Yardımlı

ASLAH QULİYEVİN sorağını onun son dərəcə müəyyən, oturuşmuş "əyalət hekayələri"ndən almaq olar. "Bahar küləkləri"(1987), "Serjant mülki geyimdə"(1996) kimi kitabları bəlli olsa da, yazıçı müəyyənliyi məhz son bir neçə ildə dərc etdirdiyi bu hekayələrdə göründü. Onun ədəbi mətbuatda çıxan yazılarının altında bir qayda olaraq "yardımlı" kəlməsini də görmək olar. A.Quliyev əyalətdə yaşayırmı? - bunu həmin kəlmədən yox, bəlkə hekayələrindən sormaq gərək. Aslan Quliyevin "əyalət hekayələri"ndə ekzotik kənd, kənd ekzotikası deyil, Zaman var, zamanın sərt nəfəsi var. yazıçının diqqət məkanında daim çağdaş əyalət İnsanı dolaşır; İçinin divarları boyu gəzişib müəllif onu anlamağa çalışır... Və nə qədər qəribə olsa da, bu zaman yazıçı özü bu deyil, özgə dünyada yaşayır. Onun hər bir hekayəsində İnsan reallıqdan qurtulub, hardasa özünə də görünməyən bu potensial öZgəLİyə çıxıb-gedir; qarşımızdakı sərt reallıq isə yaddaşımıza ilişib-qalır. Marağımızı cəzb edən də elə bu öZgəLİK oldu. Aşağıda təqdim olunan hekayə 1998-ci ildə öZgə ƏDƏBİYYATIN ünvanına gəldi. "əyalət hekayələri" kimi qeydə aldığımızın bu - birincisi idi...

Aslan Quliyev

İtləri öldürmək məsləhətdi
hekayə

Xəzəlli cığırla bağın aşağısındakı dərənin sahilinə düşdü, leysan yağışları vaxtı selin sahilə vurduğu kötüyün üstündə oturdu. Dərənin göy rəngə çalan suyu şırıltı ilə axırdı, suya düşən xəzəllər çürüyüb qaralmışdı, havadan çürüntü və payız qoxusu gəlirdi. Dərəyə baxdıqca da kənddəki evlərinin yanından axan dərəni və dərənin sahilində güllələdiyi itini xatırlayırdı. Canavarlar sürüyə basqın edəndə itin bir qıçını şikəst eləmişdilər, yeriyə bilmir, sürünə-sürünə gəzirdi. Atası dedi ki, iti güllələ, qoy canı bu əzablardan qurtarsın. Tüfəngi götürüb iti dərəyə apardı, itə çörək atdı. Qıçını itirəndən sonra acizləşmiş, çörəyi əldən qapan it bu dəfə ona gözünün ucu ilə də baxmadı. O sarsıldı. İt öldürüləcəyini başa düşmüşdü, uzun illər sədaqətlə xidmət elədiyi adamın, qatilin verdiyi çörəkdən imtina edirdi. Tüfəngi üzünə götürüb nişan alanda it başını qaldırıb ona baxdı və üzünü kənara çevirdi. Aradan neçə illər keçmişdi, ancaq nə o göy sulu dərəni, nə də son sözünü baxışlarında gizləmiş iti unuda bilirdi.

Geri qayıdanda qızılı xəzəllərdən bir qucaq yığdı. Bağın qapısı qonaq evinin həyətinə açılırdı. Otağına keçib xəzəlləri stolun üstünə tökdü, payız xəzəlləri otağa payız qoxuları, payız rəngləri gətirdi.

Bu gün gəlsə də, artıq darıxırdı, gedəsi yeri də yox idi, gəl ki, bir yerdə qərar tuta bilmirdi. Redaktor demişdi ki, qəzetimizin adını eşidəndə cibinə aşağısı beş yüz dollar qoyacaqlar. Hansı qəzetdən gəldiyini demişdi, cibinə pul qoymasalar da, təmtəraqla qarşılamış, söz vermişdilər ki, uzağı iki-üç günə əməlli-başlı yola salacaqlar. Hələ iki-üç gün də bu cansıxıcı əyalətdə qalıb, pəncərədən xəzəlləri uçuşan payız bağına baxacağını təsəvvür elədikcə qüssə qəlbini didirdi. İcra başçısının köməkçisi hay-küylə gəldi:

- İşlər düyünə düşüb, - şikayətlənirdi, - ancaq sən narahat olma, pul olacaq. Tərslikdən dünən siqaretçilər sərhəddən üç maşın siqaret keçirsələr də, İran tərəfində siqaretləri tutulub. Bakıdan gələn komissiya da iki nəfər nəşə alverçisini yaxalayıb...

