənə çıxmaq gərəkirdi. Mən bunu, odur, odur, uçub-dağılan varlığım boyu - ruhum, cismim, canımda duyur, ən nəhayət, həyatımda yaşayır, görür, sınıyırdım... "Günəş şüası onun ayağını daha da şəffaflaşdırmışdı. Onun ağ dərisi, göy damarları cızılıb-qızarmış topuğu aydınca görünürdü. Cahandar ağaya elə gəldi ki, şəffaf işıqda qızının ayaq sümükləri, damarlarında axan qanı belə seçilir. İşıq zolağı hər şeyi aydınlaşdırır, güzgü kimi göstərir. Kişi həmin zolağın yuxarı qalxdığını, qızın baldırı, budu boyunca yüksəlib sinəsinə, üzünə düşdüyünü anladı. Baxışlarını həmin zolaq boyu yuxarı qaldırmaq,... izləmək, onun bütün əzalarını işıqdan keçirmək və nəhayət, gözlərinin içinə baxmaq istədi. Lakin qorxdu...". Cahandar ağa guya XIX yüzildən ayaq götürüb gəlməmişdi ki...
Mənim atam sakit, dinc, balaca bir kişi idi. Tüfəng hərləmək harda; cızığı çıxdınmı... - "adamı döyməzlər ki..." - pis baxardı buna; odur ki, anamın səsi, küyləyən səsi qalıb yadımda, atamın - bütöv obrazı. Bütün ailənin üzərindəydi bu təvəzökar obraz; heç nəsiz, - bəzən hətta içəridə, dünyanın gedişatından baş açmaq üçün balış qoyub dirsəkləndiyi küncündə unudardıq, - hökmsüz-qərarsız qərarlıydı. "Atan gəlsin qoy..." - anamın səsi gəlirdi hey, - atan, atanız, atam, atalar... Zaman faktoru. "Babamız, babanız, baba..." - indi Sənə çatan quruca təşbihdir, Sən gördüyün gözünün içinə qədər xatirə, nostalji... Vizual, virtual, göylərin üzərində asılı...
Guya yüz il öncə Cahandar ağa yad nəfəs, yad güllədən ölüb-gedir - nağıldır; əvəzində nə: ikiyə bölünmə o şəkildə ki, iki oğul - bu seminarist, bu kəndçi, - yazıçı özü də hiss edir, uğursuzdur; - birisi qabıqdır, nə olsun ki, fakturası var: məktəb, mədəniyyət, yeniləşmə-filan, qabıqdır, gəldikcə qabığa çıxır; o birisi, - yazıçı ürək eləmir davam etdirsin, zamanına saxlayır, - Ölən dünyamdır... Əvəzində O, patriarx, Cahandar ağa alt qatda, dərində qalır yenə, İçəridə diridir...
Sənə bu sanki ekzotik gəlir. Zamanı ötmüş, Əsr irəlidə... Haçansa... Bir cənub şəhərində... Bir məhəllədə... Ondan yaxşı qardaş yox idi - ki, üst dünyada nə var, alırdı çiyinlərinə... Yst qabıq oyunları... Mənim bacım, - doğrudur, biz məktəbdə daha qabaqcıl timsallar qəbilindən daha qabaqcıllığa təlim alırdıq, - hərçənd mənim bacım bunu təlim olunan örnəklər sırasından alammazdı, bəlkə sovet filmlərindən; amma mənim bacım gerçəkdən İçini yeyə-yeyə qalmışdı, - buna mən şahidəm, o uzun gecələri ki, bibisinin gələcəyi qərardan səksəkəli Sadıq tək, bacımın öz-özünə pıçpıçından heç vəch gözümə yuxu getmirdi: - kimi seçməli, kimə könül bağlamalı, yol - ömür - körpü salmalı... "yox!" cavabını qəti, birbaşa, "uf" demədən dilin ucuna almaq çətin; ələlxüsus patriarx önündə. Hədən ki, bugün dalğa-dalğa irəli gələn qadın öndərlərindən bunu eşidərsən: "biz bunu Körpüsalanlardan öyrəndik..." - qabıq soyulduqca, ağrımı azalır? - Səni daha çox bu cavab önündə durmuş, soyulduqca içə, altşüura çəkilən patriarxın halı məşğul eləyir:"...qoy bir gəlsin..." Babamız, babanız, baba... Vaxtilə bizdə professionalların geniş mübahisələrinə rəvac vermiş "yeni nəsr" söhbəti də prinsipcə eyni paradiqma üzərində: - necə yəni... necə yəni... necə yəni... Problem - yüz il öncəki, mətləb - haman, haman da Mirzə Cəlil... yeni dövr - yeni; yengi dünya - yeni; yeni əsr-quruluş - yenə də yeni; yeni nəsr... - bir onu eləyə bilirdi ki, yenə qabağa-qabığa çıxır; alt, alt, altşüurda ağrısı...
Bugünəcən yadımdadır bacımın uzun-uzun, şəbi-yelda saçlarının ağrısı-acısı... - anam hər hördükcə, - cığı-çığırığı... Mirzə Cəlil Zəhrabəyim Anamın kitabında məsələni elə beləcə də, qəti, birbaşa - Sənin seçiminə buraxır, mənim bacım... Problemin məhz burda düyünlədiyini görüb, kitabımın sonrakı fəslini mən də belə yazdım: "Qadın emansipasionu". Amma yazdıqca, çox qəribədir, sakit, dinc, heç havaxt İçini bilə bilmədiyimiz Atamın obrazı gəlirdi nəzərlərimə: - Hiyə özünü incidirsən, ay qız, birkərəmlik kəs getsin...
Və yenə də mahal; Macal eləyə bilmədim mən Onu yazmağı... Babamız, babanız, baba...

