Proza-N

Ero-gigiyenik


YANĞIN

Mənim yalançı günümə başıküllü bir nənə lazımıydı ki, ağlasın. yalandan ağlasın! (Adamlara belə lazımdı!) Başqalarına günümü göstərib elə ağlasın ki, başqaları da ağlasın və sairə və ilaxır... Bircə, məni rahat buraxsınlar! Sonra da təkətəklikdə nənəciyim başımı tumarlayıb:

- Düpbədüz eləmisən, mənim balam, əlivün lap içindən gəlib, can-ciyərim - desin.

...Hənəm mənə çardaqlar və taxtabacalar padşahı deyirdi. Mən nənəmin vaxtında çardaqlarda uçan quşları da səsindən bilirdim...

***

...Həmin gün yanğın Cuud Məələsində - Hikolay evlərinin birində baş vermişdi: mən mərkəzi yanğınsöndürmə idarəsinə zəng elədim və sonra özüm də yalanpışdan ora baş çəkdim. Guya! Əslində yanğınsöndürənlərin üzbəüzündəki qapıya söykənib onları izləyirdim. (Ehtiyatda saxlanılan variantım da vardı. Sonra deyərəm, neyçün məhz mərkəzi yanğınsöndürmə idarəsini tərpətmək istədim). Lap indi deyim... Bizim yanğınsöndürənlərin parad furajkaları yal döşündə aerodroma bənzəyir. Onların yerinə və bağlı qapılar dalında qalan yanğınsöndürmə maşınlarının yerinə ürəyim sıxılır.
Evin çardağında yalanpış yanğın yaratdım və başqaları da o yanğını gördü: hətta binanın içindəki adamlar bir-birinə qarışdı. (Beşinci mərtəbənin sağ küncündəki bircə adamdan savayı). Ystdən gedən qaz trubasına spiçkə vurdum, vəssalam...

Dayanıb Mərkəzi yanğınsöndürmə İdarəsinin çaş-baş yanğınsöndürənlərinə baxırdım: qapılar açılmırdı! Qaynaqçı gətirdilər. Qapıları kəsdilər. Alabaş yanğınsöndürən maşınlar darvazalardan çıxdı, amma beşcə addımlıqdakı küçələrin içinə girə bilmədi: heç gözətçi postundan o yana keçmədi. Taksilərin şütüdüyü tıxaca dürtülə bilmədi. Siqnal-miqnal boş şey oldu! Belə olur: lap istəsən də belə olur. Bu basırıqdan hara çatmaq olar?

***

Bütün sirr cib telefonundaydı: həmin beşinci mərtəbənin sağ küncündəki mənzildən mənə zəng gəlmişdi: yataqda yanğın vardı. Bəzən, həmin qadına güclü köpük lazım olur. İstəyir, köpük onun yatağına, yorğanının altına və bütün mənzilinə dolsun...

***

-... əlivün lap içindən gəlib, can-ciyərim...

ƏN ƏSAS

- ... Gəlin, gəlin keçin! Oturun. Buyurun. Bəlkə birbaşa lükların yanında dayanaq? Hə, elə yaxşıdı! Buyurun baxın içəri... Orda belə olmayacaq. Sözsüz, belə olmayacaq... İşığı özümüz salmışıq. Burdan siz, belə demək mümkünsə, görünməz bir işığa tərəf qaçacaqsınız. Divarlara fikir verməyin: orda dəmirdən deyil, betondur. İlişgi yeri var. yaxın gəlin. Bura nə metro deyil, nə adi tunel. Siz qaçırsınız: teliniz ömrüboyu nəmo qalan siçovul bığları kimi sifətinizə tökülüb. Hə, bir vacib məsələ: siz, beton tunellərin dairəvi və sürüşkən divarlarıyla elə sürətlə qaçmalısınız ki, bu qaçış xüsusi effekt yaratsın. Sürüşmələr olsa belə, caynaqlarınızı içəridəki ovxalanmış korroziya yerlərinə keçirməli və tempdən düşməməlisiniz. Caynaqlarınızın səsi plastik olsun. Plastika... Orda kifayət qədər yer var. Əsas quyruğunuzdur: əgər əlbəttə, o sizdə varsa. O sizdə varsa, kanalizasiya sularına dəyməməlidir. Quyruğunuz varsa deyin, biz heç vaxt quyruğunuzun olub olmayacağını yoxlamayacayıq. Bu, bizim işə xələl gətirən bir araşdırmadır. Sadəcə, o şəraitdə quyruğu gizlətmək imkansız bir şeydi. Hə, əsas suya dəyməməkdi. Təsəvvür edin, siz bütün yolu fırfıra kimi fırlanır, bununla bahəm qabağa qaçırsınız. Borunun dibiynən axan sulara toxunmadan getməlisiniz. Çaşıb suya düşsəz, ya quyruğunuz (əgər varsa) dəysə, öz işinizdir, yol təzədən başlanmalı və suya dəyməyənə qədər eyni şeyi təkrar etməlisiniz. Əsas odur ki, sizə və tellərinizə istədiyiniz qədər nəmişlik verilir. Ən Əsas məsələ mütləq, mütləq dairəvi qaçışdır. Bu qaçışın trayektoriyası dairəvi və sürətli deyilsə, qaçmağa dəyməz. Hər şey son dərəcə şarmlı, sürətli və plastik olmalıdır. Plastika...