- Bunun mənə nə dəxli? - təəccüblə dedi.

- yoxsa sən elə zənn edirsən bizim pulkəsən maşınımız var? Gərək onlar işləyə, iş görüb bizə də bir şey verələr ki, biz də sizi yola salaq...

- Belə de... Manyakların, killerlərin başına bir iş gəlməyib ki?

- Sizlərlə iki kəlmə danışmalı deyil, - köməkçi incik tərzdə səsləndi, - Sözün ucundan yapışıb dar ağacına kimi aparırsınız. yaxşı, gedək çörəyimizi yeyək.

Balaca, ancaq zövqlə bəzədilmiş kababxana qonaq evinin həyətində idi və bir qayda olaraq qonaq evinin sakinlərinə xidmət edirdi. İçəri keçən kimi də köməkçi düşdü kababçının - yastı-yastı yeriyən cavan oğlanın üstünə. Cəld ol, kabab, içki, salat-filan. Əlin bişməsin, adam kimi yeri, sənin tayların avtovağzalda üsküy fırlayır, Allahın quru yerişini yeriyə bilmirsən.

Tay-tuşlarından fərqli olaraq avtovağzalda üsküy fırlamaq əvəzinə, adicə bir kababxanada kababçı işləyən oğlan_yastı yerişinə uyuşmayan cəldliklə qab-qaşığı, salatları stolun üstünə düzdü, araq da gətirdi. Köməkçi şüşəni açıb qədəhlərə araq süzdü.

- İçək, - dedi.

- Mən içmirəm, - boyun qaçırtdı.

- Hecə? - köməkçi dartınıb dümbədüz oturdu, - indiyə kimi sizin tayfadan içki içməyən birinə də təsadüf eləməmişəm. Biri gəlmişdi, bir oturuma üç şüşə gillədirdi. Özün bil, içmirsən, içmə. Qədəhi başına çəkdi, üstündən bir dilim turş xiyar yeyib, düşdü salatların üstünə. Qulluğunda hazır adamlara baxır, yenə dərədə güllələdiyi iti xatırlayırdı.

- Heç it öldürmüsənmi? - soruşdu.

- İt? - köməkçi diksindi, çeçəyib çəngəli stolun üstünə qoydu. - yox. Həyə görə də mən it öldürməliyəm?

- Mənsə öldürmüşəm.

- Ay belə əcəb eləmisən! - köməkçi ona yarınmaq istəyirdi. - İtləri öldürmək lazımdır. Dörd ayaqlısını da, iki ayaqlısını da.

- yox, - dedi, - itləri öldürmək lazım deyil.

Köməkçi ona baxır, bir şey başa düşə bilmirdi, başını yırğalayıb yenidən qədəhinə araq süzdü. Kabab da gəldi. Boşqabına kababdan qoyub yeməyə başladı və yeməyini yeyən kimi də, otağına qayıtdı. Bağda xəzəllər uçuşan vaxt turş xiyar və araq qoxuyan kababxanada oturub, köməkçinin arağı necə acgözlüklə içməsinə tamaşa eləməyə hövsələsi çatmadı.

Xeyli keçəndən sonra köməkçi otağın qapısını açdı, səntirləyirdi, irəli-geri bir-iki addım atıb içəri keçdi və düşdü onun üstünə. Sən niyə mənə əzab verirsən? Kimsən, nəçisən axı? yə`ni belə artıq zibilsən? Araq içmir, itdən-pişikdən danışır. Tüpürüm sənə də, o murdar sifətinə də! Köməkçinin alnından necə vurdusa, o, arxasındakı divara dəyib, sobanın böyründəki odunların üstünə yıxıldı və dərhal da sobanın altındakı baltanı götürüb ayağa sıçradı:

- Öldürrəm səni!!! - gözlərindən qan damırdı.

- Hə gözləyirsən? Öldür də.

