|
XƏBƏR XƏTTİ
Mayın 5 - 15-i arası Lənkəran Uşaq rəssamlıq məktəbi ölkəmizdəki Fransız səfirliyi ilə birgə Lənkəran Dövlət Dram teatrının foyesində XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış modernist rəssamların işlərindən ibarət sərgi təşkil etmişdir. Matissin, Şaqalın, Modilyaninin və b. rəssamların 20-yə yaxın qrafika, rəngkarlıq, kitab qrafikası və s. janrlarda əsərləri sərgidə nümayiş etdirilmişdir. Məqsəd -- kubizm, romantizm, sürrealizm üslublarında əsərlərlə ilk dəfə qarşılaşan yerli kütləvi tamaşaçı arasında sənət maarifçiliyi missiyası olmuşdur.
Maraqlıdır ki, Lənkəran rəssamlıq məktəbinin peşəkarları arasında modern sənətin intişarı səviyyəsi qonaqların diqqətini ºəlb etmiş, fransız səfirliyinin nümayəndələri Lənkəranın gənº rəssamlarının sərgisini Fransada təşkil etmək təklifi ilə çıxış etmişlər.
A.Ə.
Lənkəran
|
|
|