ATÜSTÜLƏR
Bir əldə yağlı əppəyə,
bir əldə siqaretə,
bir əldə çırağa döndüm...
Mən ölmədim, ... tükəndim.
***
Ana ölən uşağını
ağlayantək
Sınan oyuncağını
ağlayır uşaq...
***
Dünyada az tanıyırlar
Bizim xalqı...
Yrəyinin genişliyində
əriyib adının ucalığı.
***
Yrəyi sərnişin qatarı -
biri minir,
biri düşür...
Dostlarını dəyişəndə,
elə bil
mələfə dəyişir...
***
Məni aldatdı,
səni aldatdı...
yetəni aldatdı -
yalanından əl çəkmədi.
Zalım oğlu axırda
torpağı da aldatdı:
şumladı... əkmədi.
***
Qadın ki, yediyini yedi
yatdığını yatdı...
Sonra da, baş-gözünü tutdu
əri evə gəlcək...
Əri ondan qabaq öləcək!
***
Ystündə bir siqaret kötüyü varsa,
bu yoldan
bir yox, ... iki nadan keçib -
Biri çəkib yerə atıb,
biri biganə-biganə yanından keçib.
***
Gözlərin yaşnan dolu,
...ətəyin daşnan dolu...
Ağlama atam oğlu, gülməyim gəlir.
***
Dəmir tapanda,
kömür çatmadı.
Kömür tapanda,
dəmir çatmadı...
Dəmir də tapdı,
kömür də tapdı...
Ömür çatmadı.
***
Uzalı əl, ... uzaq ətək,
Ha dua yağsın dilindən
Dünya qayabalığıtək
Sürüşdü mərdin əlindən...
***
Bu torpağı nə oxşadım,
nə öpdüm...
Bir ovuc dən səpdim.
***
İlahi, bu nə sirdir:
tora düşən balıq,
əlçim-əlçim bölünən balıq,
tavada bişən balıq
...yuxusunda okean görürdü.
***
Şıdırğı yağan yağış da
Sinələrdə bu yanğını
soyuda bilmədi.
- Evə nə gec qayıtdın, ata!
- Biri heç qayıda bilmədi...
***
Baxır
xəstəxana pəncərəsindən:
"Dünya bir pəncərədir"...
***
Qurşanırlar
kişilərin nə düşür beyinlərinə -
əkinə gedirlər,
biçinə gedirlər...
davaya gedirlər
tüfənglərini aşırıb
çiyinlərinə...
Çiyinlərinə
ərlərinin köhnə pencəyini atıb,
darvaza ağzında qadınlar ağlayır...
Kişiləri Allah saxlamır ki!
Qadınların göz yaşı saxlayır...
***
Əzizim bu torpağı
Hə oxşadım, nə öpdüm...
Bircə ovuc dən səpdim -
hey oxşadım, hey öpdüm...
***
Gözləri
bir cüt buz salxımıdı
qaşlarının altında.
Özü qənşərimizdədi,
ürəyi uzaq ulduzlar kimi
göyün yeddinci qatında.
Adı od oğludu,
bir zərrə odu yoxdu.
O kürkü bəri ver görüm,
soyuqdu...
***
Qitələrarası raketlər
bezdirib dünyanı...
Arvadlararası qeybətlər
Bezdirib anamı...
Barmaqrası münasibətlər
bezdirib məni...
***
Qala yanında qalacıq,
Qalacıq yanında qala...
O qalsa, biz qalacağıq.
Qala, təki vətən qala...
***
Kəndimizə gəlin gəldi,
rübəndi -
SALAMIH şerinin
dördüncü bəndi...
***
Tanrı şahmat oynayır -
Ən zəif fiquru
yağışa düşən qəribdir...
***
Hə birinin yanır oduna,
Hə birini qarsalayır odu...
Evinin içində
...Robinzon Kruzodu.
***
Ucalıban,
alplıq, bəylik qazanmadım -
ad-sanımdan biləsən.
Hamərd yağılara
gor qazammadım,-
inadımdan biləsən...
Bərk yatmağımdan bilərsən,
Mən sənin nəvənəm, Qazan!