Geri dön

SİZLƏR

Siz bunu görürdünüz... "yenə atasını gətirirdilər... Atasının cənazəsini uzun-uzun kişilər gətirirdi. Onların ardınca uzun-uzun dəstələrlə qara geyimli adamlar gəlirdi...". İçiniz etirazla dolu idi... "Aradabir adamların içindən kimsə yeri təpikləymb göyə atılırdı...". Həsə duyurdunuz da: "...Lap arxadan, hardasa izdihamın qurtaraçağından kişnərti səsləri gəlirdi...".
İzdiham... "İzdiham getdikcə gedirdi, qara duman kimi...". Siz onu eşidirdiz... "Tabutda gözüyumulu uzana-uzana burnunun içi ilə balaca bayquş kimi uluyurdu...". Xaraba hissiyyatı... "Qara-qara qarışqalar, kəpənəyi neylədiniz?". Səs... "-Səs aparır məni, - deyirdi, - göy məni udur...". Səs... "Səsinin içində burulduğu/üzündə görükəndə...". Səs... "Paltarını dartdıqca ətürpərdən cırıltı səsi bütün mərtəbələrə yayıldı..." Gah O, gah burdan, tək-təklər, səs-səsə: - "Sınıq-sınıq sözlər, yarımçıq-yarımçıq cümlələr..." - boğulub qalırdı: - "...səs- küyün arasında çat, sınıq səsi...".
İzdiham duyğusu hər yerdə: - "...içini elə bil yuxarı dartdılar, göyür-göyür göynədi..." - Siz mənim şüurlu həyatıma beləcə də gəldiniz; hər yerdə, havada, suda: - "...suyu hiss eləmirəm, ...su məni yumur..." - qəfil, İçimdən qopduğum yerdə: - "...elə bil ölüm öz şəklini körpənin üzünə yox, ananın varlığına döyürdü..." - həpsi rəngdir; "Rəngdir bu dünyada hər şey... - deyib yerində dayana-dayana..." Auditoriyalar, auditoriyalar, tələbə auditoriyaları - "...bir az bu dünyanın işığı, bir az O..." - sahə auditoriyaları, ölkə auditoriyaları... Həhəng bir cismin canında vicvicə... Hara qədəm qoyurdunsa: - "Uzun sifətli, qara geyimli adamlar... belləri bükülə-bükülə... cənazəsini aparırdılar..." Guya hər şey sonra başladı, təsəvvürdür; sonra yox idi. Sonralar çəkilən gürcü filmi, ya Azərbaycan "nağılı"; bu, yuxu deyildi, yuxu timsalı durğun, ölü, tərpənməz bildiyimiz nəhəng bir cənazə göyümüzdə, əllər üstə, əldən-ələ, qoymağa yer də yox... - "Cənazəni aparmaqdan yorulub yerə, əyri-üyrü çarxların üstünə qoymuşdular, getdikcə araba kimi arxalarıyca sürüyürdülər..." - yeriyir, yeriyir, ağırlığı, ağrısı içimizə... "Düşdükcə pillələr qurtarmırdı, burula-burula, uzana-uzana harasa lap aşağı gedirdi..." Dünyanın qurtaracağı qapılar... - "Bir neçə mərtəbədən sonra qapılar qurtarırdı... - Siz budur-budur, çatıb O qapıları döyürdünüz, - ...pillələrinsə sonu, qurtaracağı görünmürdü..." Sən hardasan, qapağın-qabığın altındamı, "çəlləyin dibində", "oyuğun içində"mi? - mən də bahəm bu əsri, nəsri; havanı, mühiti; rəsmi-hüdudu; ölçü-formanı rəngi-ahəngi; dadı-qoxunu... - yaşadım, mənim bacım, - bilə bilmədim. yadımda bu: - dam dolusu auditoriyalar, auditoriyalar, auditoriyaların istisi-tüstüsü... budur, budur, kimsə yeri təpikləyib kürsüyə qonur... Ömrü müşahidə edirdinmi Sən, necə "izdiham ağır ayaqlarını sürüyə-sürüyə ...üstündən keçib gedir..." Sonra yenə, yenə, tək-tək, şer səsi... O və burdan: - burax, gedim... Və sonra... "...tüstünün içi ilə çiyninə toxuna-toxuna gedən qara geyimli adamların arasında gedirdi..."

Geri dön

"Özgə vaxt"dan duyduğumuz qəfil heyrət nəydi belə məgər bu Sənin öz, Ona müvazi özgə vaxtın deyilmi idi?.. Hərçənd vaxtın, zamanın həmişə real, hesab ölçüləri üzdə olur; və gözümüzün önündən keçən film-ekran-gerçəklərin daha çox üstqabıq qıcıqları, həmişə olduğu kimi, ictimai-mənəvi-əxlaqi sıra rezonans verməyə başladı: "özgənin vaxtı", "özgəsinin vaxtı"na qıymaq olarmı cavan ömrü qoca prinsip-dəyərlərə bağlamaq nə qədər doğru? - bu və bu kimi düşündük-daşındıq, qıcıqlandıq həmişəki tək... Bu da az deyil; azı havası, altzəminə vəsilə fəlsəfəsi ilə...
Sən bu yox, özgə vaxtdan danışırdın; elə ilk kadr, ilk abzas, ilk misra-sətirdən... Qəzadan elə olur ki, ömrün əzəlindəcə İnsan, mündəricəsinin üst-ictimai-mənəvi-əxlaqi qatlarını sürətlə qırıb altzəminə çıxır; burda tamam ayrı ölçülər, daha səhihi, ölçüsüz zaman, özgə vaxt var; vardıqca real vaxt, zaman, ölçülər mənasını itirir; və reallığın vəhşətləri burdan cılız, əcaib görünür...
Bu - Sənin öz, özgə, ekzistensial zamanın idi... "Bu sevgidi, mənim balam..." Əzəldən - Onların ardınca: - "Onda bilərsən ki, bu dünya nədi,- acıdı, dadlıdı..." - ani kürsülər qəzəbi: - "Bir şişman kürsünün yumşaqlığına nifrət toxumutək əkilə bilsəm..."; sürətlə, - dənizin, dənizin, - keçib: - "Bu qayığın içi bizim..." - Sən İçə vardın, - "sıxılarsan, çəkilərsən özünə..." - İçinə çəkildin: - "...gizləndim üzümün astar üzündə..." Qapı. Ağrı. Göz yaşı nağılı. Ölüm. yuxu. Sevgi. Doğulma... Sənin dünyan, Sənin vaxtın... Sənin Bermud üçbucağın... "Bir tərəfində adam özü durur, bir tərəfində ölüm, bir tərəfində də..."
...Vəhşətliydi, məlum olurdu ki, Sənin real zamanın total maraqlar əlində, - "İçimdə çapar atını..."; azadlığın, - necə ki, quşlar dimdiyinə, - boğazından keçən dənə bağlı, bircə nəfəs... - "keçər, keçər, keçə bilməz..." Bu fəlsəfə nə zamandır əyan idi, - dənləyir, dənləyir... - total ölçülər əhatəsində yaşayırdıq... Və elə ki, hər yerdə O divarla üz-üzəsən: - "Bir tək-tənha ağac kimi,- Dibində bitdiyim divar... - durub-düşünməli nə vardı ki, - O üzündən kimsə... səslər, çağırar..."; o hasarı adlamaq çətin deyildi... "O hasardan addıyardım, qardaş, o qəbirdən addıya bilməzdim..."- bir az da dərinə, özgə ölçülərə, - "Qəbrimin üstündəki daş,- Bir quşa atdığım daşdı..." - özgə qatlara: - çəkilərsən özündən də o yana... Sən - "Hər yandan qayıtdın..., - astar üzünə çəkilmiş İnsan: - ...buyur, gəz içində!" Özgə vaxt gərəkirdi, bəlli; "yaşamışam, ölmüşəmmi..." - nə zamandır gərəkirdi; gəlir, gəlişir, - Gəlmişəmmi, görmüşəmmi? - gələmmirdi: - Bir dəfə də gəlmişəmmi?... Biz artıq bilirdik, bu - üzdür, üzəvaridir,
- "Bir yalan gülüşlə örtdüm üzümü..." - orda, arxada görünməyən, altzəmin var: - "Bəlkə özgə dünyalarla toqquşub- parça-parça dağılacaq bu dünya..." Biz bilirdik, orda, uzaqlarda, Onlar Onu İçəridə hazırlayıb, İç-iç, İç-iç, sonuc küçələrə çıxarırlar... "Doğrudanmı bircə quşdu, ilahi,- bu dünyanı- şəhər-şəhər, ölkə-ölkə qaldıran?!" Və auditoriyalar, tələbə auditoriyaları, qəfil, ölkə auditoriyaları - hamı özgə nəğmələr xoruna qoşulanda heç də təəccüblənmədik; Dünya tanış gəlirdi... Sənətin fəlsəfəsi budur: - yüz illərdi bir şam yanır... - praqmatikası sonra gəlir... - Gilə-gilə, damla-damla...
Siz, özgə vaxtın adamları, - qəfil heyrət nəydi belə, - getdikcə gedir, qara duman kimi... - Zamana çəkilirdiz... Praqmatika amansızdır: - Qorxuzur yalquzaqları... Qızındırır yazıqları... İşıqladır... Sən görsənmirdin...

