|
SÖZÜN ŞƏFƏQİ VARSA
("SÖZ" və "ŞƏFƏQ" jurnallarının icmalı zəminində bölgə ədəbi həyatının şərhi)
Mərkəzdən mərkəziyyətə Azərbaycan əyalətinin sadəcə bugünlü, dünənli inzibati bölgüləpə deyil, kökü tapixi qədimləpə işləyən pegional zənginliyə söykəndiyi bəllidip. Və elə ki, əli mədəni məpkəzdən (oxu: həm də himayə, qayğı, yolgöstəpicilik, dəstəkdən) üzüldü, yupdumuzun bölgələpi sıpasında Muğandan yol alıb qoca Talış dağlapına sığınan Cənub-şəpq-Lənkəpan zonasının yapadıcılıq qüvvələpi də ilk əvvəl özünə, tapixən gəlişən ədəbi-mədəni ən'ənələpə tapınmalı oldulap. Su gələn quyuya bip də gələp, -- deyibləp, amma yoxdan yox ki, həmincə dünənli-bugünlü təcpübədən, potensialdan; bütöv bip dövpün başa gəlib, yetipə bildiyi ədəbi səpiştə, sima və fəpdliyyətləpdə... 1991-1993-cü illəpdə Masallıda Məmməd Kazımın pedaktopluğu ilə "Qala" qəzeti fəaliyyət göstəpdi; 1991-ci ildən Lənkəpan şəhəpində Azəpbaycan YB Lənkəpan zona şö'bəsinin "Şəfəq" jupnalı Məmmədhüseyn Əliyevin pedaktopluğu ilə nəşpə başladı 1993-cü ilin maptında Şəkər Aslan "Söz" dərgisinin əsasını qoydu... Hiyyət, borc-vəzifə özlüyündə aydın idi: -- bölgədə tarixən yaranmış ədəbi-mədəni enerjini itməyə, dağılmağa qoymamaq, yeni dövr, yeni ab-havada yeni başlanğıclara təpər vermək! Həinki, tez bir zamanda "Qala" eyni missiyada bütünlükdə ölkədə gedən qarışıq ədəbi prosesə nüfuz edə, öz payına, iş görə bildi; "Şəfəq" və "Söz" isə hələ bugün də davam etmədədir...
Xoş fikir, xoş əməl, xoş söz Ötən ədəbi ili "Söz"ün intişarında nəhayət sıçrayışa yoza bilərik. Bura qədər jurnalın ildə iki hesabı ilə vur-tut səkkiz qoşa sayı çıxmışdısa, 1997-də ikisi qoşa olmaqla daha dörd sayı işıq üzü görmüşdür. Eyni zamanda ilk naşiri və redaktoru M.Əliyevin ölümündən sonra "Şəfəq"i yenidən bərpa etmək cəhdləri, deyən, artıq nəticə vermiş, jurnalın 1997-də 1, 2 və 3-4-cü sayları çapdan çıxmışdır. Əlbəttə, məsələ bir kəmiyyətdə deyil, bu bir nəticədir. Görünür, ən'ənənin qorunub-saxlanması, davam tapmasında canlı örnək və yaddaşın rolu əvəzsizmiş. Həm də təkcə müəllim-şagird münasibətlərinin gerçək olaraq gəlişməsində yox (əvvəllər redaktor müavini olmuş Hacıməmməd Quluzadə "Şəfəq"də, Sevda Əlibəyli isə "Söz"də müəllimlərini əvəzləmişlər); ədəbi, ictimai (!) təşkildən tutmuş (xüsusilə ikinci məqamı vurğulayırıq) bədii-estetik qatlara, gələnəklərə qədər... Və əgər hər iki jurnal tapındığı başlanğıc və adlarda hər dəfə israr edirsə, bu cür də bunun arxasında duran ən'ənə, sıra və dəyərlərə həssas olmaq, şərh və qiymət vermək gərəkir.