***

Sizin sonucdakı taleyiniz divar dibinə siyən və ağzı yara tökən əyalət uşaqlarının taleyinə bənzəməyəcək. Sonra sonsuz bir azadlıq gələcək. Sonra siz müqəddəs McDonald`s-ın altındakı çıxışa çatacaq və ordan Parapetə çıxıb kefiniz çəkən qədər veyillənə biləcəksiniz...

Tranrlinə qədər

Şapkə. Şapkəli. Başsız. Şapkəli planet. Maniken. Qarışqa və mis-qalay sifətli maniken. Planet. Şəpkə. Baş. Şapkəli tozanaq. Qurbağa. Həmli qarışqa. Hağıl. Hağıl və maniken...

***

Güzgü. Baxanda dostum özünü gördü. Gözünü görmədi. Qarışqasını görmürdü. Arxasındakı manikeni görürdü. Sinəsinə baxırdı. Manikenin başsızlığını görmürdü. Sivirtəli baş. Kəmənddən çıxmış kimi. Ystə tuşlanan əl kimi sivirtəli baş yeri və qabağa gərilən ekzotik bədən görürdük. Ağlı kəsir: "Tranplindi!" Təkcə sivirtəli baş deyil... Ystə uçmaqsayaq duran maniken bədəni arxayındı. Sivirtəli başın qurtaracağından sonrakı hava boşluğuna qədər tapdologiya. Tapdologiya. Tapdaq. Manikendə görünən bədən tapdağı.

***

Dostumun gözünün arxası yaşıl-bataqlıq kimidi. Orda qurbağalar və qamışlar bitmir: orda qarışqa dairəsi var. Qarışqa dairəsi fırlanır, fırlanır: Saturnun ətrafındakı çır-çınqıl kimi. Amma burda çır-çınqıl deyil. Burda ətli-dırnaqlı, carlı-caynaqlı və bir-birindən bərk-bərk yapışıb eyni səmtə fırlanan... dostum ölənəcən... o ölməsə, lap kor olsa belə, həmin qarışqalar onun gözlərinin dərinliyində yaşayacaqlar, lap gözü yerindən pırtlayıb çıxsa da... Çünki onun da arxasında nəmli hörümçək toru var.

***

Manikenlər, mis-qalay sifətli manikenlər, başsız və başlı manikenlər. Barmaqlarımın ucunu vitrinlərə sürtür, kədər və ümidsizliklə yoruluram... Mənim qarışqalı dostumdansa başsız manikenlər yaxşıdı. Dostum mənimlə başsız manikenlərdən təminat məktubu almağa gedib-çata bilmədi. yarıyolda güzgüyə söydü. Onun söyməyini bağışladılar. Sadəcə, gözlərinin arxasındakı qarışqalarını və nəmli hörümçək torlarını məndən əvvəl görübmüşlər. Mən onları görməkdə qınamıram. O isə deyirmiş ki guya manikenlərin döşünün ucu göynəmir. Onlarda bizim qadınlar kimi bala duyğusu yoxmuş... O elə həmin yerdə dayandı: "Səni aldadıb gətirdimmi? Səni manikenimin döşlərinə balaca çınqıllar atmağa məhkum etdimmi?" - dedi.

Və geri qayıtdı.

OVUHTU JAĞMURU

Tərpəndi. Kərtənkələlər və ömarlar üstümə qaçırdılar. Elə bildim, mənə cumurlar: üzü yuxarı çır-çınqıl axınına tərəf. Tərpənişin kökündən qaçırdılar. Aşağıdakı çaylaq tərəfdən, qarşı quzeydə görünən saqqız və zirinc kollarının dibindəkilər - qaçmağı bacaran nə vardısa, həşarat, ilan-çəyən. Mağaranın küncünə sığınmışdım. Bir ilan boğdum. Biri də məni sancdı. Bir quşa əl atdım. Quzeydən kol-kos, bur-budaq, burdan çınqıl, sal qaya parçaları çaylağa fitillənirdi...

***

Hərgizləri qabırğama sığıb aşağı götürüldüm. Tolamazlandım. Çoxlu kərtənkələ və koramal cəsədlərinin içindən keçdim. Bir az da aşağıda görünməmiş soxulcan, qırxayaq, əqrəb, dozanqurdu cəsədlərini adladım. İri, ətli-canlı. Cəsədlərində də dırmanmaq iddiası. Hərəsinin bir caynağı bir parça çınqılın üstünə ilişik qalmışdı. Bütün caynaqlar da yuxarıya tərəf. yəqin aşağıda - çaylaqdakı qızıl balıqlar da yuxarıya atlanıblarmış. Ora yolum getmirdi. Amma baxdım. Ora sadəcə örtülmüşdü və güneylə quzey arasında çınqıl gölləməsi düzəlirdi.

***

Pəyənin dalını dəlmək istədim. Hənirti eşitdim. Peyin iyi. Pəyənin qapısına tərəf cumdum: sel nohurlarından adlayıb, dırmaşıb pəyənin içinə atılmışdım. Özümü camışların içinə yetirdim. O vaxt yaşım az olardı. Bəlkə də özümə görə körpəydim. Bilirdim ki, pəyənin dirəkləri palıddandı.

***

Palıd sevmək sirli bir şeydi. Palıd nənədən və camışdan sonra üçüncüydü. Amma camışdan şübhəm vardı. Palıda inandığım qədər heç nəyə inanmamışdım. Dirəklər ovulurdu. Birdən-birə ovulur, sonra bir az dayanır. Hər dirəyin içindən təzə qatlar çıxır. Bu qatlar da ovuntu həlqələridi. Camış dirəyin birini buynuzladı. Ystünə çığırdım. Təzə ovuntu qatı açıldı. Bu qədər ovuntu bizim camışların və bizim pəyənin dirəklərində hardanıydı. Dünənəcən sürtülüb nazilmişdi. Səmənd madyan ayağına oxşayırdı. Qabığını gəmirib qurtarmışdılar. Lap çoxdan. Özü sürtük qayış kimiydi. Dik dururdu.

