Tehran Əlişanoğlu (Mustafajev Tehran Əlişan oğlu) filologi- ja elmləri namizədi, tanınmış tənqidçidir. 1960-cı ildə
Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət
Universitetinin (hazırkı BDU-nun) filologiya fakültəsini bitirib. 1989-cu ildən Azərbaycan EA Hizami adına Ədəbiyyat İnstitutunun əməkdaşıdır. 1992-1995-ci illərdə Akademiya doktoranturasında çalışaraq, "XX əsr Azərbaycan nəsrinin poetikası" adlı geniş tədqiqat (13 ç.v.) aparmışdır. "yaşar Qarayev. Şəxsiyyəti və ömür yolu" (1996), "Azərbaycan yeni nəsri" (1999), "Əsrdən doğan nəsr"(1999) və "Azərbaycan nəsri sosrealizm çevrəsində"(1999) kitablarının müəllifidir. Mətbuatda 300-dən çox elmi və ədəbi tənqidi məqaləsi dərc olunmuşdur. 1996-cı ildən eyni zamanda "Ədəbiyyat qəzeti"nin baş redaktor müavini vəzifəsində çalışaraq ədəbi gedişatda fəal iştirak edir.
Kollaj
Hipotetik
| |
AYDIN TALIBZADƏ (Talıbov Aydın Ağa yunus oğlu) sənətşünaslıq namizədi, tanınmış teatr tənqidçisidir. 1958-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə Moskva şəhərində "Orta əsrlər yaxın Şərq teatrının poetikası: X-XYI yüzillər" mövzusunda dissertasiya müdafiə edib. 15 illik ali məktəb müəllimi stajı var (1985-2001). 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. 150-dən artıq məqalənin müəllifidir.
Konseptual yönlü "Azərbaycan müsəlmanlarının teatrosu və ya biyaban ilğımları", "Mövləvi dərvişlərinin səma məclislərində teatr elementləri", "Bədən və ruh kulturoloji problem kimi", "Kəpənək və ya təfsiri-şərhi-hali Həsimi", "Güzgü və kölgə", "Sağ və sol üçün fəlsəfi marş", "Bölünməzi bölən bildiricilər", "Dünyanın astana tamaşalrı" və s. kimi məqalələri "Qobustan", "Teatr"(Moskva), "Azərbaycan", "Ulduz" jurnallarında dərc edilmişdir.
1993-cü ildə "Yol" qəzetinin "Altun ay" mükafatını, 2000-ci ildə Azərbaycan yazıçılar Birliyinin Aydın Məmmədov adına (ilin ən yaxşı tənqidi yazısına görə) mükafatını almışdır.
Freska
|