"Söz"ün tə'sisçisi -- S.Əlibəyli ilə yanaşı, Lənkəran Şəhər İcra hakimiyyətidir. Və bu ağır yükü hələ 1996-dan zərif qadın çiyinlərinə almış Sevda xanım əvvəlcə hətta bunu e'tiraf etməkdən belə çəkinirsə, 1997-ci ilin ilk sayında "Məs'uliyyət və şərəf" adlı məqalədə yazır: "Baş redaktordan!.. Bu rubrika altında ilk dəfədir qeydlərimi yazıram. Unudulmaz Şəkər Aslanın imzasının yerində imzamın getməsinin məs'uliyyətini də, şərəfini də yaxşı dərk edirəm..." Həinki tə'sisçiliyin imkan verdiyi dairədə ideyalarını reallaşdırmağa nail olur, "Söz"ü Lənkəran ədəbi -mədəni mühitinin canlı tribunasına çevirir; eləcə də Ş.Aslan arzularının dolaşdığı əhatələrə baş vurur. İcra başçılarının əyalətdə görəcəyi işlər çoxdur, amma... -- jurnal vurğulayır, -- Masallı şəhər icra hakimiyyəti Ş.Aslanın hələ sağlığında onlara məktubla bildirdiyi arzusuna qahmar durmuşdur və budur, jurnalın 1-2-ci sayı Masallı ədəbi-bədii mühitini bütün çalarları ilə üzə çıxarmağa yönəlir. 3-4-cü say Lənkəran icra başçısı Dilrüba Camalova ilə müsahibə ilə açılır və budur, Lənkəran ədəbi-elmi həyatı rəngarəngliyi ilə qarşımızda durur. 5-ci say Astara rayon icra hakimiyyətinin başçısı İbrahim Quliyevlə rayonun ictimai-mədəni həyatına dair müsahibə ilə açılır, -- bu dəfə "Söz" səyyar qələmini bölgənin cənub guşəsinə tuşlayır. "Sözün işığında" Astarada keçirilmiş oxucular konfransından qeydlər (Gülnar Əsədli) hər iki rayonun ədəbi-mədəni qüvvələri arasına ünsiyyət körpüsü salır. Əhəd Muxtarın "İki fraqment", Əyyub Əhmədzadənin "Atamla bağlı xatirələr", Zərbi Ələsgərovun "Tariximizin Maşxan yaddaşı" oçerkləri, Rafiq Həsənovun "Arxaizmdən neologizmə" miniatürləri, habelə sayın şe'r sovqatı (Hovruz İbadoğlu, Məs'udi Dövran, Mərasim Hacızadə, Seyran Şiriyev, Arif Əliyev, Baba Məcidov, Aqil Yaqub, Tarif Əsgər, Faiq Hafizoğlu, Ziyafət Musaoğlu və b.) diyarın tarixi,
poetik dünəni və bu günündən xəbər verir...
"Söz"ün ictimai-mə'nəvi dajaq və dəstək axtarışlarını məxsusi vurğulajırıq. Kim qınajasıdır, bu gün əgər hər hansı dərgi auditorijasını jaxından hiss etmir və jaratmırsa, mə'nası da ajdın olmur. Həm də bu zaman "Söz" üçün bölgənin ədəbi-mədəni sərhədləri lokal mühitdə qapanmır, bölgədən kənarda jaşajan, başucalığı ilə onu təmsil edən insanlarda davam tapır. Bu mə'nəvi səfərbərlikdə S.Əlibəjlinin publisist qələmi, jurnalist əzmkarlığının nəticələri bariz görünür. Millət vəkili Hadi Rəcəbovla ("Zəhmət onu tez tanıdı"), akademik Mirməmməd Cavadzadə ilə ("Lənkəranlıların sevgi-məhəbbətləri də özlərinə məxsusdur"), şair Hafiz Əlijlə ("...iş otağındakı həmişəki söhbətlərimizdən...") müsahibələr, -- 6-cı sajında jurnalın jolu Bakıdan keçir, -- Hafiz Əlinin 60 illijinə ajrılan səhifələr (şe'rləri ilə janaşı, Azərbajcan Jazıçılar Birlijinin təbriki, V.Jusiflinin "Zaman dəjişir, Hafiz dəjişmir", Əjdər Olun "Jaradıcılıq xejirxahlıqdır" jazıları), şair Əhəd Muxtarın 60 jaşının qejd olunması (şe'rləri ilə janaşı, V.Jusiflinin "Misraların işığında jol gedən şair " oçerki), Zejdulla Ağajevin "Gecə vahiməsi" povesti, Əlisəmid Kürün şe'rlərinə jer verilməsi... -- məhz bunun timsalıdır. Onu da qejd edək ki, bu kontaktlar təkcə təsadüfi səcijjə daşımır, getdikcə daimi əməkdaşlığa çevrilir. V.Jusifli, Ə.Muxtar kimi jazarlarımızın il boju qələmini "Söz"dən əsirgəməməsi buna misal ola bilər.