Geri dön

BİRİSİ BU: ƏDƏBİYYAT SÖHBƏTİ
MƏQSƏD NURA

"Doğrudanmı gedim? - Pyer gözlüyünün arxasından..." - İçində səksəkə, - "... pilləkəni çıxdıqdan sonra..." - Omu, bu həmin məqammı?- "...- Bəlkə qraf məni çağırmamışdır...- dedi." Altşüurda O astanada durduğun həmin məqam "Hərb və sülh"dən pırtlaşıb gəlir... Həyətdə tərtəmiz, duru gün vardı. Qraf. Qraf Lev Tolstoy. Ədəbiyyat. Ədəbiyyat aləmi. Çağrılmamış gələn...
Sən tanıyırdınmı Onu? Hə, ədəbiyyat söhbəti olan yerdə... Ədəbiyyat olan yerdə... - qəfil, nagahan; - "...bütün otaqdakıların böyük bir maraq və həvəslə ona baxdığını gördü..." Hagahan nəsə olurmu, dostum? Siz də mi tanımırdınız yəni? "...can verən qrafın görmək istədiyi bir adamı..." Tanımırdız, tanımaq istəmirdiz: "O, Pyerə vəsiyyət edə bilməz. Pyer qanuni deyil..." Hə, burda dodaqların ucunda bir qımışıq pis olmaz...
Ax, qımışıq, mənim altşüurumda Sən bir foto-effekt yanığı... Hər dəfə, hər dəfə... yadımda, can verən O ədəbiyyatın son qraflarından birini də ana torpağa tapşırdıq; kinsiz, toxdaq; kini neynirdik, həyətdə gün vardı, dostum: "Elə ki, saraylar silkinibən dağıldı və elə ki, ədəbiyyat qalaqlar altından görünən bünövrələrdə təskin tapdı, bax onda..." Və Sən Onda bacardıqca O bir yığın izdihamın Önünə, Ona, Ədəbiyyata yaxın bir yerdə durmağa can atırdın; hələ bir qədər də şəstlə başqa nə cür ola bilərdi, otuz ildən də artıqdı O orda, - Sən bu dünyaya gələli, - İçində yuva bağlamış budur, budur, Önə çıxırdı... - "bu işin çox zəruri olduğunu özlüyündə kəsdirmişdi..." Kinsiz, azad, İçinə, budur, bu qədər yaxın ikən... Ax, O ani, Ön, Ön, Öndə, O dodaqların kənarına qonmuş qımışıqlar, qırışıqlar... "O gördü ki, hamı elə bil qorxa-qorxa və hətta yaltaqlana-yaltaqlana gözləri ilə onu göstərir və pıçıldaşır". Qanuni, qeyri-qanuni: "yenə də mi irsdən imtina, ya mizan-tərəzi qurub da onu qəbul edəsiyik?" "Məsələ burasındadır ki, sən bilirsən..." "o bütün əmlakını, Həqiqi varislərinə və bizə deyil, Pyerə..."
Həyətdə gün vardı, dostum; nə vaxt, nə vaxt nəhayət Sən - İnsan O kip dodaqların amansız süzgəcindən darılıb, Yrəyi doyunca nəfəs almağı özünə rəva biləcəkdin? Axı Gün, gün, gün idi dumduru, göz boyunca... "Pyer heç bir şey anlamırdı... - Bəlkə? - ...O yenə belə qənaətə gəldi ki, hər şey belə də olmalıdır və itaətlə artıq qapını açmış... - Beləmi? ya belə? ya bəlkə... belə, belə, belə, belə!!! - ... ardınca getdi..." Hər dəfə, hər dəfə... Kinsiz, toxdaq... Bəlkə... "Hər kəsin gözlədiyi qorxunc bir ayini icra etməlidir..." Bəlkə... "Pyer bu tərəfə heç keçməmişdi və bu cür otaqların varlığından xəbərsizdi..." Bəlkə... "O aparanların qeyri-müntəzəm addımları ilə köməksizcə yırğalanır və onun soyuq, laqeyd nəzəri harada qərar tapacağını bilmirdi..." "- O biri böyrü üstə çevrilmək istəyirlər..." Be-ləəə, dostum. yazıçı təsvirində bu detal sanki qəfil, elə bil altşüura irişib-ilgilənmək üçün gəlir: "Qrafı çevirərkən, bir əli qüvvətsiz halda dala düşdü, - diqqət edirsənmi, - o, əlini çəkmək üçün nahaq cəhd qıldı..." Əlbəttə, nahaq, nəhəng, -u-u-uy, göz boyunca, - xəstə bir vücudun xidmətindən bayılanlar necə olsun bəs? "Ona indi, heç vaxt etmədikləri bir hörməti edirdilər..." Belə. "...soyuq görünüşlü bu baş, ölümün yaxınlığına baxmayaraq, öz şəklini itirib kifirləşməmişdi..." Bu da belə. "Xəstənin gözlərində və üzündə bir səbirsizlik oxunurdu..." Belə, dostum, belə. "Hərb və sülh"də dahi Tolstoy fəlsəfəsinin mənası cahanşümul olduğu qədər də, - qoy cahanşünaslar məşğul olsun, - sadədir; mən Allah bəndəsinə də şamildir: - dünyada hərblər var və dünyada ən nəhayət sülh var; ən böyük hərb altzəmində, İnsan qəlbinin dərinlərində gedir. Ki, onun da sonu hər halda sülhə qanedir: "Hər halda o sözə baxmayan əlinə, Pyerin üzündəki dəhşətə və yenə əlinə baxdı və üzündə, simasına yaraşmayan zəif, əzablı bir təbəssüm göründü..."
Qəmli əhvalatdır... Ədəbiyyat olan yerdə... Hər halda azad, toxdaq bir təbəssüm burda yerinə düşərdi, dostum. Hə vaxt, nə vaxt...