- yox, - köməkçi başını yırğaladı, = itləri öldürmək lazım deyil. - Baltanı sobanın yanına atdı, onu, xəzəl qoxuyan bu yarıqaranlıq otağı qanlı-qanlı süzüb çıxıb getdi. Bircə yumruq zərbəsiylə ayılmışdı.

Sözünə bax, - sən niyə mənə əzab verirsən... Vursaydı belə tə`sir eləməzdi, onu kökündən silkələdi. Darıxdığından qəsəbəni gəzməyə çıxdı. Vur-tut bircə mərkəzi küçəsi var idi qəsəbənin, o da tozlu, bərbad. Hər şey, evlər, ağaclar, adamlar boz və tutqun rəngdəydilər, küçələr bom-boş idi, yalnız ara-sıra köhnə maşınlar və nimdaş paltarlar geymiş adamlar keçib gedirdilər. Göyün üzü tutulmuşdu.

yağış birdən başladı. Bu bom-boz qəsəbəyə belə gümüşü yağış yağacağını təsəvvür eləməzdi. yuyunan səkilər, küçələr boyunca yağış dumanı sürünür, arxlardan şırıltı ilə bulanıq sular axırdı. yağışdan qorunmaq üçün qarşıdakı dayanacağa qaçdı, dayanacaqda ondan başqa heç kim yox idi. Dayanıb yağışa tamaşa edirdi.

Qız yağış dumanı, gümüşü yağışın arasından xəyal kimi çıxıb gəldi. Onda ayıldı ki, saçlarına şeh damcıları kimi yağış qonmuş, üz-gözüylə yağış suyu süzülən, baxışları apaydın bir qız yanında dayanıb gülümsəyir.

- yağır, - qız gülümsəyirdi.

- Hə, - dedi, - yağır.

Qızın təbəssümü, baxışlarındakı dəcəllik, gizli, ancaq yandırıcı ehtiras onu real həyatdan ayırıb, xəyal dünyasına aparırdı. Qızın qolundan yapışdı, qız etiraz eləmirdi, əksinə, əllərini onun çiyninə qoydu. yağışı, bütün dünyanı yadlarından çıxarıb öpüşürdülər. Hə qədər vaxt keçdi, bilmədi. Birdən qız kənara çəkilib:

- Unutmuşdum, - dedi və yenidən gülümsədi - mənim çətirim var axı.

Çətiri açdı və onunla vidalaşmadan, gəldiyi kimi də çıxıb getdi, arxaya baxmırdı, sanki yağış dumanında bir xəyal əriyib yox olurdu. Özünü itirmişdi, son vaxtlar təkcə həyat yox, qızlar da onu bezdirmişdilər. Araq və kosmetika qoxuyan çirkli otel otaqlarını, sərxoş tüstü içərisində ilğımlanan restoranları xatırladıqca əti çimçəşirdi. Tanımadığı, baxışlarından dəcəllik yağan bir qızla öpüşməsi isə yuxulu, etinasız duyğularını alt-üst eləmişdi.

yağış keçəndən sonra geri qayıtdı, onu təəccübləndirən boz və tutqun rənglərin yoxa çıxması idi, yağışda yuyunmuş ağaclar, evlər üzə gülümsəyirdi, göyün üzü açılmamışdı, payız yağışlarından sonra göyərən təpələr göz oxşayırdı. Dayanacaqda öpüşdüyü qız gözləri önündən getmirdi, fikrinə-zikrinə, bütün varlığına hakim kəsilmişdi. Kimdi, nəçiydi? Gözlərini yuman kimi gümüşü yağışı görürdü, qız yağış dumanı arxasından xəyal kimi çıxıb gəlir, yandırıcı təbəssümü ilə gülümsəyirdi.

Sabahısı yenə də getdi o dayanacağa. Hava buludlu olsa da, yağmırdı. Dayanacaqda çox gözlədi, ancaq qız gəlmədi. Köməkçi də onu burda tapdı, özünü elə aparırdı ki, elə bil aralarında heç nə olmamışdı. Əşşi, ay qardaş, axı sənin dayanacaqda nə işin? yüzlərlə müxbir yola salmışıq, bu dayanacağa gözünün ucu ilə belə baxan olmayıb. İşlər də qaydasıncadır, pulumuz olacaq.

- Hədir, siqaretçilərin, nəşəçilərin və bu qəbildən olan digər peşə sahiblərinin alveri şıdırğı gedir?

- Sən yenə başladın? Bir sözdü demişəm...