Ymumən jurnalın sərhədsiz Söz üfüqlərinə can atması təqdirəlajiq, amma hələ zəif dujulan notlardandır. Jurnalın bu və daha sonrakı sajlarında_(materiallardan: Şəhrijardan bir jarpaq, "O tajdan səslər" -- Cavad Hacı Hüsejninin "Qaradağ" şe'ri, Azərbajcan EA-nın müxbir üzvü, Əljar Səfərli ilə müsahibə ("_____________!_)_aqələri nümunəvi səcijjə daşımalıdır"); jurdumuzun ən müxtəlif bölgələrindən gələn poetik sədalar: -- H.Kürdoğlu, M.Hacıjev, H.Həsənzadə, H.Əsgərova, X.Aşxasinin şe'rləri, rə'jləri, təqdimatı İslam Səfərli poezijası barədə (M.Abbasov, "Dünjada nadir incim"), Məmməd Araz şe'ri haqqında (Ş.İskəndərova) "Söz" oxucusunun sözü A.Axmatovadan (tərc.A.Cavad, B.Əlijar), M.J.Lermontov, S.Jesenindən "Jeni tərcümələr", "İngilis epiqramları" (tərc. Samid Axundzadə) və s. və s. kimi ən müxtəlif jazılar məhz bu məqamı qabardır.
Əlbəttə, biz burda "Söz"ün ardınca, estetik-bədii səviyyə və janr baxımından bir-birindən fərqli yazıları yanaşı gətirirkən, jurnalın hər şeydən öncə missiyasına müvafiq -- "müstəqil ədəbi jurnal" kimi, sözün geniş mə'nasında "ədəbi" ünsiyyət yaratmaq yolu ilə bütöv bir mə'nəvi sfera cızdığını, canlı körpülər qurduğunu unutmur, məhz buna diqqət cəlb edirik. Təsadüfi deyil ki, əgər vurğulandığı məqamlara həssas olsaq, "Söz"ü saydan saya daha çox bölgənin hər guşəsinə bələdçi salan sanki bir missioner görərik; son saylarda da belədir: -- poetik xəritədə Lənkəran adı ilə (X.Cavadov, B.Cəlil, H.Müzəffər, X.Murad, Y.Əliyev, Aynur, V.Cavadov, İ.Əmənullayev, Ə.Əliyev, T.Həsənli) yanaşı, Astara (R.Məmməd, D.Məmmədova, İ.Axundov, Şəhlagül. M.Ə.Sahibi, S.Ymid. A.Heydərov və s.), Masallı (T.İlham, Z.Hüseyni, Q.Əlişoğlu), Cəlilabad (M.Alarlı, S.Ə.Məmioğlu), Yardımlı (X.Həzərova) adlarını da neçə-neçə təzəcə imzaları bura çəkib gətirən görərik...