***

Qanıb dədəmə-nənəmə xəbər verincə kəlçəni çölə atmaq gərəkirdi. Dişi kəlçə. Bəs erkəyi? Erkəyi də burda qalsa?! Erkək kefindəydi. Dirəklər ovulduqca mən içəridə qalırdım. Bu qədər sonsuz ovuntu görməmişdim. Ovuntu gedir, dayanır, gedir. Hə camışlar, nə kəlçə, nə camış buğası damdan çıxmırdı. Ovuntuya baxmırdılar. Xəstə gününə düşdüm.

***

Pəyənin bacasına baxdım. Dırmaşdım və əlimlə bayıra toxunmaq istədim. Həmiydi. Bir parça pəncərədən ovulub tökülən və sonluğu buludların içində olan yağmurlar kimi bir axıntı gedirdi. Kədərli. yağmur ovuntu.

humanitariya

- Pampersün var?

- Əzva!

- yaxşı, onda "O.key.O.bey"ivü göstər.

Bir-birilərini döşəkcələdilər.

- Pampersünnən utanırsan bəyəm?

- Tı sovsem obnoqlela!

- Gto ne ə, gto OHA! - qarşısındakı köhnə, arxadan bağırsaqları görsənən yarırəngli "Beryozka" televizoru göstərdi və əlindəki döşəkcəni ekrana tolamazladı.

- MTV-yə vur!

- Davaé, poskoçim na MCM...

- Onda Shannel V-yə at! Bolee takoé, ne ambisioznıé...

- MTV - moskovskie. Luçşe bılo-bı aziatskoe çto-li?

- Luçşe bılo-bı ne fiqnə! Gələ, başıvu sox teleəhikin içinə, bil!

Döşəkcəni rəfiqəsinin başına bürəyib televizora - evin ortasına tərəf sürütlədi. Cırmaqlaşdılar. Durdular. Öpüşdülər. Və əlüstü iki adama bir siqaret yandırıb növbəli sümürdülər. Tüstünü buruxlandırıb bir-birilərinin dodağına itələdilər.

- Vse kanalı upravləötsə iz odnoqo mozqa. Vse! Poçti VSE, ssukinı deti! Gti, qumanitarnıe rruki! Oni smotrət na nas kak na baranğe stado, blin! Oni sobiraöt nas vmeste, oni nas stareöt, nad nami uçətsə! A potom rojdaöt novoe pokolenie. Toje samoe! Potom pereodevaöt druqix-je, iz naşix, opət-taki. İ vot takix, kak vot gtot tvarğ-veduhié! Vo vsem estğ kokaə-to qumanitariə, tı çuvstvueş gto? Qumanitarnoe nasilie, tı gto çueşğ?!

- Özüvü cırma, bildik də!

***

- İçməyün var?

- Çaé.

- Bəlkə krantdan su...

Şaqqanaq.

- Toqda Srrate!

- Quduzluğuva etibar et!

Çoxlu söyüş.

- Pro qumanitarié rasskazıval mne odin çuvak, takoé urodlivıé, no bespodobnıé...

- Hə, bizim də bir itimiz vardı, çoox uzaqlarda. Bozdar. Ov itiydi. Kənddə. Çox məzəliydi, amma ağıllıydı...

- Tı vseqda ne to qafqaeş, vseqda...

- Qafka, qafkayu... MTV elə Kafkadı də... MTV - eto Kafka!

Şaqqanaq. Döşəkcə davası. Sonra mütəkkəyə, sonra yastığa cumdular...

Mağar. Mağara

Dəmir krovat bezdirdi. Kalafa kimidi! Bir arşın quyu dərinliyində. Kələyi kəsilir. Qızların arasından atlanıb qoyun dərilərinin üstünə yayxandı. Xırda qıza belini ovdurdu...

***

Qızlar dalınca baxdı. Bulağa getdi. Baldırğan qırıb gətirdi. Özü yedi, soyub qızlara da yedirtdi. Böyük Qız baldırğanın ən uzununu götürdü: qalın ucundan tutub nazik ucunu boyun-başına, göbəyinə sürtdü. Baldırğanı qarnına-göbəyinə dayadı. Qurşağına uzatdı. Baldırğan əyilib-sındı. yarısı Böyük Qızın göbəyinə düşdü, yarısı bunun dizlərinə. Böyük Qız onu aralarına çəkmək istədi. Əlini atladıb durdu. Balaca Qızın əlindən yapışıb çıxdı...

***

Sünnət sabah olacaq! Evcik-evcik qurmağı istədi. Qız onun da oyuncaqlarını ətəyinə yığdı. Alça budağı, gilənar budağı sındırdı. Ağzıyoxuşa yıxıla-dura qalxdılar. Şikəstə oxuyurdu. Sağını-solunu vura-vura qalxırdı. Qız ondan xeyli dalda dırmanırdı. Sürüşəndə dırnaqlarını daşa-torpağa atır, ətəyini yayılmağa qoymurdu...

