|
Rus ədəbiyyatında belə bir xətt var: Zinaida Gippius - Anna Axmatova - Marina Svetayeva - Bella Axmadulina... və çağdaş nə qədər adlar. Çağdaş rus şerində belə bir imza var: VERA PAVLOVA. Və çağdaş rus ədəbi dairələrində belə bir kəskin mövzu var: Erotik şairə Vera Pavlova. "Hansı Vera Pavlova, o spermadan yazanmı?" "O ki mənim dalanımdakı divar yazılarını köçürməyə məşğuldur..." Bu cür anlanmağınıza necə baxırsınız? - sualına Vera Pavlova sakitcə: Anlamağa çalışıram,- cavabını verir. "Mənim ilk erotik şerlərim yazışmalardan ibarət olmuş. yuxudan kim tez durursa, o da qələmi hələ yatmışlara ünvanlayır..." - bu sözləri də Vera Pavlova deyir.
|
|
YALQIZ OYNARAM
Siyirsən ayaqüstə, himn dinləyən kimi.
Tökürsən, tuncdan heykəl tökən tək.
Var ola bilmirsən, başqasına yardım ol.
Sadəcə qulaq ver, kimin dərdi var?
Bəxtüvə bax! Sənə meşə qaranlığı nə lazım?
Hamıya arxa çevirməyin bəs.
Həyat aşıdır. Doğumevi peyvəndi. KDS.
Çiçək aşısı.
Hamının sağ çiynindəki aşı birdi,
fikir vermisənmi? -
Eləbil hamı bir möhürlə damğalı.
***
Çiyinlərindən qəşəng
Hədir?
Dirsəklərin.
Dirsəklərindən?
Ovucların.
Oovuclarından?
Barmaqların.
Barmaqlarımı,
ovuclarımı,
dirsəklərimi
sıxan barmaqların...
Möhür bil məni.
Barmaqlaruva qurtarım sənin.
***
Bu haqda danışmağa dəyərmi ki, mən,
çətin düzəldilmiş cümlələrlə düşünürəm
onları feli-bağlama tərkibləri
və ritorik suallarla bəzərək,
və hətta durğu işarələrini
sağ ayağımın baş barmağıyla düzərək.
***
Öz izimə düşüb-getdim.
Ləpir ləpir üstünə.
Səma slyuda tək laybalay
İşığı az qala boğub-qalaraq.
Meşəyə çıxdım. Əbədi azandan sonra
beləcə çıxırlar meşədən.
İtdi ləpirim. Bu, ona işarəydi ki,
işığ olacaq,
Bu ona işarəydi ki,
düz yoldayam.
***
İstifadə olunmuş prezervativ
şiddətli şaxtada
çinar budağında
Genofond.
Görüşlərdən imtina edənlər,
görüşə haqq qazanıblar.
Qucaqlardan imtina edənlər,
qucağa haqq qazanıblar.
Qovuşmaqdan imtina edənlər,
Bu haqqı qazanıblar.
Sabah səhər gəl, əzizim,
hər üç haqqa yetişək bir.
***
Soyuqluğun - kor bağırsaq isticəsi kimidi.
Ehtirasın - xolosistitə buz kimi.
Yrəyin, hətta sınsa belə,
yalan danışır, köhnə saat,
qoca siyasətçitək.
Heyhat! Suiti pazını durna pazı ilə çıxarmaq olmaz
Heyhat - ki, ağcaqovaq pazıyla düzəlir hər şey.
Sənə, ayaqları qırmızı gildən gələ,
əlləri, dodaqları, gözləri qırmızı gildən...
Uçub gedirəm, bəzən durna kimi,
bəzən qovaq tək.
Qalırsan - qolların açılı,
ayaqların haça.
***
Zərbəni mükafat kimi alırkən,
mükafatı yük kimi,
sondan əzəlki həqiqətin sorusundayam,
çün sonuncudandır qorxum.
Fəqət son gücümüz də itmədə,
cavabı nəylə tutuşdurasıyıq yahu?
Rilkenin Rusiyası vardı.
heç olmasa, mənim heç
bu da - yoxumdu.
***
Məhəbbət sadə ədəddi,
o üzdən ki bir özünə, bir də
təkliyə bölünür.
Özünə bölünə - tənha qalırsan.
Təkliyə bölünür, lovğalanırsan.
Səbirli, şəfqətli və cavab gözləmir, - bir ayrı
İçi kül eyləyən,
torf yanğınları
Moskva altında
olimpiya yayı, - bunu deyirəm.
***
Bizsə evin dalına qaçır,
orda doğum evi qururduq,
qarnımızı qabağa verib
iti şüşə parçasıyla
üşüyən qarnımıza
ağ-çəhrayımtıl cızıq çəkirdik.
Deyirdik: - qərar ver,ananı qurtarsaq,
uşaq öləcək,
yainki əksinə,
qısası, ikidən biri,
üçüncü yol - yox.
Var, gopçu-mamaça,
qızardıb qulağının dibini
qürurla tərk etsəm
bu səfeh doğum evinizi.
İndi - belə. Onda
utanclıq ləzzətində üzərək,
əlimlə qarnımı örtürdüm:
qoy körpə yaşasın.
***
Fikrimizin sabunlu suyu
barmaqlarımızdan süzüləcək.
barmaqlarımız da bir gün torpaq olacaq.
Fəqət, divanə və sərgərdanların adları
kiminsə dodaqlarında qalacaq.
Ola bilər ki, bir nəfəsdə
bir dodağın açılıb-bükülməsindən
iki ad bir olacaq, öpüşən kimi...
Bircə kərə də. yanaqdan hətta.
Eh, qoy olsun.
|
|
|