"Şəfəq" - Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona şö'bəsinin orqanıdır və sanki "Söz"ün bir qədər publisist tərzdə həyata keçirdiyini o, daha çox əsaslı ədəbi zəmində gəlişdirməlidir. Buna ilkin cəhdlər də var. Amma bu halda son sözü daha çox subyektiv məqam, təcrübə və səriştə deyir. Yç illik fasilədən sonra ilk sayın hələ ki, poetik toplunu xatırlatdığını vurğulamışıq, haqqında söz açacağımız 3-4-cü say isə həm görkəm, həm də mündəricə baxımından artıq ədəbi dərgidən danışmağa imkan verir. Məhz "ədəbi-bədii jurnal" titulu daşıdığından, burada ən müxtəlif janrlarda ədəbiyyatı təmsil etmək cəhdlərilə rastlaşırıq məhz. Amma necə? -- bunu müəyyənləşdirmək qəsdilə söhbəti sırf ədəbi-tənqidi müstəviyə keçirməzdən əvvəl, daha bir məqamı qeyd edək. "Söz" kimi "Şəfəq"in də yenidən ərsəyə gəlməsində təşəbbüsçülərlə birgə oxucu marağı, "oxucu hərəkatı"nın hər növ dəstəyi şəksizdir. Amma bunun jurnal boyu ucuz reklamı çoxmu vacibdir? Əgər həqiqətən də, dərgi oxucu auditoriyasının canlı ab-havası üzərində gəlirsə, bunu bir qədər sonra -- jurnalın yayımlanması, nəşr və mündəricə keyfiyyətinin yüksəlməsində görəsiyik.
Əyalətdə ədəbi hərakat və hərəkət Bugün Lənkəran ədəbi mühitinin gerçək aynası olan jurnalların canlı tarixi
yaddaş üzərində gəlişdiyini artıq qeyd etdik. Bu, hər şeydən əvvəl yaxın tarixin gələnəkləridir. yarandığı gündən, uzun müddət
Azərbaycan yB Lənkəran zona şö'bəsinə rəhbərlik etmiş Məmmədhüseyn Əliyev təkcə problematikasını doğma diyarın həyatından alan,
kəskin intriqalı belletrist romanları ilə deyil, habelə bölgə yaradıcılıq qüvvələrindən bir qrupunun toplandığı şö'bə və bunun
ətrafındakı dərnəkdə işi ilə özündən sonra müəyyən irs və iz qoya bilmişdir. Əks halda oxucu "Şəfəq"də özünə doğma mühit tapmış
belletristika havasının birdən-birə haradan gəldiyinə heyrətlənməliydi. Hacıməmmədin "roman" deyə saydan saya ədəbi səliqə ilə
uzanıb gedən "Ayrılığ"ı, Həzir Şabanın təfərrüatdan süjetə qədər heybətli müharibə lövhələrini belə soyuq təxəyyül və səbrli
təhkiyəyə düzüb-qoşan "Uçuş"u jurnalın "Həsr" ehtiyatını təmsil edir. "Poeziya" bölməsinin əsl jurnal səxavəti ilə yer ayırdığı
Elşad Səfərlinin, Mirhafiz Bahadırın, Sərraf Talıbın, Xudaverdi Cavadovun problem-sözə köklənmiş şe'rləri, habelə Şahin
Həmidlinin, Şahin Coşqunun lirik notları poeziyamızın geniş publisist havasından nəfəs alırsa da, məhz bu kontekstə gəlir. Qeyd edək
ki, jurnalın təqdim etdiyi yığcam bioqrafik etüdlərdən də göründüyü kimi, müəyyən "çap tarixçəsi"nə malik imzaların məhz bir
jurnal ətrafında cəmləşməsi ümidverici addımdır. Bu sırada poetik iste'dadı ilə məxsusi seçilən, Azərbaycan yB-nin üzvü Balayar
Sadiq jurnalda "Başdaşı" dastançası ilə çıxış edir; lakin ən yüksək imitasiya səviyyəsini nümayiş etdirsə də, oxucu istər əsərin
mündəricəsi-pafosunda, istərsə də obraz strukturunda R.Rövşən şe'rinin, ələlxüsus "Qapı" silsiləsinin aşkar eyniyyətini tuta
bilir. Digər bir imza Bəxtiyar Əliyarın "Söz"ün 6-cı sayında, habelə burada tanış olduğumuz həqiqətən də "Pritça" əsaslı
müşahidələri onun yazılarını jurnalın ümumi materiallapından fəpqləndipip.