***

Şeytan sıldırımının üstünə qalxdılar. Ordan hər yer görünürdü. Bütün çaylaq və bütün vadi. Qız üstü mamırlanmış xırda bir qaya altında ətəyini boşaltdı. Evcik üçün yer qazdı. Evcik qurmamış çəpərlədi: xırda, rəngli daşları torpağa batırıb düzdü. Çəpərin başına daha iri bir daş batırdı. Daşın qırağına qab-qacaq, tava-oxloy qoydu. Ayağına alça çiçəyini, gilənar çiçəyini basdırdı. Hamısının üstünə ağ tül pərdə qırığı çəkdi...

***

Sıldırımın üstündə bir cır palıd bitmişdi. Altında ayaq dəyməmiş mağara. Ora yol yoxdu. Palıddan tutub, mamırlığı arada qoyub saqqız kolunun içinə atlansaydı bəlkə görünməzliyə düşüb tikə-parça olmazdı. Atlandı, sürüşdü, düşdü...

***

Mağara içindən səsi gəldi. Balaca Qızı çağırdı. Evciyi də ətəyinə yığıb gəlməyini ayıtırdı.

Saz. Caz

- Bizi ömrümüz boyu acıdil padşahlar idarə edəcək.

- Heyçün?

- Zəhrimar içib sağ qalmışıq, ona görə...

***

Aşıq-şair çınqıllıqdakı tək qəbrin başdaşında oturub danışırdı. Sədəfli sazını dınqıldadır və çınqıllı vadinin üfüqünə baxırdı. Ondan caz barədə soruşurdular. Solundakı sıldırımlı qayalığı, sağındıkı kollu təpələri və qarşısındakı vadini isnad verdi. Oğlunu çağırtdırdı.

***

Oğul: "Caz əslində sazın altında, sazsa qayaların və ağacların... bəlkə də torpağın altında gizlənmiş bir səsdi. Səs. Saz təzə səsdi! Sazı yetkin, dünyaya barmağının arasından baxan adamlar içlərindən çıxarıblar... Babalarımız onu alətə çevirib. Caz isə... hər gün bizimlədi! Meşədə, qoyun dalında, çayda, biçində. Biz sazın əlindən qaçıb gizlənirik, çünki saz onu eşitməyə, məhz eşitməyə vadar edir. Saz şah yeməyi kimi bir şeydi. Saz surətpərəst oğlan kimidi. Biz sazın qorxusundan cazı eşidə bilmirik, ona görə də sazdan yoruluruq. Baxın..." Oğul atasının sazından bir-iki dınqıldadır, ata onu sazla vurub başdaşının yanından itələyir. Və oğul atanın fərqinə varmadan, cib telefonunun düyməsini basır...

***

Oğul: "Biz indi vadiyə tərəf gedirik. Siz gedirsiniz, amma mən süzülürəm. Və bütün bunları sizə açıb danışıramsa caza minnətdar olmalısınız..."

- Bəs saz?

Oğul: "Saksofon, fortepiano, zərb... hələ caz demək deyil. Saz da hələ caz demək deyil..."

Ata (arxadan): "Caz şeriyyatın içindədi".

Oğul: "Caz bütün qarın boşluğunda və bütün əzalardadı."

Ata: "Caz havalı başdadı!"

***

Oğul: "Bizi ömrümüz boyu acıdil padşahlar idarə edəcək."

- Heyçün?

Oğul: "Zəhər içib ölməmişik, ona görə."

- Zəhərin nə dəxli?

Ata: "Zəhər həyatımızın cövhəridi..."

Oğul: "İkinci dəfə yaşamaq belə olur. Zəhərdən sonrakı həyat. Bizim də, bizim rəhbərlərimizin də əsl həyatı zəhərdən sonrakı həyatdır. Caz, birdəfəlik bilin, ikinci həyatı sevmir..."

***

Birdən, eləcə birdən, ata-oğul qol-boyun olub çınqıllıqla geri döndülər. Çınqıl çaylağındakı yeganə qəbrin görünüb-qalan yerinə - başdaşına tərəf. Oğul sağ böyrüylə atasına dayaqlanıb, sol yanını qaldırdı. Cins şalvarına taxdığı cib telefonunu çıxarıb şellənə-şellənə, yayxana-yayxana danışırdı.

Mələfə. Kələfə.

Ayağın altında - düz yerəcən üçkünc hava boşluğu var. Düz yerəcən. Amma yer görünmür. yerə sığınmış yarımzirzəminin damı bizdən doqquz mərtəbə aşağı - deməli, hərəsi ən azı üç yarımdan... və bir az da orasını-burasını üstəgəl, doqquz mərtəbə! Amma lap da ayağımızın altında ağ mələfənin ucu yellənir. Kimin ola? Hardan gələ? Paltar ipində tək mələfə! Hanıki, paltar ipi? yoxdu axı paltar ipi... Ki, bizə ilişə. Bəlkə, ayağımızın altında eyvan var? yox, bu şüllüt divarda eyvan harda?.. yoxdu axı, yoxdu!

***

Qabırğalarımın səsi gəlir. Divarların əlindən özümü göyə bağlayıb doqquzuncu mərtəbədəki ağ, qanlı qadın yatağına tərəf boy atıram. O da ordan bir dəlik açıb. Pəncərə. Ora gəlib çatanacan lağım atıb, lağım! Və yalquzaq bir pəncərə qayırtdırıb. Altına paltar ipi düzəltdirib. Hər iki ucu öz dəliyinin həndəvərinə bağlı. Mələfə hər gün, hər gecə yellənir. Ağ-appağ. Ortası gölməçə kimi qan ləkəsi...