Geri dön

SONRA NƏ?

...Sonra? Sonra çaşıb-qaldın...
Əvvəl-əvvəl dünya sığan bu bircə kəlməcik sözün sehri... "Sonra o göyə qalxdı..." Vəd, intizar, ərəfə... "Sonra... mənə danışdı ki..." "Sonra mənə dedi ki..." "O axşam işdən sonra ilk dəfə məni evinə dəvət etdi..." Bugün nəzərlərini uzaq dərinlərə, sanki yox, olmamış məkanın bitib-getdiyi yerə dikib xatirə deyənləri bir dinlə kim yan ötmüş ki... "Sonra mən onu öpürdüm, qucaqlayır, oxşayırdım..." "Bilirdim ki, bir saniyədən sonra..." Bu Sənsən...
...Bir qədər irəlidə, naməlumluğun mübhəmliyi... "Sonra dayandım..." "Sonra günəş həyətimizdən..." "Sonra bir sürü inək..." "Sonra biz palaz salıb..." "Sonra bibimin işığı zülmət yollarda sarı..." "Sonra dal tərəfdəki dağın döşünə..." "Sonra qabaq tərəfdəki dağın dalından..." "Sonra atamın qaraltısı..." Bu O idi...
...Bir az sonranın şirinliyi... Eləcə. On ildən sonra... "Sonra çiskilənməyə başladı və o..." "O başa düşürdü ki, on ildən sonra..." "Sonra bütün ətrafa ölü sükut çökdü..." "Sonra... əri yenə mənə elə baxdı ki..." "Sonra... xanım mənə baxdı..." "Sonra... xanım mənə elə baxdı ki..." "...sonra qupquru almacıqlarını ovuşdurub..." "Sonra... xanım kupeyə girdi..." Bu - Onlar... "Sonra dedi ki, allaha şükür, daha hər şey qurtardı-getdi..." "Sonra özünü saxlaya bilməyib yenə..." Hardandır bu vəd, vədə, intizar...- mən bilirdim, amma yenə anıb-anışdırdım, - keçən vaxtın son ərəfə anında...- yanılmırdım: - epik məkan, epik düzənlər, -səyirt-çap-keç, lirik, epik, dramatik, - elədən-belə, belədən-belə epik ölçü-nizam-durum...- və Zaman qəfil sıyrılıb metaforik - Keçən ilin son gecəsi, - özünün metafizik seyrinə dalır: "Sonra..." "...sonra başqasına..." "Sonra onun özünə..." "Hətta sonra..." "Sonra birdən..." "Sonra istehza ilə..." "Sonra o yenidən..." "Sonra... zəng..." "Sonra qəfil sakitlik..." Hələ doğma-naşı bir nəzərin ailə, yuva, ocaq, İnsan, İç istisi... "Sonra... bir gün gələcək, hamısı böyüyəcək..."
Sən, O, Onlar... Və "sonra gələnlər..." Sonra bol-bol... Sonra yenə... Zaman bolluğu yarandı... Sanki yırtıb- məkan boyu... parça-parça... -yırtılıb, təkrar-təkrar özünü intişar edirdi: - sonra... sonra... sonra... sonra...- hər növ: imitasion - intonasion - inteqrasion - inflyasion... Bir az Sən...- "Sonra günəş qürub etməyə başladı..." - bir az sevgi nağılı: - "Sonra ay çıxdı... -Gəl gecəni burda qalaq,- dedi..." - bir az stilizə: - "Sonra bu gecənin bütün qəribəliyi öləcək və..." - hərənin öz cümləsi: "Sonralar, lap sonralar mənə məlum oldu ki, belə qəşəng-qəşəng paltarları..." - isti İçindən sanki ictimai Çölünə çıxardın. Sanki... Tsiklik: "Sonra növbəylə..." "Sonra kimsə..." "Sonra hardansa..." "Sonra nədənsə..." "Sonra qulaqlarında... maqnitofon yazıları..." Sanki: "Sonra 1953-cü ilin o soyuq 5 mart günü, cümə axşamı, birdən-birə Bakıda gün çıxdı..." Sanki... Hara baxırdın - stilistik gəzişmə: - "sonra"lar gəzişirdi... "Sonra iki qatlanıb dəyirman daşının üstündə oturdu..." - Belə. "Sonra dünyanın daşa dönmüş səsləri..." "Sonra sazı köynəyindən çıxarıb..." - Sizlər... - "Sonra üçü də bir-birinə qarışa-qarışa..." - səs-səsə...- "Sonra fasilə elan edildi..." "Sonra külqabının yanında adam çoxaldı..." "Sonra adamlar içəri keçdilər..." - stilistik oyunlar...- "Sonra ölüsünü..." "Sonra ölüsünün iki oğlu oldu... Sonra yavaş-yavaş... Sonra əməlli-başlı..."
Siz, Sizlər... Hər an sovulan - itir-gedir-gedir... Zamanı sezmək-seçmək-seçmələmək mazoxizmi... "...sonra cərgə ilə əklillər gətirirdilər..." "Sonra hardansa bozumtul..." "Sonra nə oldusa tüstü..." "Sonra hardansa ərinə oxşayan..." "Sonra baxıb gördü qucağındakı..." "Sonra baxıb gördü çığırtı səsi..." "Sonra hardansa lap aşağıdan..." "Sonra barmaqlarının arasından baxıb gördü..." "Sonra tüstünün içi ilə..." "Sonra bütün içi əsə-əsə..." "Sonra elə bil bayquş səsləri..." - axırına getsən, - sonra... sonra... sonra... sonra... - bütöv bir sızqı kardioqramı... - "Sonra gözünün yaşı süzülüb pəncərənin məhəccərini taqqıldada-taqqıldada fikirləşdi..."
Onlar Orda, sadə məntiqlə, Dilin fəlsəfəsinə çıxmışdılar; Sən - Sözə-kəlməyə, dolaşıb-çaşıb... Sonra nə? ...