Lənkəran ədəbi mühitində daha qədim bir poetik ən'ənə "Fövcül-füsəha"dan gəlir; sovet dövründə yaddaşın alt qatına, habelə folklora,
şifahi sferaya çəkilsə də, 80-ci illərin sonu -- 90-cı illərin əvvəllərində müstəqillik havasının qanadlarında tezliklə dövriyyəyə
qayıtdı hətta qocaman maarifçi Mirhaşım Talışlının rəhbərliyi ilə "Fövcül-füsəha" yenidən bərpa olundu, "Şəm" adlı bülleten
çıxarmağa başladı, bölgənin ədəbi gedişatında yeni bir hava yaratdı. Hər iki dərgidə bunun müəyyən izlərini görürük. "Söz"ün
6-cı sayında Mirhaşım Müsafir, Hacı Mirsalam Müasirin şe'rləri, "Şəfəq"də Hadir Müzəffərin qəzəlləri, Oqtay Zəkanın
hissə-hissə dərc olunan "yeddi aləm" -- əruzda gəzişməsi bu ən'ənəni yaşatmaq sə'yini ifadə edir.
Və əgər "Şəfəq"də daha çox bölgənin ədəbi-bədii stixiyasını əks etdirən enerji gəlişirsə, "Söz"ün elmi-bədii qüvvələrə, intellekt
başlanğıcına üstünlük verdiyi qabarıq nəzərə çarpır. Mirhaşım Talışlının "Əxbarnamə" və onun müəllifi", yədulla Ağazadənin
tanınmış maarifçi, folklorşünas T.B.Bayraməlibəyovun həyat yolunu əks etdirən "Qəhrəmanlığa bərabər ziyalılıq", gənc ikən
dünyasını dəyişmiş iste'dad Gülməmməd Məmmədzadənin Talış xanlarının tarixinə ekskurs edən "Əmirlər haqqında bir neçə söz"
məqalələri, Ağamir Cavadın şair Məs'udi Dövranla "Belə dünyadı bu dünya" adlı yaradıcılıq söhbəti həm də jurnalın daimi
müəlliflər kollektivinə diqqət cəlb edir. Bununla belə, artıq qeyd olunduğu kimi, "Söz"ün poetik örnək bildiyi ardıcıl bir
xətt-hərəkəti də gerçəkdir. Təkcə hər sayda "Şairin arxivindən" tükənmək bilməyən poetik nümunələri, Şəkər Aslan haqqında
xatirələr, anılar deyil, Ş.Aslanın, şe'rləri və canlı ünsiyyəti ilə ətrafında yarada bildiyi özünəxas mühit də bu havanın
qorunub-saxlanmasına zəmin verir...
Həhayət, daha bir ən'ənə qatı, əsası əsrimizin 20-30-cu illərində qoyulmuş talışdilli ədəbiyyatın intişarı günümüzün
gerçəkliyidir. "Söz" 5-ci sayında bu ədəbiyyatın yaradıcılarından biri, repressiya qurbanı Zülfüqar
Əhmədzadənin Azərbaycan dilində yazdığı "Arktika dastanı"ndan bir parçanı və A.S.Puşkinin "Payız" şe'rinin talışcaya
tərcüməsini verir, bu ən'ənə -- eyni zamanda hər iki dildə şe'r yazmaq təcrübəsi müstəqillik dövründən başlayaraq, yenidən
rəvac tapmışdır. Buradaca bir müşahidəmizi bölüşmək istərdik; talış dilində yazılı ədəbiyyatın yaranmasında zəngin talış
folkloru ilə bahəm minillik Azərbaycan şe'ri də iştirak edir. Bunu təkcə hər iki dildə yazmaq gələnəklərinin israrla davam
etməsində deyil, vəzncə də, janrca da, poetik və obraz strukturuna görə də talış şe'rinin məhz Azərbaycan türk şe'rinin davamı
kimi gəlişməsində həm görürük. Bu şe'rin çağdaş nümayəndələrindən Əhəd Muxtar, Tofiq İlham, habelə Aqil yaqub, Hatiq Babayev,
Rafiq Muradov ("Söz"), Hüccətulla, Həriman Tolışi, Mustafa Mustafazadə ("Şəfəq") və b.-dan nümunələr dərc etməklə hər iki jurnal
həmin gələnəklərin bugün də yaşadığını təsbit edir.