***

yuxarı baxdılar! Şəbəkəsi iri pəncərələrin arxasından binaların arasında yaranan üçkünc boşluğa baxdılar və o mələfəni gördülər. Orda mütləq qadın, ya da qadın ruhu yaşayır. Bir qocanın bu qəflət ixtirası hamını heyrətə saldı. Sən fəhmə bax! Burda - şəbəkəli pəncərənin dalında, gizlində, səhv eləmirəmsə, ikinci, ya üçüncü mərtəbədə gözlərinin altı tuluğ, ərincək, süst və hər gün özünü min kərə, hərdən bir kərə, hərdən heç kərə yatağındaca içindən asıb gələn kişilər işləyir. Sudurqası tutub-buraxmış adam kimi göm-göy göyərmiş kişilər bir binaya işə gəlir. Onlardan biri bir vaxtlar qaçıb yelli yurdda qaymaqçiçəyi çəmənində torpağa sürtünmüş, sonra demişdi ki, xeyri yoxdu, bizdən asfalt iyi gəlir...

***

Kassir otağından (bank otağı) mələfənin ucu görsənir. Qızılı büstün qarşısından iki gözəl xanım keçir. Biri portotip telefonu əlləşdirir, o birisi tay qab əlində. Birinin qara yubkası, qırmızı qoftası, o birinin qaymağı qoftası, sarı yubkası. Gözəl ayaqları. Belə olmalıdı. Heç kəs əyriayaq qadınları sevmir. Qadınlar yağlovça qabları yumağa gedirlər və budur, radio səsi. Pəncərədən həmin musiqi üçkünc hava boşluğu boyu yuxarı qalxır. Sonra, günün-günorta çağı kimsə gəlir və vestibüldəki qızılı sudan çıxmış büstü mələfəyə bükür ki, toz olmasın. Birisi də axşamüstü gəlir və vestibüldəki büstü azacıq itələyib elə qoyur ki, Büst yellənən mələfənin ucunu da görməsin...

Gilənar. Divar.

Biz iki "yeer"də gəldik, onlar da iki "Toyoto"da. Məhəlləyə çatmamaış gilənar sırası başladı. Ystü cılxa qara gilənar. Küçənin ortasınca düzəllənib. yolu ikiyə bölür. Ayaqları əhəngli. Əl dəyməmiş. Hələ tamahımız da düşdü. Ayıblandıqmı, nəmi? Həm də tezbazar içəri dürtüldük. Küçə də nə küçə: hasarı damlarına qədər qalxıb, üstü suvaq cızıqlarıynan bəzəklənən...

***

Darvazadan sola balıqlar üzən üçmü, ya dörd çərhöüz. İçində xallı balıqlar. Ən zəhləm gedən balıqların adını sadalamaqdı. Bir də görürsən, restoranda balığı yeyə-yeyə başlayırlar adını, sortunu sadalamağa. İstədim stressi atmaq üçün prikola keçim, soruşum bu xallıların adını. Biri gözümün qaçarağında tutdu: qayıtdı ki, qızıl balıqdı, o biri dedi, fareldi. O biri də qayıtdı ki, farel çay balığıdı...

- Balığın elə hamısı bir zibildi. - Mən dedim.

***

Ev, iridi. Tavanına qədər dörd metr, iyirmi santı. Bizi iki daş evin arasındakı şüşəbəndə ötürdülər. Hərd gəldi. Taxtasını açan olmadı. Piyalələrdə yaşıl çay, qoz ləpəsi, mer-meyvə, məzəsi, lələ-güləsi. Ot-ələfi də üstündə: qulluqçu dedi ya özünüz basın, ya istəsəz, mən. Dedim, buxarlan burdan, mən özüm. Qaçdı. Şirniyyat dalınca gedirmiş. Orda da şirniyyat bir qəpiklik! Heç nə sıxmadıq, əlimizi də uzatmadıq: iş başında qızdırmamağa söz var...

***

İşarə gəldi: biz həyətə! İkisi qalıb danışacaq. Bir çərhöüz keçdik, iki çərhöüz, üç çərhöüz, dörd, beş... dalımızca dəmir barmaqlıq danqıldadı. Əlimi qurşağıma atdım və geri dönəndə barmaqlıqları geriyə - taybatay açıb təzim elədilər. İstədim ta getmiyim, dalımca gələnlərimiz işarə verdilər. Qərəz, bir qəfəs, üstü gümbəzə bənzərdi, eni olardı üç yarımın dördə, hündürü də hasar boyda. İçində balaca bir meymun vardı. Çıxartdılar. İki fəhlə, kəndçimi, dedilər qul bazarından tutublar, çmo günündə, gətirib saldılar qəfəsə. Meymun hər ikisinin üstünə atıldı. Hamı güldü. Onlar da yalandan güldülər.

***

- Bu ssukalar məscid fəhləsiydilər. Kərpic ...işdiriblər. Şef yeddi sutka it yalıynan yedizdirir. Gündüzü qaranlıq damda, gecəni burda. Aya baxırlar, özləriyçün, kayf tuturlar...