Geri dön

QADIN EMANSİPASİONU

Teledisput gedirdi və məqam elə hey fırlanıb-gəlib eyni suala dirənirdi; - Hiyə bu gün bizdə bu qədər "qadın cəmiyyətləri yaranır? - tam ciddi, ironik, qınaqla, şən, zarafatla, qəsdən, hiyləylə, hətta əzilib-büzülüb-yarınıb... kişilər sorurdular:- ...Hə? Məsələn, "kişi cəmiyyətləri" yox? Biz məzələnirik, ciddən, qəsdən, hoydu-hoyduya götürüb, ağız-ağıza...-niyə? niyə? niyə? niyə?... Amma yüz ildir cavabın Mirzə Cəlil vermiş. Çün Danabaş istər Xudayar bəy olsun, istərsə də Kərbəlayi Heydər, Xalıqverdi bəy və s. kimi Vətən kişilərinin iradatı və idarəsi altında olan bir yerdir... Sən bunu deyirsən və hər yerdən, hamı təəccüblə-ironik, küt, çoxbilmiş, hiyləgər, çaşqın...-susur: niyə? niyə? niyə? niyə axı? ... Eh dostum, yazıçı fəhminlə Sən, varıb-varıb dərin bir qata dirəndiyini deyirsən; - orda milli varlığımız yatmış üstqabıq qıcıqlardan uzaq, uzaq...- Azərbaycan qadınının dərinində kişilərimizə qarşı dəhşətli bir intiqam qatı gizlənir, - deyirsən,- yox, yox, çadra-örtü-müsəlman qatı, Xandostu, amandı, qoyma gəldi, - deyil bu; arxi-dərin, sadə matriarxat, anaxaqanlıq yaddaşıdır; qurnaz, - Sən onu yenə bilməmisən, bilməmisən, - məqam buldusa, intim, məişət, həmiyyət və cəmiyyətə qədər acığa, üzə durası, hamanca vurasıdır... Fəhmin olsun, dostum, Mirzə Cəlil ömür uzunu, yer qoymadı, bizim bu patriarxatı eləsinə-beləsinə şum-şum şumxaladı, axır gəlib durdu Zəhrabəyim Anamın kitabı önündə,- yenə qıymadı, patriarxıydı axı,- Gülbahar bacımın taleyinə... Hələ Cavid əfəndi, Cəfər Cabbarlı... Sevil, Gülüş, Gülsabah, sabah... sabah... sabah... sabah...
O, Ana, Xatun, Qadın... Bu ad gələndə bilmərrə çaşıb-durursan... Sənin(!) toxunmaz (ana-bacı, qız-gəlin) marağın, mağarın, mağaran... Vur-tut otuz ilin söhbətidir. Eh dostum, deyirdi Tofiq müəllim, Sənə nə var hələ... Sən (Sən ha!) azad dövrün övladısan... Bir az əvvəl, mənim nəslimin payına "yubkanın bircə sant qısalığı"nın söhbəti gedirdi; O bircə santın altında nə dünyalar yatırdı, Allah... Hə... Odur ki, məhz Qadın görkündə, qəfil üzə durdu: - "...mən adamların hamısını başa düşürəm. Bilirəm bu dünyada kimə gərək olan nədir..."-- üstqabıq qıcıqları, budur, otuz ildir qovurcuq verir, hələ də verir... Azad(-ha!) Mən (mən-ha!) -ha-ha, əslində mən otuz ildir dəyərlərin triviallaşması, total dəyərsizləşmə dövrünün övladıyam... Mənəviyyatdan həyatacan... Bu Sənə gün kimi əyandır: - "...ancaq quru adlarını qoruyurlar..." - Çağdaşım İnsan; Çılpaq-çıplaq; - "...həyət yerli-dibli yoxdu, alt mərtəbə də yoxdu, onun ikinci mərtəbəsi göydə qərar tutmuşdu və oradan nəfəs alırdı..." -- həmiyyətə, cəmiyyətəcən... Gəlib-gəlişib yenə patriarx çubuğuyla ram-aram tapan, ilgilənən, ikilənən, ikili standartlar... Oğluma məktublar; Qızlar, sözüm sizədir... - Eh dostum, Sən O günlərdən azadsan, - rəsmi, patriarx qıcıqlar pozası tam ciddi-qəzəbli, aqressiv-ironik, guya qahmar-qınaqlı,-...Qızlar söz istəyir; O Sevdalı günlər, Qış nağılları... Ha-ha... yadında, o xoş uşaqlıq çağlarının nağılları? Həyin (kompleks) mübahisəsin edərdik: bircə Azərbaycan filmi taparsanmı ki, orda öpüş səhnələri ola... - Ekzotik və gözəl, deyilmi? Ax, bu Vətən kişilərinin Süd dişinin ağrısı... Ax, Vətən kişiləri... İctimai çölündə durmadan, intensiv hər sıra, Hər növ, hər adda materializə tapan "Freyd kompleksləri"; İçinə vardıqca gəl, çökən, çəkilən, çəkilən, arxi-dərinlər, mağar-mağara... Yst-baş açıq, başını kolda gizləmiş o bədheybət barədə pritça tanışmı Sənə? Hər küncə, evə, mağara, dəruna və əndəruna düzüb, baş-başa verdiyin O sehirli qutu dil-boğaza qoymur: Onlar orda... Teledisput gedir: niyə? niyə? niyə? niyə?...
Fəhmin olsun, dostum... O qatlar orda necə diri...