Bircə onu qeyd etmək qalır ki, haşiyələr -- hər iki dərginin "Kitab rəfi", təqdim etdiyi "yeni kitablar" və bunun resenzəsi,
yumor və miniatürlər, təbrik və "vida sözü" bölgədə gedən gerçək ədəbi prosesin əhatəsi, kontekstinə ştrixlər əlavə edir. Hər
iki jurnalın vizual görkəmi, rəsmlərlə çizgilənməsinə rəssam Adil Əsədlinin fəaliyyəti işıq salır. Və son
olaraq...
Yığcam bir sonluq İcmalını verdiyimiz dərgilərin timsalında ədəbi əyalətin konkret mənzərəsini təsəvvürə gətirməyə
çalışdıq. Amma axı ədəbiyyatın, sənətin əyaləti olmur. Məgər ki, o özü lokal proseslərə uymaya, qapılmaya; üfüqlərdən-üfüqlərə
adlaya-adlaya böyük ədəbiyyatın ənginliyinə çıxa.
Ə.Tehran
Aprel, 1998.
BƏDİİ TƏRCÜMƏ
Bölgənin məxsusən gənc yazarlarının dünya poeziyasından çevirmələrə marağının əsasında nə durur? Güman ki, dünyanı duymaq və ona(dünyaya) açılmaq ehtirası, əzmi. Çevirdikləri şairlərin ruhunu tutmaq, şerlərin ritmi və nəfəsini milli dilin poetik imkanları zəminində çatdırmaq cəhdləri bu çalışmaların tərcümə sənətində heç zaman köhnəlməyən TƏZƏLİK ənənəsini qoruyub-davam etdirir.
|
|
AĞAMİR CAVAD
(Anna Axmatovadan tərcümələr)
Ayrılıq bizçün nədir? -
yaman, bəd bir əyləncə,
Bəlalar da sevməyir bizsiz keçən dəmləri.
Bəlkə şöhrət evində sərxoş yatım eləcə,
On üçü göstərirmi saatın rəqəmləri?
Unudulubmu yoxsa, vurulubmu ya... Bərk-bərk
Döyən kimdi qapını? Tanıdım səs salanı
Budur indi gərək mən geriyə çevrilərək,
Qarşılayım qapıda yeni gələn bəlanı.
***
Gözü yaşlı payız, paltarı qara
Dul qadın tək qəlbə gətirir duman,
Ərinin sözlərin xatırlayaraq
Hönkürür, ağlayır elə durmadan.
Belə də olacaq, sakitcə yağan
Qar altda qalmasa
yorğunluq, kədər...
Şadlığı unutma, dərdi unutma, -
Az deyil ömrünü verməyin qədər.
***
Səsim zəifləsə də, iradəm zəifləməz,
Sevgisiz daha yüngül, daha rahatdır yerim.
Əsir dağlar küləyi, göylər uca, müqəddəs,
Eləcə qüsursuzdu fikrim, düşüncələrim.
yuxusuzluq. Onunla uçub gedəndən bəri,
Boz kül altda qor kimi sıxılmıram hər aha.
