Ziya

"ZİYA" UŞAQ ƏDƏBİ MƏCLİSİ

Lənkəran şəhərində həvəskar-şair Ziyafət Əkbərovun təşəbbüsü və ardıcıl işi sayəsində yaranmışdır. 1980-ci ildən mətbuatda şerləri ilə çıxış edən, "İtkin düşən harayım" (1997) adlı kitabın müəllifi əsl şöhrətini gənc istedadlarla işin müqabilində tapmış. Ziyafət Əkbərov bu barədə deyir: "Ziya" ədəbi məclisi 1998-ci ildən fəaliyyət göstərir. Hazırda şəhər uşaq və yaradıcılıq evində yerləşir. Şəhər və rayonumuzun ümumtəhsil məktəblərində oxuyan və ədəbi qabiliyyəti olan şagirdlər məclisimizə dəvət olunur. Bu məqsədlə çox məktəblərdə olmuşam. Dil-ədəbiyyat müəllimləri ilə söhbət etmiş, istedadlı uşaqları üzə çıxarmış və məclisə üzv qəbul etmişəm". Hələ ki, zəngin bir Təbiətin təzahürü, təsdiqi olan bu təbii istedadlar fərdi səylərində bunu hər dəfə yenidən, sanki bir TƏZƏLİK kimi "kəşf edirlər".

ELMAR AĞAYEV
(6-cı sinif şagirdi)

YAZ AYLARI

Bağ-bağçalar cana gəlir təzədən,
Qızıl güllər açıb-gülür təzədən.
Ağ kəpənək qanad çalır təzədən,
Gözləmişdim mən yolunu, gözəl yaz.


Gəlir gözəl bahar, qarlar əriyir,
Təbiəti yaşıl dona bələyir.
Ömrümüzə isti nəfəs ələyir,
Gözləmişdim mən yolunu, gözəl yaz.

ZİYATAY ƏKBƏRLİ
(5-ci sinif şagirdi)

ULDUZLAR

Ulduzlar gecə yanır,
İşıq alır hər yanı
Ulduzlar sıralanır -
Sanki bir nur karvanı.


Gecə sayrışır onlar
Öz yerlərində par-par,
Səhər günəş çıxan vaxt
Gözlərini yumurlar.

XAQANİ BƏDƏLOV
(10-cu sinif şagirdi)

DƏNİZLƏ GÖRÜŞ

Bu səhər dənizlə görüşə çıxdım,
Məni dalğalarla qarşıladı o.
Boylanıb qızılı sahilə baxdım,
Günəş qumlar üstdə qalamışdı od.

Gümüşü sulara dəyəndə əlim,
Bir bahar sevgisi sardı qəlbimi.
Hayqırmaq istədi, tutuldu dilim,
Dənizə lal baxan qayalar kimi.

Dalğalar sakitlik bilmədi bir an,
Hey coşub çağladı mənimlə birgə.
Gözümdə qızılı rəng aldı cahan
Düşündüm, bu görüş röyamı bəlkə?

Şıltaq ləpələrdə xəyalım üzər,
Hecə də gözəldir bugün bu dəniz.
Sanki mavi gözlü gözələ bənzər
Dəniz gözəlliyi olan ölkəmiz.

İRADƏ ABDULLAYEVA
(7-ci sinif şagirdi)

ƏGƏR QAZANMASAN

Sənin bu həyatda görünməz yerin,
Əgər qazanmasan öz hörmətini
Heç vaxt ucalmazsan el içində sən,
Əgər qazanmasan öz hörmətini.

Hurlanmaz nə şanın, nə də şöhrətin,
Gül açıb bar verməz işin, zəhmətin
Azalar hörmətin, artar möhnətin
Əgər qazanmasan öz hörmətini.

Göydəki ulduzun yanıb-sönəcək,
Zülmətli gecəyə günün dönəcək,
Qaynar arzuların göydən enəcək,
Əgər qazanmasan öz hörmətini.

MƏLAHƏT ƏLİYEVA
(orta məktəb şagirdi)

İHSANLAR

Ədalət, haqq özü yoxamı çıxıb?
Kədər dənizində üzür insanlar.
Açılan sabaha ümidsiz baxıb
Ağrıya, acıya dözür insanlar.


Qəlbində qayğılar, özündən ağır,
Köməksiz körpələr sədəqə yığır.
Bu əzab vicdana bəs necə sığır?
Bu acı taledən bezir insanlar.


Haqlı bir müttəhim haqsız əlində
"Haqlıyam" kəlməsi donub dilində
Qol atır, boğulur zülmün selində.
Onu lal baxışla süzür insanlar.


Masallı
Yardımlı
Alar
Ziya

  Sabotage |   Ero-gigiyenik |   Silentium |   TT grup |   Xəbər Xətti |  Uşaq Avanqardıv |   X-nəsli |   Təzə tərcümə |

© Aciq Cemiyyet Institu Yardim Fondunun desteyi ile