|
Monoloq
Adım Rövşəni.
Boyum yaşım qədər.
Qulaq as.
Pis zamanda
cavablar
Sonsuz qadına bənzəyir.
Odur ki,
sevgi çağırsa
Get yanına
Peyğəmbər yanına gedən
Əmmar kimi.
Siqaretin var?
Rövşən Tahir oğlu Bayramov 1971-ci il iyul ayının 20-də Bakı şəhəri Qaraçuxur qəsəbəsində fəhlə ailəsində dünyaya gəlmişdir. 1988-ci ildə orta məktəbi bitirmiş, 1991 - 1993-cü illərdə Bakı Ticarət Texnikumunda təhsil almışdır.
Kiçik yaşlarından şerlər yazır. Mətbu olaraq ilk dəfə "PRESS-FAKT" qəzetinin "İSTİSNA" səhifəsində RÖVŞƏHİ imzası ilə çıxış etmişdir. Ara-sıra "rRESS-FAKT", "REZONANS", "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Palitra" qəzetlərində dərc olunsa da, geniş tanınmır. Daha çox yazmağa, şerin yeni-yeni imkanlarını sınamağa meyllidir.
TƏZƏLİYİ: Qərb poeziyası və kitab düşüncəsini islam Şərqi dünyagörüşü və dəyərləri zəmininə gətirməyə çalışaraq, həyatın prozasını bu ruhda, bu məxrəcdə dəf və həzmə cəhd edir. Çeşidli forma, ritm, nəfəs axtarışları da buradandır.
Rövşəni şerində son beş ildə ciddi təkamül yolu keçmişdir. Həmin şerin mənzərəsini təqdim edirik.
|
|
Cənablar
Cənablar qoymayın şaxtalarda
nüvə raketləri darıxıb bezsin
Avara tarakanları aparın
samba-rumba rəqsi ilə
əyləndirsin onları.
Razı olun ki, Qış öz bəyaz
skripkasında Vanessa Meyi
təqlid eləsin. Cənablar
rəcəb ayının orucun görsəniz
təzim edib söyləyin:
"yanis Riçosa görə
ölüləri və yatmışları
sevmək çox asanmış"
Cənablar!
Qeyd: Vanessa Mey - müasir skripka ifaçısı.
******************************************
Fəlsəfə. Düşüncələr.
Bu gecənin
ayı
övliya çöhrəli
səma içrə ziyası
elə bil
iki kəsişən körpü
Cəyətdəki
Ağaclar
dəhşətli sirri
bilən
və gizlətmək istəyən
yəhudi həkim kimi
Düşünürəm yə Rəbbi
Dəmir barmaqlıqlara
bənzəyən
insan hüceyrələri
Hələrə işarədi.
- Mən qatil
- Qurbanım kim?
- Axıdılmış qan hanı?
Mənə elə gəlir ki,
bu dəhşətli sükutlar
uzanarsa
gecələr
kəhkəşana
verdiyimiz
suallar
Tale pyedestalında
gözləri qüssə dolu
daş fillərə
dönəcək.
**********************
Adsız
Olum:
sevgi dolu anlar xatırladı bizi
Ölüm:
nifrət şəlaləsi günümüzün sinəsində
Zülmət:
ümid - zirvələrdə görünməyən qarğalar
Sevgi:
qəlbimdən qəlbinə göy qurşağı.
*******************************
Antik işarə
- Bir nəfər gəlib necə də
bizim dostumuza oxşayır
- Dostumuza elə dostumuz
oxşayır
- Demək dostumuz gəlib.
***********************************
Podium D'apt
Taleyimiz zövqlə geyinir
mövsümə uyğun
Qeybdəki Dəbdən varmı xəbərin Pyer Karden
əlçatmaz arzuların rəngi mavidi
Qədr gecəsinin səmasına bənzər
Taleyimiz zövqlə geyinir
mövsümünə uyğun.
**********************************
Qarabağ
Deyək ki Şəki -
yar könlündəki...
Deyək Əlincə -
Kaş yar gəlincə...
Deyək ki Ucar -
Ruhum yar quca...
Deyək ki Şuşa -
Əuzu billahir minəş şa...
***********************************
Mənə elə gəlir olmayan dostum ingilisdi
- Deyirəm ki, Con -
fəqirin ahın şer kimi
oxurlar Cənnət qaranquşları -
söyləyir ki (yes - ingiliscə)
- Deyirəm ki, Con -
Vatikandakı məscidə
oxşarı var bu dünyada
şairlərin -
söyləyir ki (yes - ingiliscə)
- Deyirəm ki, Con -
yəqin "Quran" nazil olanda
yer altı Qaranlıqlara
Zəlzələ baş verir dünyada -
söyləyir ki (Bəli - türkcə)
******************************************
Tikan koluna
Kim elçi düşəcək ki
Durub "ərinin başın yemiş"
Dığdığ, qəzəbli qadın kimi.
Durub. Kölgəsi də yoxdu ki,
məşuqu olsun.
Durub xəyala dalmış uçurumlara
Eşq elan edir.
**************************************
Əlifbadan
A
Avropaya zəlzələ hücum çəkdi
Axirətə gedənlərin sayı 40 min.
Avropaya čitler hücum çəkdi
Axirətə gedənlərin sayı 40 milyon
Arkadaşlar, rəhmlidi Təbiət.
Q
Qadınına hirslənəndə
Qadınlara hirslənəndə
Qabırğasını yumruqlayardı
Qız
Qalası tək
Qədim kişilər
(Qədim rəvayətlərdən)
S
Sənsizəm.
Stəkanım düşdü əlimdən
Sınmadı.
Səndən Vəfalıdı.
Stəkan Tək buraxmaz məni.
Soyuq
sükutların çınqıl yollarında.
M
Mətbəxdəki Kişi?
Mətbəxdəki Kişinin bürünc sükutu?
Miss Sizin maqnit şübhəniz?
Madam o yes
Mətbəxdəki Kişi - şəkilsiz pasport.
*****************************************
Babamın folkloru
Həvəbala
Ölümün
reklama ehtiyacı yox
Həvəbala
"Qələbə"
sözünü
eşidən
kimi
İroniya görəcəksən kədərin
çöhrəsində
Həvəbala
Eh
Həvəbala
Kaş ki
Qazıla dərin bir quyu
Çıxa o quyudan
Zöhrə ulduzunda işlənən Sözlər
Həvəbala eh Həvəbala
Qoz qabığından
Taxt istəyir
Türkdən
yalançı istəklər əməl günü
Həvəbala eh
Həvəbala
****************************************** Pessimist adamlar
- Bahar məzarlara çiçək düzüb gəlir -
Deyirlər
- Ömrümüz yaşıl bayraqda qırmızı ləkə -
Deyirlər
- Dişi itlər şairlərə hürürlər -
Deyirlər
- Get sevgi lüğətini bukinistdə axtar -
Deyirlər
****************************************** Qısqanc
yaman... qısqancdı... Xəzər...
Elə... bildi... yarının...
rəsmini... çəkmi... şəm...
Qumlu... sahi... lində...
Qəzəbli... dalğa... ları...
göndərdi... ki... sil...
sin... lər...
*****************************************
Jorj
Ada bax a, Jorj!
bir nəfər
Aman Allah
nə gözəl addı