Köməkçi üyüdüb tökür, özlərinə haqq qazandırmağa çalışırdı, o isə qulaq asmırdı. Daha nə pul üçün tələsirdi, nə də getməyə. Dayanacaqdakı qızı bir də görmək istəyirdi. Günortadan sonra da getdi dayanacağa, səhərisi də. Qız gəlmirdi.

Onda da yağışdan qorunmağa gəlmişdi. yağış yağsaydı, bəlkə yenə də gələrdi. Hava tutqun, səma buludlu olsa da, havadan yağış, rütubət qoxusu gəlsə də, yağmırdı. Gözətçidən, xidmətçidən, rastlaşdığı bütün adamlardan yağıb-yağmayacağı haqda soruşurdu. Heç kim də qəti bir söz demirdi, kimi deyirdi yağacaq, kimi deyirdi yağana oxşamır; həm də qaşqabaqla, hirslə cavab verirdilər. Köməkçi onun dayanacağa olan marağını başa düşə bilmirdi, birdən-birə yağışla maraqlanması isə onu tamam çaşdırmışdı:

- A kişi, nə oyun çıxarırsan, sən gəl, bu adamları yağış haqda az sorğu-suala tut. Elə adam yoxdur ki, yağış ona ziyan vurmasın, birinin evini aparıb, birinin tövləsini, mal-qarasını, yolları uçurub, körpüləri dağıdıb, sən də bu yandan başlamısan yağış haçan yağacaq? Vurub baş-gözünü əzərlər, şərə salarsan bizi.

Ara-sıra da şikayətlənirdi:

- İşlər yenə də düyünə düşüb. Dünən sərhədçilər İrana televizor aparan maşını tutublar. Yç yüz televizior!

- Lənət şeytana! - bu şikayətləri eşitdikcə dilxor halda deyinirdi. - Sizin işiniz kişi işi döyülmüş ki. Gün-güzəran yoxmuş sizə. Həşə alverçisini orda yaxalayırlar, televizor alverçisini burda tuturlar...

- Görürsən də! - köməkçi yana-yana deyirdi, - çoxları da elə başa düşür ki, biz kef-damağdayıq. Millət dərdi çəkmirik, xalq yadımıza düşmür!

Gecələr çaqqallar qonaq evi ilə üzbəüz olan döşə gəlib səs-səsə verərək ulaşırdılar. Bu vəhşi ulartı, çölün, vəhşi təbiətin vəhşi harayı onu yatmağa qoymurdu, yorğana bürünərək yerin içində otururdu. Məhz çaqqallar ulaşan belə payız gecəsi canavarlar sürüyə basqın eləmişdilər. Çörəyini isə qonaq evinin həyətindəki kababxanada yeyirdi. Son günlər işləri əyilmiş köməkçi də kababçını sancmaq fürsətini heç əldən vermirdi və belə mə`lum olurdu ki, kababçının tay-tuşları ondan fərqli olaraq hisli-paslı kababxanada baş girləmirlər, aeroportda şmotka satır, Moskvada cibgirlik eləyir, Las-Veqasda kazino bağlayır, İstanbul restoranlarında pul səpirlər, lap ölüsü İrana siqaret daşıyırlar.

Bir gün sobanı yandıran gözətçi onun yağışla maraqlandığını bildiyindən sözarası dedi:

- Sabah yağış yağacaq.

- Hədən bilirsən? - həyəcanla soruşdu.

- yağışdan bir gün əvvəl dizlərim zoqquldamağa başlayır. yenə də başlayıb, andıra qalmış.

- Bilirsən nə var... - gözətçiyə qaba cavab verməkdən özünü güclə saxladı. Cəfəngiyata bax, diz zoqqultusunun yağışa nə dəxli? Ancaq kim nə bilir, bəlkə yağacaqdı?

Belə fikirləşdikcə də həyəcanlanırdı, qəlbində ümidsiz duyğular baş qaldırırdı. Birdən yağış yağdı, ancaq qız gəlmədi? Axı nəyə görə də çətiri olduğu halda yağışdan qorunmaq üçün dayanacağa gəlməli idi?

Səhərisi doğrudan da yağdı. Keçən dəfəki kimi gümüşü yağış yağırdı. Dərələrə, qəsəbənin üzərinə ağappaq, nəhəng göbələyi xatırladan yağış dumanı çökmüşdü. Dayanacaqda dayanıb yağışa baxır, ürəyi şiddətlə çırpınırdı, görəsən, qız gələcəkdimi?