Hamımızın şaqqanağı və meymun atlanıb birinin çiynində oturdu. Məscidin minarəsinə baxdım. Elə hər tərəfdən görünəni oydu. Qəfəs bağlandı və hər iki şef də bizə yaxınlaşıb gülümsədilər. Biz tez qırağa çəkildik, onlar yenə ikilikdə - qəfəsin qırağında durub ayaqüstü danışdılar. Mən yanımdakılara üç hərflik söz demək istədim. Sonra əvəzində balıqlarını söydüm və bütün balıqların fahişə olduğunu dedim. Sonra küçəyə çıxdım və bir gilənarı qol-budağ elədim, bir qolunu da sındırıb "yeer"in dalındakı təkər yerinin üstünə taxdım. İri bir budaq. Məscidin yanından keçəndə bərk bir siqnal verdim. Gələnbaş minarə-zad görməmişdim. Bəlkə gedəndə də görməzdim. Divarları minarəyə qədər hasar yerineymiş... Həsə, biz iki "yeer"də getdik...

İkimərtəbəli.
Beşmərtəbəli.

Kədər və hüzn içində Hikolay evlərinin arasından çıxıb işıqfora tərəf yol aldım. Yzülüncəyə qədər paltar iplərinin bir ucundan yapışıb durdum. Və belə bir dözümün qarşısında çıxdığım küçədəki bütün işıqforların yaşılı bir köpüyə dəyməzdi...

***

Xaqani küçəsiylə qaçırdım. Hər yerdə yaşıl, yaşıl... Maşın tıxacına çatanda qandım ki, dalımca düşən yoxdu. Kimin mənnən nə işi? Tıxaca lap dirəndim və lap durdum. Mənim də əyləclərim varmış. Varmışsa nəyimə gərək, lənətə gələ bilərsə gəlsin bu əyləcləri və mən də qarşımdakı avtomobilin dal qapotuna atlanım. Sonra bir ayağımı maşının damına çatdırdım. Gərək sürüşməsin, gərək arxa şüşəyə dəyməsin, sındırmasın. Görən olmasın... Maşının damına atlandım. Mənzərədən bir az duruxdum. Ətrafda maşın damlarından və maşın antenalarından başqa elə bir şey gözə dəymədi...

***

Mənim duruxmağa haqqım varmı? yox, özümə başqa bir sual verməyə gərək duydum: "Mənim duruxmamağa haqqım varmı?" Mənim qəddimi düz tutmağa və kefim gəlincə qaçmağa yolum və imkanım var. Burda artıq haqqın var, yoxdu, keçmir. Qabaqda müxtəlif markalı maşınlar: sovet maşınları, rus maşınları, alman, yapon, koreya, fransız maşınları... İşıqforun yaşılına baxmayaraq heç kəs tərpənmir. İşıqforların arasında, altında, hər yerində, boş bir qarış da görünmür: hamısı tıxac və hamı sakitcə durub gözləyir...

***

Antenalara dəyib keçdikcə arabir FM-lərin cır səslərini eşidirdim. Dayandım və bir antenadan yapışıb özümə qoşdum. Hardansa, Əzizbəyov tərəfdən gələnlər var. yollar bağlı olacaq, bəlkə də bir neçə gün. Hardasa canlı yayım var: adamlar kameralara, mikrofonlara düzülüblər. Mən Xaqaninin qurtaracağında, sağındakı TV-studiyanı xatırladım. Orda mənim yaxın dostum işləyir. Aparıcı. Qaçdım, işıqforun yaşılındakı maşınların da belini adladım, səkilər də doluydu. İndi TV binasının girəcək qapısını axtarırdım, aşağı, yanlara baxırdım... Qapıların birində sivişib içəri girə bildim.

***

Dostum məni görmədi. O, canlı yayımın aparıcısıydı. Bəlkə də buna görə, bəlkə də mən onun xətrinə dəydim, işini pozmaq istədim. Özünü görməməzliyə vurdu. Heç səsimi də eşitmədi. Həyimə lazımdı, harasa çıxmaq, nəsə demək. Sadəcə, burda rahatdı. Maşınların damı və sonsuz işıqforların yaşılı daşlıq-qəmbərlik kimi bir yoldu. Ayaqlarımın altı ağrımır, yorulmamışam, əzilməmişəm. Sadəcə ürəyim sıxılır. Ağrıyan budur. Damların üstüylə yeriməkdən bezmişəm.

***

Pilləkənlərdə oturdum. Stalin binasının pilləkənində. Bir mühəndis mənə demişdi ki, beşmərtəbəli stalinkaların çoxu ikimərtəbəli nikoloyevskilərin üstündə tikilib, bilirsənmi. Dedim, yox. Dedi, bil. Dedim, gürcü köpəyoğlu...

Ajdınlıq

- Vyetnamkalar yadındadı?

- Maz?

- yox, çəkələk.

- Hə, qəhvəyi kimi.

***

Səkidən düşüb-çıxır, o boyda qarınnan qabağından gələnin birinin yoluna keçmir. Səkidən düşəndə də, qalxanda da qarnının atılıb-düşməyi bir yana, fır-fır fırlanır.

- Saat altıdan sonra yeyənin atasına nəhlət!

- yeyirsən, ye də. Cəhənnəmə ye.

- Bura səninçün Avropa-zad deyil.

- Avropada qarınlı adam bizdən çoxdu.

- Bə nə deyirsən?

- Bu qədər sallaq görünmür. Şalvarı yuxarı çək, sən mənim canım!

- yəni, boğazıma qədər?

Bir də səkidən qalxıb-endi, bir də qarnı öz oxu ətrafında azınnan üç dəfə dövrə vurdu. Düz çənəsinin altında...

***

- Vyetnamkanı niyə soruşdun?

- Polkaya vyetnamka gətirirəm.

- Satmağa?

- İşlətməyə!

- ...

- Vyetnamka də. Qız. yataqxanadan tutmuşam.

- Əla millətdilər.

