Mart

XƏBƏR XƏTTİ

MART

Mükafatı 25000 dollar oldu

Ədəbiyyatla varlanmaq olarmı? Son illər bizdə bu sual tez-tez təkrar olunur. Ötən sovet dövrünün "maşın, mənzil, səyahət, pul, mükafat ədəbiyyatı" yanında "azad ədəbiyyat"ın bugünkü acı durumu çoxlarında dekadans(düşkünlük) əhvalı doğurur. Amma neçə il öncə eyni ovqat keçirən Rusiyada bugün artıq acı nostaljilərlə yaşamırlar. Hecə? Sadəcə, burda artıq ədəbiyyatla varlanırlar. Hələ dünənə qədər açıq-saçıq, erotik şerlər yazmaqda ittiham olunan Vera Pavlova nüfuzlu tənqidçilərin rəyi ilə 25000 dollar həcmində Apollon Qriqoryev mükafatına layiq görüldü. Həm də "parlaq fərdiyyətinə, poeziyanın ifadə imkanlarını genişləndirdiyinə, şerinin həyatı təsdiqedici ruhuna görə". Maraqlıdır ki, Azərbaycan oxucusu Vera Pavlovanın şerləri ilə hələ rus münsiflərinin onu layiqincə dəyərləndirməsindən öncə tanış ola bilmişdir. Ötən il "Press-fakt" qəzeti alternativ sənət axtarışlarında şairin poeziyasından örnəkləri Mehparə Kərimlinin çevirməsində oxucularına təqdim etmişdir. Zövqümüz, duyumumuz var, axtarsaq, buna cavab verəsi milli sənət təzahürləri də tapmaq olar. Amma bu, varlanmağa bəs elərmi?

TÜRK DÜNYASININ İNGİLİSCƏSİ ANADOLU TÜKCƏSİ OLSUN
("Hürriyyət", 25 fevral 2001)

I Türk dünyası çağdaş ədəbiyyat günləri Türk dünyasının ünlü ədəbiyyatçılarını bir araya gətirdi. Cəmal Rəşid Rey Konsert salonunda dünən başlayan və bu gün sona çatacaq məclisdə Türk dünyasının ortaq dilinin Anadolu türkcəsi olması önə çıxdı.
İstanbul Bələdiyyəsi kültür işləri dairəsinin düzənlədiyi I Türk dünyası çağdaş ədəbiyyat günlərində Türk cümhuriyyətlərinin ünlü yazar və dilçiləri bir araya gəldi. Cəmal Rəşid Rey Konsert salonunda bu gün də sürəcək olan toplantılarda Türk cümhuriyyətləri arasında əlaqələr saxlanması və qarşılıqlı olaraq ədəbiyyatların tanınması üçün nələr edilə biləcəyindən söhbət getdi.
Müzakirələrin əsas mövzusu ortaq bir dil yaradılması ya da işlədilməsi və ortaq bir akademiyanın qurulmasıydı. Dünən keçirilən ilk toplantının ardınca ölkəmizdə tanınan və kitabları yayımlanan iki qonaq yazar qırğız Çingiz Aytmatov ilə Azərbaycanlı Anar və toplantılara Türkiyədən qatılan Atol Bəhramoğlu, Mehmet H. Doğan, Özdəmir İncə və Çingiz Bektaş ilə söhbət etdik.
İstər söhbətləşdiyimiz yazarların, istərsə də toplantılara qatılanların ortaq fikri Türkiyə türkcəsinin ingiliscədə olduğu kimi Türk dünyasının ünsiyyət dili olmasıydı. Bütün yazar və araşdırıcılar müəyyən fərqli statuslarla da olsa, bir ortaq kültür qurumuna tərəf çıxdılar.
Bütün çağdaş türk yazarları gəlişmədən məmnundular.

Anar:
"KİTAB DÜYASI DA CANLANACAQ"

"Türk xalqları arasında pletimim-ünsiyyət dili Türkiyə türkcəsi olmalıdır. Bir ortaq dil yaradılması imkansızdır. Türkiyə türkcəsinin digər dilləri etkilədiyi kimi onlardan da etkilənəcəkdir. Digər dillər də onu etgiləyəcəkdir. Siz "anahatar" deyirsiz, biz isə "açar". Kimlə danışıramsa "açarı" bəyənir, amma yenə də "anahtar" deyir. İstanbulda hər dildən bir ədəbiyyatı təmsilçisinin yer alacağı 10-15 üyənin bulunacağı bir mərkəzdə etkilikləri planlaşdırmalı və hökumətlərə məsləhətlər verməlidir. Bir-birimizin yazarlarını tanıyacağıq, kitab bazarları inkişaf edəcək. Mütləq bir ortaq kitab yarmarkası düzənlənməli və hər ölkədə göstərilməlidir. Bunlar özəliklə televiziyada və mətbuatda təbliğ olunmalıdır".

Çingiz Aytmatov:
"ANADOLU TÜKCƏSİ ÜNSİYYƏT DİLİ OLMALI"

"Burada birlikdə olmağımız anlayanlar üçün çox önəmli bir hadisədir. Doğru yoldayıq. Türk dillərini birləşdirib bir sintez halına salmaq mümkün deyil. Amma Avropa və dünyada ingiliscənin işlənməsi kimi bir ortaq dil işlənilə bilər. Türkiyə türkcəsini hamımız bir ortaq ünsiyyət dili olaraq işlədə bilərik. Bunun üçün bir akademiya lazımdır. Ancaq yetərli deyil. Bütün dövlətlər, dillər arasında yaxınlaşmanı sazlamaq üçün universitetlər qurulmalı, radio və televiziyalarda proqramlar düzənlənməlidir".