Geri dön

HEQƏNİN KİTABI

Amerika (ABŞ) tənqidçisi y.Xassan II Dünya müharibəsindən sonrakı ədəbiyyat materiallarını analiz edərək bu qərara gəlir ki, "...təzadlar və absurd zəmanəmizin immanent əsasını təşkil edir. Bədii əsərdə bunun etirafı mənəvi və estetik tutumlar alır". Fransız romançısı Jan Dyutur 1961-ci ildə qələmə aldığı "Əsrin xəstəliyi" məqaləsində artıq iki on ildən bəri Qərbdə dərc olunan külli miqdar romanın mündəricəsini belə ümumiləşdirir: "Hə barədədir bunlar? O haqda ki, bizi əhatə edən dünya başdan-başa mənasızlıqdan ibarətdir, insan özünü burada atılmış, itkin hiss edir, yalnız o barədə düşünür ki, həyatını necə ehtiyacsız keçirsin, o barədə ki, doğru da, yalan da bir illüziyadır, insanın bütün səyləri əbəsdir, çün qəm-qüssə içərisində yaşadığımız kimi, eləcə də öləsiyik".
yarımçıq kitablar barəsində pritça yadındamı? Kimdir XX əsr İnsanı? Sən dünyaya varalı, Çağdaşım İnsan, Onu eləsinə-beləsinə şum-şum şumxalayıb bu Kitabı yazırsan...
RASİOHAL İHSAHIH İFLASI. XX əsr nəinki universal ağlın qüdrətini, görünməmiş dərinlər və zirvələr fəthini təsbit etdi, eyni zamanda onun gucsüzlüyünü, əlacsızlığını, vara bilmədiyi sahələrin, irə bilmədiyi məqamların olduğunu aşkarladı... Rasio bəşərin birgəyaşayış əzmində, ictimai-siyasi sferalarda hələ mövqeyini saxlasa da, insan həyatının mənasını təşkil edən mənəviyyat, ruh və bunun bilavasitə təzahürü olan fəlsəfə, sənət məsələlərində zəifliyini büruzə verdi, arxa plana çəkilib, önə çıxmış irrasional, irreal prosesləri, bunu uyaran ruh və fəlsəfə gəlişmələrini seyr etməyə vadar oldu...
ABSURD SİTUASİyA. XX əsr İnsanı birdən-birə dayanıb durur və durumuna, İç həqiqətinə varmaq istəyir; o, diferensialdır. Alber Kamüyə görə, "Absurd - insan amalı və dünyanın qeyri-əqli olaraq susması arasındakı toqquşmadan yaranır. İnsan səadət və ağlın bərqərar olmasına can atdığını duyur. Amma ki, hər dəfə dünyanın irrasionallığı (əqlirməzliyi) ilə qarşılaşır". Ekzistensiya, varlıq məqamı daim bu münasibətlər üzərində -- irrasionallıq, İnsanın arzu-nisgili və aralarındakı absurd vəziyyət zəminində davam tapır. İnsan daim ümid edir, ümid etməyə bilmir, bax ki, həm də bunun əbəs olduğunu ( yenə dünya ilə toqquşacağını ) bilərəkdən...
EKZİSTEHSİAL İHSAH. Ətrafda, periferiyada sovet adamları, daha kimlər idi, nə ilə məşğul idilər, işimiz yox; bu zaman real durumu ən doğru olaraq, ekzistensial insan daşıyır təcəssüm etdirirdi: hər hansı ideyanı, illüziyanı, yalanı deyil, varlığını yaşayırdı... Ekzistensial insan kimdir? Dünya görüb-yaşayıb, absurdluğunu İç edən insan; gerçək, yəni absurd dünyaya varıb, yenə də var olan İnsan...
POST-MODERHDƏH XƏBƏRİH VARMI? ...Qərb dünyanın absurdluğu problemini artıq nə vaxtdır çözüb, sosial varlığına etirazlardan hər növ alternativ -- heçlik və əksinə virtual dünyalara qədər gəlmiş, indi Dünyanın diferensiallığını (diferensial Dünyalarda) yaşayır... Dünyanın absurdluğuna dalan ekzistensial insan arxada qalmışdır, amma ekzistensiya problemi hələ gəlir, hər yeni növi-bəşərlə birgə təzədən dirilir, çözülür. Bütün var və uğurlu gəlişi ilə bizdə bu, hissiyyat hüdudlarından uzaq getmədi, elə bu səviyyədə də obrazlaşdı... ESTETİK İHSAH. Bir zaman Söz -- mübarizə meydanının özü idi; Sözə yüksəlmək, enerjisi, estetik-mənəvi varlığına yiyələnmək onu, İnsanı, dünyanı yaradır da, dəyişirdi də... Estetikləşmiş, İdeala tapınmış, Həfəsinə sığınmış İnsan gerçəkləri mühakiməyə çəkir... Bugün sırf estetik havadan yapılmış İnsan obrazı çağdaşımıza bəlkə də qəribə gələ. Amma o illər hətta rejimin, sistemin özü də eyni sxemlə işləyirdi: yubileylər, paradlar, bayram təntənələri... Kim sinəsinə döyə bilər ki, vaxtilə bütün bünları, bu miqyası, bu ölçüləri batırası nələrsə irəli çəkə bilmişdi...
...Hə, burda bağlar qəfil qırılır... Sonra nə? ...Struktur-model -- yapı-"bərpa" işi gəlir... Məşhur K.Levi-Stros deyir: "Əsas prinsip olaraq bunu götürək ki,sosial struktur anlayışı empirik fəaliyyətə deyil, onun nümunəsində qurulmuş modelə aiddir..." ...Dünyada hava özgədir bu dövrdə, varlıq qlobal aşınma qarşısında acizdir; indi biz oxuyub görürük ki, insanın bütövlüyü fərdiyyət şəklində artıq reallaşmır, insanlıq, insanilik keyfiyyətində diferensial olaraq strukturlaşır, alternativ gerçəklərə çıxmaq, onu yaratmaqda təsəlli tapır...

