|
SƏRBƏST TƏRCÜMƏLƏR BU BİR BAŞQA MÖCÜZƏ"
O - hər yerdə eyni, hər yerdə ayrıdır. Eyni qədər yaxın, eyni qədər özgədir.
O - üstündə durduğumuz torpaq, içdiyimiz su, aldığımız hava; yaşadığımız Dünyadır. Harda necədirsə, eləcədir.
O - Dilin bir parçası, gerçəyi; həm qəlbimizin Dilidir.
Təqdim etdiyim şer dünyası ixtiyari olduğu qədər də seçimlidir; Çağdaşlığı və Dili təmsil edir. Çağdaş dünyanın hər yerində O, bu Dildə danışır, bu Dildə söylənir...
O - Poeziya...
DESMOND İQAN(1936) - çağdaş irland şerinin ən parlaq nümajəndələrindən biri.
|
|
ATAM ÜÇÜH ŞERLƏR silsiləsindən
Şəklə baxıram
atam əynində qısaqol köynək
dirriyin yanından dayanıb
elə öldürücü bir yay günüdü ki
heç kəsin poz verməyə könlü yox
ən çoxu da zəncirotuların
Anam əlində sarı
qızılgüllər tutan
Keytə nəsə deyir
Çəpərimiz gur gül kolundandı
Biz sonradan onu qısaltdıq
Çox mənzərəlidi
Gəlincik Günəşin
şüaları altında uyuyur
artıq əbədi
Mənə elə gəlir ki,
xörək ətri duyuram
Masa və açılıb-yığılan
stullar görürəm
fotoaparatımın görünüş arayıcısında
Mehin qamarladığı
qırmızı salfetkalar
o sabah intensiv terapiya zamanı
aprel Günəşinin şüaları
qonşuluqdakı iki boş
xəstəxana çarpayısının
bəyazlığını artırdı
Biz mənim uşaqlığımı
yadımıza salırdıq
və atam birdən ağladı
enli çiyinləri titrədi
sözsüz hönkürtüdən
bu ona heç bənzəmirdi -
o qədər inanılmazdı ki
elə bil qara rəngdə qan görürsən
səhər saat 4.30-da
o dünyasını dəyişdi
Ata...
Onda olduğu kimi bu gün
bu küləkli-yağmurlu
avqust günündə
əllərimlə səni
örtmək istəyirəm
Özünün qalxanı
olmayan mən
əslində mənə
çox şey lazım deyil
meşənin şəkli düşən
gölün kənarında
daş ev (axı orda meşə olmalıdı!)
və əlbəttə ki onunla
quşların əhatəsində
dinc yaşya biləcəyim
bir kimsə (başqalarına bənzəməyən)
Səncə bu azdı dostum?
Amma belə həyat
hər kəsə verilmir
Hətta quşlara da
|
SİLVİYA MOSS - Amerika Birləşmiş Ştatları Hyu-Yorkda doğulmuş, valideyni Rusiya əsillidir.
(UZAQLAŞAN ŞƏHƏRLƏR kitabından) |
|
1913
Gördüyün hər meşə səni
o ilk meşəni anmağa vadar edir:
Tülkünün dolanbac ayaq izlərini,
uzaqdan eşidilən kilsə zəngini
və donmuş dodaqlardan uçuşan
bəyaz buxar dairəciklərini
Anan əlindən tutub dartır
dayanmağa qoymadan
***
Tanımadığın bir oğlan
neyçünsə səni arayır sənin evində
kiminsə barmaqları ananın donuna toxunur,
döşəyi parçalayır
ayaqların taxta döşəməyə yapışır
Şam ağacları - hərəsi bir əsgər
sən yalnız onları görürsən |
LES MERREY(1938) - Avstraliyada doğulmuş, ingilisdilli çağdaş poeziyanın məşhurlarındandır.
(İT, TÜLKÜ, ÇÖL kitabından)
Ağıldankəmlik testi üzrə uşaqlar bu sözlərdən cümlə qurmalı idilər: İT TÜLKÜ ÇÖL
(Hyurinberq prosesinin materiallarından) |
|
Onlar aparmırdı, onları gətiriblər
Zülmətə. İT TÜLKÜ ÇÖL:
Anna çiyinlərin çəkdi, Paul
böyük oğlandı, amma gülür
İrma çinli bənizli, Hans isə
öz dünyasına bələddi,
çöldə tülkü kimi
İynəynən, soyuqnan, aclıqnan
onları qovurdular
sonra heyvan kimi damğalıyırdılar
Ona görə ki uşaqlar
verilən tapşırığı anlamadılar
Çölə əvvəlcə qurbanı,
ardınca ovçunu buraxa bilmədilər
Onlar üstüörtülü maşınlarda titriyirdilər
onları aparırdılar.
İT TÜLKÜ ÇÖL
Xolokost davam edir. Uşaqların
xəbərdarlığı: İT TÜLKÜ ÇÖL |
|
ROBERT XASS(1941) - çağdaş lauerat ABŞ şairlərindəndir.
|
|
SƏADƏT
Ona görə ki, dünən səhər
yağışdan tərləmiş şüşədən
iki qızıl tülkü gördük, sular qaşında
gecə yerə tökülən almaları yeyirdilər
(birdən bizə baxdılar, uzun-uzadı,
yam-yaşıl gözləri ilə -
elə uzun baxışdıq ki, birdən anladım
budur - özgə həyatının möcüzəsi -
almaların yanına qayıtdılar)
və ona görə ki, bugün səhər
o qadın eyvana çıxdı, əlində qələm
və etüd dəftəri
hər dəfə ondan qaçmağa nail olanları
tutmaq ümidi ilə
mənsə sükan arxasına əyləşir
və şəhərə yollanıram
kafedə çay içməyə, bəzi qeydlər
cızmağa cib dəftərçəmə,
körfəz üzərində duman öləzidi
arxasında bir iz qoyub,
ötən qış bizim payızlıq
əkinimizdəki tək
ördək qatarı nəmli çəmənə qonub,
doyunca,
(bu da özgə həyatının bir başqa möcüzəsi,
belə çağırırlar gərək ki:
"Həğməkar ördəklər"
qar təki ağappaq qara nöqtəli gözlər)
və ona görə ki, qarşımdakı
fincan buğlanırdı
ürəyimə daman hisslərdən başqa
yazmağa başladım: Budur səadət!
bayırda şaxtadır, dekabr ayı
bu səhər lap erkən qalxdıq,
yataqda öpüşdük, kiprik çalmadan
yarasalar kimi.
|
|
|