Qız yenə yağış və duman içərisindən xəyal kimi çıxıb gəldi. Gülümsəyirdi, saçlarında gümüşü yağış damcıları işıldayırdı. Qızın qolundan yapışdı, özlərini, yağışı unudub öpüşürdülər. Birdən qız başını geri çəkdi.

- Belə olmaz, - gülümsəyərək dedi.

- Bəs necə olsun? - tələsik dilləndi. Qorxurdu ki, adını, ünvanını öyrənməmiş qız çıxıb gedə.

- Gedək atamın yanına.

- Gedək! - fikirləşmədən dedi.

Qızın çətiri var idi, çətiri açıb, yağışın keçməsini gözləmədən bulanıq sular axan küçə ilə gedirdilər. yağışdan qorunmaq üçün bir-birlərinə sığınmışdılar, çətirin yanlarından üz-gözlərinə yağış vururdu. Adamsız, kimsəsiz dayanacaqlarda dayanır, öpüşür, yenidən yollarına davam edirdilər.

Artırmanın qapısını qız açdı, özü də qabağa düşüb ona yol göstərirdi. Darısqal dəhlizdən keçib, döşəməsinə xalça döşənmiş, divarları qalın palıd taxtalarından olan geniş otağa girdilər. Sobanın qabağındakı kresloda saç-saqqalı ağarmış bir qoca oturmuşdu. Soba uğultu ilə yanırdı. Qoca qapının səsinə başını geri döndərdi, onları təəccüblə süzdü. Qocayla görüşüb, onun göstərdiyi stulda əyləşdi. Qız isə qapının ağzında ayaq üstə dayanmışdı, saçlarından su damcılayırdı, otaqda elə sakitlik idi ki, döşəməyə düşən damcıların tappıltısı aydın eşidilirdi.

- yağır, - qocayla nədən danışacağını bilmirdi.

- Hə, - qoca ağır-ağır dedi, - yağır.

- yağış...

- yağış mənə əzab verir! - qoca onun sözünü kəsdi. - Bəlkə sənin başqa sözün də var?

- Ata! - qızın səsi mis kimi cingildəyirdi. - Biz evlənmək istəyirik!

- Belə de...e! - qocanın baxışları canlandı, özüylə danışırmış kimi astadan, boğuq səslə dedi. - İndiyə kimi yeddi dəfə elçi gəlib, hamısı da əsli-nəsli olan, köklü-köməcli adamlar, ancaq heç birinə razılıq vermədi. Ölməyə də qorxurdum, vaxt çoxdan yetişsə də, Əzrayılı qapıdan qaytarırdım ki, bu qızı birtərəflik eləməyincə ölə bilmərəm. Bir halda özü seçib, mən nə deyə bilərəm? Xoşbəxt olun!

Səhər tezdən Bakıya gedən avtobusda oturub avtobusun yola düşməsini gözləyirdilər. Sevinci sonsuz idi, baxmayaraq ki, pulsuz qayıtdığı üçün redaktor onu danlayacaqdı, indi hər şeyin nəşə, siqaret alverçilərindən və ya quldurlardan asılı olduğunu isə eşitmək belə istəməyəcəkdi.

Pəncərədən dayanacağa tərəf gələn köməkçini gördü, boylana-boylana gəlirdi. Onu görcək işarə elədi ki, pəncərəni açsın. Özünə məxsus qızğınlıqla yenidən düşdü onun üstünə. Xəbərsiz gedirsən, belə olmaz axı. İkicə gün də gözlə...

- İkicə günə quldurlar, reketlər pul kəsəcəklər?

- Lənətə gəlmiş! - köməkçinin sifəti qaraldı, başını yırğalayıb geri döndü, bir az gedib ayaq saxladı, uzaqlaşan avtobusun arxasınca baxıb:

- Beləsini it kimi... - donquldandı.

Masallı
Yardımlı
Alar
Ziya

  Sabotage |   Ero-gigiyenik |   Silentium |   TT grup |   Xəbər Xətti |  Uşaq Avanqardıv |   X-nəsli |   Təzə tərcümə |

© Aciq Cemiyyet Institu Yardim Fondunun desteyi ile