STRUKTURAL İHSAH, MİFO-POETİK İHSAH, MAGİK-MİSTİK İHSAH, FÖVQƏL-TƏSƏVVYR; quru xətt, çizgi, əks, səs...-- VİRTUAL İHSAH... Diferensial, parça-parça İçinin dərinindən elə hey qopub yapıldıqca Sən -- Çağdaşım İnsan; O, kosmik enerji artır, sürətlə artır... Həmənədir... Zamanı ötməyin pritçası yadındamı?..

Geri dön

R.RZA HƏRƏKATI

Rəsul Rza yaradıcılığı, Rəsul Rza irsi eninə-geninə bol, zəngin, sayagəlməzdir; orda, bugün olmadığımız O 70 ilin havasında sıxıla-boğula, itə-qala, gəlişdikcə gəlişir. Gəl ki, 80-ci illərin əvvəllərində -- lap ömrün sonunda yığcam bir beşcildliyini gördük; beş cild: -- şerlər, şerlər, şerlər, şerlər... Son, beşinci cildi aç, bax: -- şairin son ilinin 1980-81-ci illər şerləri var burda; yeni qat, yeni həqiqətlər, əzəlkini əzib-xıncımlayan yeni görk-obrazlar və yenə həmən: -- "Əlini ver əlimə, İnsan oğlu... İnsan övladıyıq biz". O zamandan, yenə, yenə, yenə və yenə, O sıcaq, isti münasibətin tamarzısısan Sən; hələ də, hələ də...
MYBARİZƏ BU GYH DƏ VAR, YARIH DA. Sadəcə İnsan. FİZİO-cismani biçimində, görkəmində. Epos qəhrəmanı gen nəfəs, fövqül-ölçülər istəyir, səmadan-torpaqdan qaldırım, Sözdən qanad alır... Harda kütləvi gəlişmə, hərəkat, təlatüm var, orda epos nəfəsi var... Böyük romantiklər yeni tarixin səhifələrinə O əfsanəvi, fövqül-ölçülü qəhrəmanlardan neçə Adlar yaza bildilər... Sən bu tarixdən ayrı deyilsən... XX yüzil ən yeni qəzəbi ilə yenidən kükrərkən... -- epos nəfəsi Səninçün çox da uzaq deyildi...-- hər nəyə baxmayaraq, Sən zəlil, mağmın ola bilməzdin... Və kürsülərə sinə gərib Sən də Adını yaza bildin bu dastana...
"Mən ilhamı bir dost kimi- imdadıma çağırmışam..." Sadəcə İnsan. İmdad gözləyən İnsan. yox, bu adi müqəyyəd qafiyə axtarışı deyildi: Lenin-Stalin... Partiyamızdır... Azərbaycan, Azərbaycan!.. Epos nəfəsi, epik pafos, zümzümə, gur-gur, dam-da-ra-ram üçün nə fərqi: Adlar gəlib-gedir, biri digərinin yerini tutur; epik həqiqət birdir: nəhəng ölçülər, cəhdlər, addımlar cızır... yox, əlbəttə, qafiyəyə çətin gələn -- Tarixin həqiqəti idi: -- Sən Onu yarı yazı-tale, yaşanmışın, XX əsr deyilən burulğanın girdabından çəkib-çıxarmalı üstəlik birər-birər gözünün önündə gördüyünün görkündə, obrazında arıtlayıb da biçim, görkəm verməliydin Ona... "...mən deyiləm- sən axtardığın adam..." VAXT VAR İKƏH. Sadəcə İnsan. Çağdaşım İnsan. Bir az O yana gedib, Bakının tən ortasında. Hüsü Hacıyev küçəsində, bu torpaqda, bu yerdə, yolda-rizdə, dalanda-bucaqda, ocaq başında, evdə-eşikdə, seyrdə, istirahətdə özünü qəfil durub-düşünür, iç pozası verirkən görər olsan, heç təəccüb qılma, bu Sənsən, hər cür sosial qabıqdan silkinib çıxmış İnsan oğlu, bir zaman cəm-iyyətin özünü tanıya bilməyib barmaq tuşladığı Mücərrəd İnsan... Və O da heç təəccüb deyil ki, bugün Dünyanın harasından desən, Ekzotik dünya həvəsinə gəlib də, əvəzində Səni -- həməsrlərini tapırkən, Çağdaşım İnsan, hamı, hamı heyrətdən barmaq dişləyir... Vur-tut yarımca əsrə Mirzə Ələkbər Sabirin müsəlmanı xürafatını büsbütün töküb Modern-poza verir və əsrə bu növ qənşər durursa, nə söz: "Onun öz dünyası vardı:- qənaətləri, ehkamları,- anlamaları, dəbləriylə,- Mənim öz dünyam..."
R.RZA İHSAHI. Sadəcə İnsan. Adi, trivial; dünənə qədər bərk-bərk bələndiyin pafos içindən sıyrılıb qəfil Ona ürcah: -- "Həyat belədir!- İstəsən gül,- istəsən ağla!- Amma insan olduğunu- yadında saxla!.."- çaşırsan... Sadəcə İnsan. Mücərrəd-assosiativ, İç sıyırımında; geroik taleyindən yenicə qurtulub sovet adamının adi, trivial günlərini yaşayır ikən, budur düşüncə sırası:-- "Mənə bir sərgi salonu verin!- Orda bir insan şəkli asacağam- adi bir insan..."-- qapını, qafanı döyəcləyirsə: "...görünsün dünyanın hər yerindən;- zamanın keçmişindən,- dövranın indisindən,- əsrin gələcəklərindən..." Sadəcə, formal-struktur mahiyyətində İnsan: "Ağ, qara, sarı, yaşıl, qırmızı- Hərəsi bir sınaqla..." ...insan taleyi, ...insan ülfəti... İnsan adına layiq... Anlayan, duyan İnsan. İnsanın bəlalı başı. İnsanların arzularla vüsalı. İnsan baxışı. İnsan qayğısı. İnsan düşüncələri. İnsan əməli. Və s. və s. və s. Sanki irreal, irrasional, a-sosial olduğuna sifarişçi olan Sən bir azdan əsrin sürətinə çarə İçini çəkir, çəkir, çəkir, İçinə çəkilirsən... Dönüb bir havaya baxsana... Assosiativ səslər, formal aqressiv gəlişmə, verbal oyunlar, oyunlar, düyünlər... Prozaik qat. Ystqabıq aşınma. Hər cür təkrar, tavtoloji... Və hər növ gəlmə, gətirilmə, oxşar İnsan... Sa-də-cə İnsan! -- İçinə çəkilirsən Sən...-- "Orda yaşayır- Zamanın süzgəcindən keçmiş- İnsan..." yalançı sosializm humanizmi ağuşunda İnsan...
SOH. O bircə ildə -- Səni büsbütün, bütöv, yenidən tapmaq olur; 70 ilin süzgəcindən yalnız, yalqız çıxmış: bu -- dumduru, göz yaşı kimi; bu -- qatı, gəldikcə cismi yoran, əldən salan, üzən ərp; xılt, xılt, xılt: -- "çox şeyi eləməzdim,- çox şeyi eləyərdim..."-- artıq cism başdan-ayağa İçdən yoğrulu- "çox içində- azad dustaq" İnsan... Hələ də, hələ də...