"Ədəbiyyat qəzeti"ndən(8 mart 2001-ci il)

ƏYALƏTDƏN SORAQ

Cənub bölgəmizin mədəni mərkəzi sayılan Lənkəran şəhəri ölkədə gedən ədəbi-mədəni prosesləri özümlü şəkildə yaşayır. Ağır maddi şərait, güzəran çətinliyinə baxmayaraq, ötən dövrdən qalma mədəniyyət strukturları - musiqi və rəssamlıq məktəbləri, Universitet və pedoqoji məktəblər, Yazıçılar Birliyinin bölməsi, təhsil və kitabxana sistemi, muzey və sərgi salonu və s. qorunmaqla yanaşı, həbelə TƏZƏLİK, yeniləşmə havası, yeni təzahürlərə də rast gəlinir. Əlbəttə, ilk növbədə maraqlı insanlar, sənətinə, işinə bağlı təşəbbüskarlar hesabına. Özümlü qrafika və boyakarlıq işləri ilə tanınmış rəssam ADİL ƏSƏDLİ rəhbərlik etdiyi, rəngarəng təsviri və tətbiqi sənət nümunələri ilə bəzənmiş LƏHKƏRAH UŞAQ RƏSSAMLIQ MƏKTƏBİHİ buna timsal göstərir. Rayon İcra hakimiyyəti Mədəniyyət, Səhiyyə, Təhsil şöbəsinin müdiri čacıbala Əbilov həvəskar şair Ziyafət Əkbərovun yaratdığı
"ZİYA" UŞAQ ƏDƏBİ MƏCLİSİ ilə tanış olmağı məsləhət görür. Bütövlükdə bölgədə daha nə təzəliklər müşahidə olunur, - bu barədə jurnalımızın BÖLGƏLƏR səhifəsindən informasiya almaq olar. Bununla belə, qeyd etmək gərəkir ki, əyalətdə sərbəst düşüncə, azad, yaradıcı fəaliyyət, açıq cəmiyyətə doğru inkişafın qarşısında duran ən böyük bəla - əyalətçilik təfəkkürü hesab olunmalıdır. Bu özünü dayanıb hardansa mərkəzlərdən yardım gözləmək; sənətdə özünəqapanma; uzaq perspektivlərə inamsızlıq; mərkəzə nisbətdə ikincilik, sonrakı yerlərə qane olma və s. kimi müxtəlif təzahürlərdə göstərir. Ətalət psixologiyası həm də ondan möhkəmlənir ki, mərkəzin hər hansı müdaxiləsi gəldi-gedər, keçəri maraq kimi anlaşır, qiymətləndirilir. Daxili təkana kəskin zərurət var.

Mədəniyyət problemləri diqqət mərkəzində

Fevralın 26-sı və 27-də Açıq Cəmiyyət İnstitutu (Soros fondu) "Mədəniyyət və yerli regional inkişaf" mövzusunda iki günlük seminar keçirdi. Xaricdən dəvətlilərin -- "Rotterdam festivalı" təşkilatının rəhbəri yoxan Murmanın və İsveçdən gəlmiş mədəniyyət siyasəti üzrə mütəxəssis Sven Hilsonun iştirakı ilə keçən tədbirin əsas məqsədi Avropa Şurasının üzvü olmuş Azərbaycan dövlətinin mədəniyyət siyasəti sahəsində qabaqcıl dövlətlərin təcrübəsi ilə bölüşmək, hazırkı şəraitdə yerlərdə mədəniyyəti inkişaf etdirməyin forma və üsulları, mövcud imkanlarını araşdırmaq idi. Bu barədə seminarı açaraq, fondun humanitar məsələlər üzrə rəhbəri Cahangir Səlimxanoğlu geniş məlumat verdi. Mədəniyyət sahəsində çalışan dövlət və qeyri-dövlət təşkilatlarının bir çoxunun nümayəndələrinin qatıldığı tədbirdə xarici mütəxəssislərin mühazirəsi dinlənildi, fikir mübadiləsi aparıldı, Avropada və Azərbaycanda uzun əsrlər və sonuncu yüzil ərzində əldə olunmuş təcrübə dəyirmi masanın müzakirə predmeti oldu, gündəmə və perspektiv fəaliyyətə dair qənaətlər ümumiləşdirildi. Milli kitabxananın direktoru L.Qafurova, Mədəniyyət Hazirliyi mədəniyyət siyasəti şöbəsinin müdiri H.Axundova, "Tutu" uşaq mədəniyyət mərkəzinin nümayəndəsi R.Bədəlov, Dövlət Filmfondunun sədri A.Salayev, BDU kitabxanaçılıq fakültəsinin dekan müavini Z.Baxşəliyev, "Ədəbiyyat qəzeti"nin redaktor müavini T.Əlişanoğlu, "Ekosfera" sosial-ekoloji mərkəzinin nümayəndəsi F.Sultanzadə və b.-nın fəal iştirakı ilə keçən tədbir jurnalistlərin ciddi marağıyla sonuclanan mətbuat konfransı ilə başa çatdı.

FEVRAL
MART
APREL
May
Interview

  Sabotage |   Ero-gigiyenik |   Silentium |   TT grup |   Xəbər Xətti |  Uşaq Avanqardıv |   X-nəsli |   Təzə tərcümə |

© Aciq Cemiyyet Institu Yardim Fondunun desteyi ile