- Hədən bilirsən?

- İki tərəfdən də başlarına güllə dirəmişdilər.

- Kim?

- Amerikanlar, bizimkilər.

- Hansı bizimkilər?

- Ruslar. Hamı... Mənnən tanış elə!

- ...

- Danışır?

- Rusca.

- Vyetnam barədə... danışır?

- Hə danışsın?

- Hə də...

***

Papkasını qoltuğunun içinə sığdı.

- Burda iki nüsxə götürmüşəm. Guya sənin hökumət maaşın beş şirvandı.

- Onda əmək haqqının neçə mislincə cərimə var?

- Bunun dəxli yoxdu, istər bir milyon al, cərimə iki mislincə hesablanır.

Pivə içdilər. Hoxudnan. Piti yedilər.

- İstər beş milyon al, hə, yenə iki mislincə?

- yenə.

- Gələ, bu da sənə iki misli.

- Mənə yox, ona.

Papkanı açdılar. yazdılar ki, bu müddət ərzində fəaliyyətimiz "ölü" olub.

- Özüvə də aydındı, eləmi?

- Belə də, ümumən.

EHSİKLOPEDİ

...Ata dodaqlarının qırağı çatlaq, qanı qaçıb, bədbəxt elə bil çörək yemir. Balalarıyçün ölür. Ayaqüstə də ölür. Hardan tapır, bu qədər çoxistəməkliyi...

***

-- İndi, Əlibala müəllim, min cür ensiklopediya çıxıb. Heyvan, təbiət, maşın, silah, Afrika, Amerika, okean, nə bilim, min cür... Hər gün birini alıb gətirir, hər gün də boxçasında kərə yağı, təndir çörəyi... Hərdən üzbəüzdəki qaçqınlardan fətir götürür. Uşaq da hər dəfə atlanır, yazıq o qədər yorğun olur, uşağı qucağına almır, çökür, çöməlir qızın qabağında. Həftədə bir fırça gətirir, tuş, rəng, karandaş, pozan. Ölür bu qızçün... İndi fırçalar hamısı zay gündədi. Hər gün də ona pul verir. O da qaçır, dondurma alır; kefdədi... Arvadım deyir ki, arvadı qıza yüzmanat-yüzmanat yığdırır, ata da bu tərəfdən hər gün bir tablo çəkdirib əsərləri qızınnan pulnan alır...

-- ...kapital...

***

-- ...izm?

-- İzm, Əlibala müəllim...

Baxçanı alman səfirliyi yemləyir. Dünən gətirdilər. Arvad cuhuddu. yaman düşüblər bu cuhudların üstünə...

-- ...neynirlər ki?..

-- Karobka-karobka, karobka-karobka gəlir. Harda cuhud var, orda alman barmağıdı, ya da tərsinə. Deyəsən, almanlar bu yolnan cuhuddarı hər yerdə kontrola götürür.

-- Getdi ta...

-- Bilmək olmaz, Əlibala müəllim...

-- ...olsaydım...

-- Hə?

-- ...

***

-- O gün bir ensiklopediya da mən aldım nəvəmə. Heyvanlardan. Əşşi, bu Afrikanın nə qəşəng rəngləri var, əməlli-başlı təbiəti-zadı. Biri də Amerika. Mən elə bilirdim, Amerikada heyvan-filan yoxdu.

-- Hə var?

-- Adam, maşın, maqnitafon, nə bilim axır, belə birtəhər bilirdik də.

-- ...ayılırsız...

***

-- Ensiklopediya qalmayıb ta, Əlibala müəllim. Ensiklopediyanı oxuyursan, dünya semiçka çırtlamaq kimi bir şey olub, sirr qalmayıb. Uşaqlara maraqsızdı, nəvəm bir az çevirdi, o üz-bu üzə, atdı.

-- ...oxutdurma...

-- ...nə təhər oxutdurmuyum?

-- ...özü baxsın...

--...nə danışırsan, əşşi...

EKSPERT

... -- bacımsan, meyitə toxunma da olmaz... Hə, sağ tərəfində dur, hə, bax helə! Oop! Çox sağ ol! Vəssalam, indi keçə bilərsən... yox, orda durma, bacımsan...

***

... Belə olur ki, hüceyrə olmur. Günlərcə. Bu barədə bilirik də. Lap aylarca ölməyənləri var... Çəkir, çəkir, çəkir -- uzanır də... İndi bundakı kim bilir nə qədər çəkəsidi. Sən deyən kimi, uzun çəksə, özü əriyib-gedir ki... Atamın qəbri haqqı, deyir, durduğu yerdə əriyib-itir... Mən də həmişə deyirəm də. Deyirəm, hüceyrə ölmür axı. Biri sağda, biri solda, həşərat kimi şeydi. Onu ötürdün içəri, iş-işdən keçdi. O, nə qədər ki, var, virus da var. Sağ yumurtada da, sol yumurtada da... Bundan ibarətdi, həyat. Sənə bir gün... yaxşı, gəl bir azdan ordan keçək, mən obyekti qurum, dediyimi də göstərrəm...

***

... hə, mən onlara demişəm. Atamın çürüyən qəbri haqqı, o andırı geymirsən, geymə. Onda qıçuva bağla! Məsələ təkcə bunda deyil-ey! Orda içəridə kaşa-malaşa bir dünya var. Adam hər dəfə az qala öz əlini içəridə görür. Elə hər dəfə əl ora çatınca da, oranın işləri korlanır; zibilxanaya dönüb gedir də iç... Adam indi ağcaqanaddan da qorxur, atam haqqı!