Qüllədəki saatın maili əqrəbləri,
Mənə ölüm oxunu xatırlatmayır daha.
Keçmiş hökmün itirir ürəyimdə, gör barı,
Hər şeyi əfv edirəm, qurtuluşsa yaxında...
Göz qoyuram, necə ki, günəşin şüaları
Oynayır ilk baharın şehli sarmaşığında.
***
Bir təhər gəlib çıxdı bu ayrılıq, bu hicran,
Söndü usandırıcı eşq odu, şükr Allaha.
Ey əbədi düşmənim, vaxtdır kimisə siz də
Həqiqətən sevməyi öyrənməlisiz daha.
Mənsə azadam, hər şey əyləncədir mənimçün,
hər gecə ovundurur məni ilham pərisi.
Səhərsə sözlər axır oyuncaq tək, elə bil
Qulağımın dibindən gəlir oyuncaq səsi.
Hə dəyməz məndən ötrü dua-səna etməyə,
Hə də gedərkən dönüb arxaya çevrilmək.
Mənə şadlıq gətirir indi qızılı xəzan,
Məni sakitləşdirir əsən qara yel, külək.
Töhfə tək qəbulumdur bu ayrılıq, bu hicran,
Səninçün unudulmağım olubdur səadətim.
Amma mənə söylə bir görüm xaç əzabına
Başqasın göndərməyə çatarmı cəsarətin?
***
Əzmə məktubumu, əzmə, əzizim,
Onu axıracan oxu sən bir an.
Biganə olmağın məni bezdirib,
Bezmişəm səninçün yad olmağımdan.
yığıb üz-gözünü baxma qəzəblə,
Mən ki, sevilənəm, səninəm, inan.
Hə çoban qızıyam, nə şah arvadı,
Hə də ki, sən məni bir rahibə san.
Mənəm bu gündəlik boz paltarımda,
Tapdanmış dabanlar üstə dolanan...
Amma əvvəlkidir o odlu qucaq,
O iri gözlərdə qorxu, həyəcan...
Əzmə məktubumu, əzmə, əzizim,
Bu əziz yalanın batma yasına.
Oxu məktubumu, sonra da gizlə,
O kasıb, köhnəlmiş yol çantasına.
***
İstəyirsənsə, çıx get,
Yrək ürəyə yaddır.
Səadətlə üzləşər
Kim yolunda azaddır.
Ağlayıb sızlamıram,
Xoşbəxt olmadım əl çək,
Öpmə yorğun canımı,
Ölüm gəlib öpəcək.
Günlər yaşandı ağır,
Bəyaz qış ilə dən-dən.
Həyin yaxşıdır axı,
Seçib bəyəndiyimdən.
***
BƏXTİYAR ƏLİYAR
(Anna Axmatovadan tərcümələr)
Qorxuram qaranlıqda əlim axtarır nəsə,
Birdən ay işığında parlayır iti balta,
Divarın arxasından gəlir tappıltı səsi -
Siçovulmu, oğrumu, yoxsa kabusmu orda?
Havasız dar mətbəxdə səpələyir suyu o,
Laxlayan döşəmədə taxtaları sayır o,
Qara, parlaq saqqalı bürünüb qaranlığa
Çardaq pəncərəsindən görünür bir anlığa.
Hecə qəddardır, necə cəlddir, tələsib
Gizlətdi kibritləri, üfürdü şamları da
Ah bundansa tüfəngin parıldayan lüləsi
Düz sinəmə tuşlanıb qoysun ömrü yarıda.
Ah, bundansa bir yaşıl meydanda rəngi solmuş
Edam taxtı üstündə çəkinmədən uzanım
Fəryad səsi və heyrət nidaları altında
Son damlasına qədər axıb getsin al qanım.
Yrəyimə sıxaraq xaçı pıçıldayıram:
"İlahi, qaytar mənə qəlbimin dincliyini!"
Və sərin mələfədən məftunluqla duyuram
Gələn bihuşedici, xoş rütubət iyini.
|
|
|