Geri dön

MƏN, SƏN, O... ONLAR və SİZLƏR SOS-REALİZM ÇEVRƏSİNDƏ

Sən bundan xalisən, bu -- mənim Kitabımdır. Uzun çəkən bir zamanın məngənəsində əvvəlcə sərt, çevik, sürətli; sonra amir, ürəkçəkici, çəkici; sonra sırtıq, höcət, cığal, həyasız, ax necə həyasız, həyasız bu zamanın məngənəsində, diqtəsində, və sonra gedib-gələn nəfəsində elə hey mən Səni itirib-arayır, vallahi beləydi, neyləyim ki, O qurnaz zaman mənə bunu, bu hərfləri yazdırırdı... Budur, vərəqlə bax: -- Sosializm realizmi çevrəsində, -- mən deyir, göstərir, inandırmağa çalışıram: bu -- Sənsən, bu -- Sən Özünsən, tanımadınmı nə fayda, -- uzun, uzun, yorucu, zarıncı Zaman ötür, ötür, ötür... -- tanımaq olmur: bu -- Sənsənmi?..
MƏH, SƏH, O və... Və bir anlığa məngənədən Kənar fərz qılıb mən, Sən, O... Onlar, Sizlər... təzə bir kitab başladıq: yeni... Özgə... Əsrin nəsri... Əlbəttə, yarımçıq... Hər dəfə yenidən... Birisi ƏSRİH HƏSRİydi; bu -- Sənin Kitabındı Sən Onu yaşamışdın, Sən Onu başlamışdın, Sən Onu yazırdın, yazmalıydın... Sən, Çağdaşım İnsan... Sən və O maneəsi; Onun qüdrətiylə, Onların...-- yaza bildinmi ki. Bir diqqət versənə: yenə, yenə hər yanda ilğım, hər yanda şer... Səni -- bu, Sənsənmi? -- hələ də, hələ də biz Şerdən arayır, Şerdən sormuruqmu?.. Birisi -- Sizlərindi: ÖZGƏ VAXT... Siz onu yaşayırdız, Onlardan sonra; bu -- özgə vaxt idi, tamam özgə... Və Siz eləcə Özündən oğurlanıb, acı-acı, hər gün, hər gün taleyinizi köçürürdüz ora -- özgə vaxta... Hə qədər yorucu, üzgün, özgə... Bu, Sənsənmi, Çağdaşım İnsan, Ondan, Onlardan, Sizlərdən, Bizlərdən özgə...
SİRR. Qəfil mən Onu içimdə duydum; duydum və diksindim. Qələmi bərk basmamağa çalışırdım. Mən -- azad(azad-ha!), azad günlərin adamı... Mən Onu adıyla çağırmağa qorxurdum, çəkinirdim... Ha-ha, Tofiq müəllim deyirdi ki, Sənə nə var, sən(mən-ha!) hələ azad günlərin adamısan, Sən Onu yaxından görməmisən, məngənəsində olmamısan, Sən bilmirsən axı sosializm nədir, sos-realizm nədir... Bəs bu nə idi, hardan, necə, nə yolla (girmişdi), İçimdən çıxırdı... Səsim çıxmırdı... Qorxuya qalib gəlmək üçün adını çəkməyə başladım; adıyla, yalnız hər şeyi öz adıyla... Çünki lənətə gəlmiş, adını deməyib, kölgəsini qılınclayanda; dəfələrlə olmuş qurnaz yeni... Özgə... nə var, sivişib, yarımçıq, yenə qayıdıb gəlmiş...-- adıyla, yalnız hər şeyi öz adıyla... Və budur, hamı, hamı qəribə bir heyrətlə baxır mənə, -- Hədən? -- İçindəki qorxudanmı, ya göyündəki qübbədən... yəni... ZAMAHI SAXLAyAHLAR. Yfüqləri çiyinlərində saxlayan Atlantlar barəsində mən uşaq çağlarımda oxumuş, şaşırmışdım... Bugün heyrət etmirəm daha: Onlar dağılıb-getmiş sütunlar əvəzi Onu çiyinlərinə alıb göyümüzə qaldırmışlar. Əhsən! Çevrəsi boyu -- bir, iki, üç... N... -- nə qədər, nə qədər, farağat boy verib; həm ölüb getmiş Kölgələr hesabına birə-beş artıb, vaxtı, Zamanı sanki əbədiyyət olaraq saxlayasıdılar... SOS. Mən Onu adıyla çağırmalıydım, adıyla, qurnaz...

Geri dön

Kollaj
Amerika
Ədəbiyytda ol
Roman jaz
Bir fəsli belə: xarakiri
Mətləbi bir-xarakiri
Xarakiri - yolmudur?
Onlar
Pritçası belə
Karituru (fəlsəfəsi) nə?
Yarımçıq kitablar
Birisi bu: Azərbaycan yeni nəsri
Sizlər
Birisi bu
Sonra nə?
Qadın emansipasionu
Heqənin kitabı
R.Rza hərəkatı
MƏN, SƏN, O...

  Sabotage |   Ero-gigiyenik |   Silentium |   TT grup |   Xəbər Xətti |  Uşaq Avanqardıv |   X-nəsli |   Təzə tərcümə |

© Aciq Cemiyyet Institu Yardim Fondunun desteyi ile