Elə bil xərçəng-kometa
Xəyal kosmosunda

ya da dəcəl körpənin
"Barbi" gəlinciyinin saçı

Sanki duyğu-ümmanındakı
narıncı gəmilərin sükanı

******************************************
Li-Bo ritmi və forması
Könlüm oxuyur
("ər-Rəhman") surəsi
nin ayələrin (Bir)
Dayanacaq qabaq
Düşmüşəm yol gedə-
gedə yolun (o biri)
üzündə sənin iş
yerin "Sevgi kal
ceviz" (gülə-gülə)
Dedin Baxıram
(səmaya) Behişt
qadınlarından biri
görünə (kaş) Təkərin
qiymətin qaldır(AQ)
Deyir (işlədiyim) Dü-
kanın yiyəsi
******************************************
Əlyazma
üç bəy çinar kölgəliyində...
üç bəy çinar kölgəliyində nərd atan vaxt...
üç bəy çinar kölgəliyində nərd atan vaxt Ağac dil açıb dedi:
"Çinar kölgəliyində nərd atan
üç bəy
Qadın olan məclisdə
Hövsələsi daralır Fəlsəfənin
Su içmək adı ilə oranı
tərk edir"
üç bəy çinar kölgəliyində
Heyrətdən...
(Burda əlyazma sona çatır)...
******************************************
Şəkk
Məgər (ya da Bəyəm?)
Vanilindi (mavi göylər)?
Qatdınız onu (ulduzlu gecəyə)?
Xəyal tortu (kremli?) hazır(ladınız)?
üstündə də yazdınız (şpritslə?)
"Ah keçən günlər" (eləmi?)
******************************************
Adsız
Öpüşə
həsrət
dodaqlar
sallanacaq
budaqlardan.
Bəyaz
əlbisəli
sözlər
götürə(cək)
ovcuna
ad
günü
tortunun
bir
dilimi
tək
bizim
şəhəri.
Günəş
doğacaq
"The rest is silence"
Deyə-
Deyə
Hitşe ilə
görüşdən
qayıdan
kölgəmlə
rastlaşa(cayıq)
Qeyd: The rest is silence - Sonrası sükut gəlir (Hamlet)
******************************************
|



 |
|
|