***

... deməli, əvvəl deyirdilər ki, sağ yumurtada olan sol yumurtaya keçmir. İndi, yumurtanın içində nə var, az qala qarında, əllərdə gəzir. Az qala uçub-gedib havaya. Bilirsən, havadadır-ey, nə varsa. Əlimizdən hər şey uçub gedib quş kimi, alıcı quş olub qayıdır də özümüzə, ata haqqı!

***

... indi başuvu sal, bu deşikdən. Tarqovını görürsən? Hə görürsən? Fənərlər. Vitrinlər. Balkonlar. Koka-kola, lotto... Adamlar da görürsən... Hə təhər görürsən, belə bir təhər, hə... Sağına-soluna yaylanır, sağını-solunu vurur, əti-ətcəyi sallanıb elə bil. Çiyinləri düşük-düşük, görürsən? İndi gör mən nə çəkirəm. Müştərilər ordan bura baxanda məni görür, mən də müştəri olmadımı, burdan ora baxıram, hərdən, sən görmədiklərini görürəm. Sözə gələsi deyil, atamız haqqı. Dur, çəkirəm səni...

***

... -- qərdeşimsən, meyitə toxunma. Hə, bir azca sağ tərəfə dur, hə, bax belə! yox, yox, orda durma sən allah, qərdeşimsən...

QOCA-2

"...Bəzən bütün ümidlər eyvandaca ölüb-qurtarır. Eyvanı olmayanlar ümidlərini uzaqlardakı fəza boşluqlarında öldürüb-itiriblər

. Bəzən, itib-getmək üçün boşluqlar da yaramır. Elə-belə, o boşluqlar, o görünən boz tutqunluqlar və aydın səmalar adıyla görünən divarlar durmadan ayaq altından itib-gedən körpülərə bənzəyir. Hə yaxşıki, nə yandırmağa, nə geridə qoyub getməyə körpülər qalmır. Tüpürüm, sizin keçidlər və uçurumlar üzərində qurduğunuz körpülərə... Az qala ölüb-gedən duyğularınızın mənə dəxli yoxdu..." ***

-- Çox qəzəbli yazırsınız.

-- Hiyəki?

-- Belə olmur.

-- Hecə?

-- Belə də, belə!

-- yəni necə?

-- Məsələni ictimailəşdirmisiniz.

***

"... Metronun birinci stansiyasından qaçıram. Tunel boyu. Arxamca məni qovan qatarın arxasınca da quyular yaranır. yer əriyib gedir. O qatar dönməyə tunel tapmayacaq. Onun mənim dalımca qaçmağının əbəsliyini maşinist və distpeçer bilsəydi..."

***

-- Tunellər var! Tunellər var... Çox yazılıb tunellər.

-- Sən bu tunellərə və onun maşinistlərinə bax! yaxşı və ciddi.

***

"...Sən demə, eyvanda oturub-qalmaq hələ aciz adam olmaq deyilmiş. Hər zaman, hər zaman dirilmək və fövqəladə bir varlıq olmaq mümkündür. Qoca, aciz mən dəri çəkələklər, cındırı çıxmış boz-səmavi köynəkdə, naxışlı həngamalara dayaqlanıb küçəyə baxıram. Mənim eyvanım hava boşluğunda elə dayanıb ki... Qürurla, şəstlə... Övladlarım yarıyıb. Onlar məni, mən də onları unutmuşuq çıxıb-gedib. Bu mənada hər şey hamı üçün rahatdır..."

***

-- Övladların nə dəxli?!

-- Elə-belə, övladlar həmişə detaldır. Çoxlu, çoxlu və çoxlu. Oynadıb buraxdığımız oyuncaq. Amma onların mahiyyəti bizim işimizdə çoxdur.

-- Hə mənada?

-- Onlar yardımçıdı. Zavallı, xəbərsiz yardımçı.

-- Siz bu sirri aça bilərsiz?

-- yox.

QOCA-3

...uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir göylərə...

***

-- Söz vermişəm, ta onu söyməmək! Arvadın cənazəsinin altında söz verdim. Gədələrim məni dürtmələyib çıxartmaq istədi. Utanmadım...

-- Hə, mən görmüşdüm. Siz onu çox sevirdiniz...

-- Mən onunçün ölürdüm...

-- Hə, mən görürdüm...

-- Paltarını, ayağını yuyurdum. Bunacan. Elə də getdi də... Mən onnan yetim qaldım.

-- Hə, hə, paltarları da...

-- Deyirdi danışma!

-- Rəhmətlik özü də...

-- Hə, yeddi-səkkiz ildi eşitmirdi, də... Deyirdim, bəxtin varmış... Mən danışanda ağzımnan-əlimnən bilirdi. Göz bərəldirdi, ayağımı basırdı...

***

-- Şer yazıram. Hiyə danışım? İtirməyə bir şeyim var?

-- ...hamı elədi...

-- ...uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir göylərə! Uçub qalxır yerlərdən... Barmağımın ucuna bax, ucuna bax. Bax belə, beş barmağımın beşi də, lap on barmağımın onu da yığılır, yığılır, uçub-gedir, uçub-gedir göylərə...

-- ???

-- hər şey, hər şey...

  Sabotage |   Ero-gigiyenik |   Silentium |   TT grup |   Xəbər Xətti |  Uşaq Avanqardıv |   X-nəsli |   Təzə tərcümə |

Aciq Cemiyyet Institu Yardim Fondunun desteyi ile ©